"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم


Kafi” kitabına görə Qurana etiqad



Yüklə 100,42 Kb.
səhifə20/24
tarix26.12.2016
ölçüsü100,42 Kb.
#3704
1   ...   16   17   18   19   20   21   22   23   24
Kafi” kitabına görə Qurana etiqad
Kuleyni imam Əbu Cəfərin belə dediyini rəvayyət edir: "Yalnız yalançı bütün Quranı nazil olduğu kimi topladığını iddia edə bilər.Onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir"("Kafi", "Kitab əl-hüccət", "Imamlardan başqa heç kəs bütün Quranı toplamamışdır" fəsli, c.1,səh 376, №603)

Kuleyni Əbu Bəsirdən rəvayyət edir: “Mən imam Əbu Abdullaha dedim: “Qüdrət və Cəlal sahibi Allah demişdir: "Bu Bizim sizə həqiqəti danışan Kitabımızdır” O dedi: “Kitab heç vaxt danışmayıb, danışmayacaq da.Lakin, bu kitabın dili ilə danışan Rəsulullah (s.a.s)-dir. Adı təsvirə gəlməyən Allah elə yox, belə demişdir: “Bu Bizim sizə həqiqət danışılan Kitabımızdır." Mən dedim: “Sənə fəda olum, biz bu ayəni belə oxuyuruq. O dedi: “Allaha and olsun ki, onu Cəbrayıl dediyim kimi gətirib, sonralar Allahın Kitabı təhrif olunub." (“Kafi ər rovzə” c.8,səh 50; Tehran)

Kuleyni “Kafi” kitabında imamdan nəql edir ki,Cəbrayıl tərəfindən Muhəmməd (s.a.s)-ə nazil olmuş Quranda 17 000 ayə var idi.Bu hədisi şərh edərkən Məclisi yazır:
" لا يخفى أن كثيراً من الأخبار الصحيحة صريحة في نقص القرآن وتغييره، وعندي أن الأخبار في هذا الباب متواترة معنى، وطرح جميعها يوجب رفع الاعتماد عليها رأساً. بل ظني أن الأخبار في هذا الباب لا يقصر عن أخبار الإمامة فكيف يثبتونها بالخبر " . مرآة العقول 12/ 525.
"Sarih, səhih olaraq gələn xəbərlərin çoxundan gizli deyildir ki, Quranda naqislik və dəyişiklik vardır. Mənim nəzdimdə bu babda (fəsildə) olan xəbərlər mənaca mütəvatir səviyyəsindədir və onların hamısı, başdan sona qədər ona (Qurana) etimadın qaldırılmasını vacib edir. Belə ki, mənim zənnimə görə bu babda (fəsildə) olan xəbərlər, heç də imamət barədə gələn xəbərlərdən az deyildir. Bəs, elə isə, xəbərin sabit olması necə təsbit edilir?" ("Miratul-uqul" 12/ 525; Tehran)

http://www.dhr12.com/?a=116&w=115

Nümunə olaraq,bir neçə şiə versiyası olan ayələr haqqında bəhs edən hədislər nəql ediləcək, haşiyədə isə əsl ayələr qeyd olunacaqdır.
(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.”

Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Baqara 23)


(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”

Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)


(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!”

Əsl ayə belədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)


(1/417) Əbu Abdullah dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər! Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”

Əsı ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)


(1/420-421) İmam dedi: “Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”

Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)


(1/424) Əbu Cəfər dedi: “Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa 66)


Əbu Cəfər dedi: “Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə nazil etdi: “Muhəmmədin ailəsinin haqqına zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də Muhəmmədin ailəsinin haqqına zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.”(“Kafi” c.1 səh 423-424)

Ayənin əsli belədir: “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Bəqara 59)

"Səlim ibn Sələmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdullaha Qurandan başqalarının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdullah dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra O, Əlinin yazdığı müshəfi çıxardı və dedi: "Əli (r.a) onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Muhəmməd (s.a.s)-ə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız"(“Kafi” c.2, səh 633, Tehran)

“Kafi”də Kuleyninin "bir neçə dostumuzun Səhl ibn Zeyddən, onun Muhəmməd ibn Suleymandan, onun özünün bəzi dostlarından, onların da imam Əbulhəsən isnadı ilə rəvayyət etdiyi bir hədis misal gətirilir. Ravi deyir ki, mən ona dedim: "Sənə fəda olum, biz Qurandan elə ayələr eşidirik ki, bizdə olan kimi deyil, biz də onları sizdən eşitdiyimiz kimi oxumağı bacarmırıq. Olmaya, biz günah işlədirik?" O dedi: "Yox, siz onları öyrəndiyiniz kimi oxuyun. Vaxt gələr, sizi öyrədəcək şəxs özü gəlib çıxar" ("Kafi" “Quran nazil edildiyi kimi göyə qaldırıla da bilər" fəsli, c.2,səh 619,Tehran)


Kuleyni “Kafi”də Əbu Həmzədən imam Əbu Cəfərin bu sözlərini rəvayyət etmişdir: "Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə belə nazil etmişdir: "Muhəmməd ailəsinin haqqını mənimsəyənlər onların haqqında deyilmiş yaxşı sözü başqası ilə əvəz etdilər, biz də Muhəmməd ailəsinin haqqını mənimsəyənlərə doğru yoldan kənara çıxdıqlarına görə səmadan bir əzab nazil etdik". (“Kafi” "Kitab əl-hüccə" hissəsi,c.1, səh 424;Tehran)

Allah isə deyib (Bəqara 59): “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik”.


"Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə belə nazil etmişdi: "Ey Kitab göndərilmiş kəslər, bizim (Əli haqqında bir nur kimi) açıq-aşkar göndərdiyimizə inanın" (“Kafi” "Kitab əl-hüccət" hissəsi, c.1,səh 417, Tehran)
"İmam Əbulhəsən Musa həbsdə olan Əli ibn Suveydə yazmışdır: “Öz şiələrindən olmayanların dinini qəbul etmə və sevmə, onlar Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmişlər" — dedikdə nəyi nəzərdə tuturam? Allahın Kitabı onlara əmanət qoyulmuşdur, onlar isə onu təhrif və təbdil etmişlər" (“Kafi”, "Kitab ər-rovzə" fəsli, c.8,səh 125,Tehran)
Əbu Ubeydədən: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu və dedi: ”Sizlər istədiklərinizi və istəmədiklərinizi axtarırsınız.Fatimə Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar olaraq O çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları da Əli (r.a) bir yerə yazırdı.Fatimənin Quranı məhz budur.”( “Kafi” c.1,səh 240)
“Cabirdən: “Bu ayə belə nazil olub: “Əgər onlar özlərinə Əli haqqında verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (“Kafi”c.1, səh 424)

Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə belə nazil etmişdir: "Onların (ədalətsizlik edib) Allahın (Əli haqqında) nazil etdiyini inkar etməklə öz vicdanlarını satmaları necə də pisdir!". (“Kafi” "Kitab əl-hüccət" hissəsi, c.1,səh 417, Tehran)


“Kafi”də Muhəmməd ibn Fəzldən,o da Əbu Həsəndən bu ayənin təfsirini soruşur: “Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər.Halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.” (Saff 8)

O dedi: “Onlar ağızları ilə Möminlərin əmiri Əli (r.a)-nin vilayətini söndürmək istəyirlər.Sonra dedim ki, “Allah nurunu tamamlayacaqdır?” O,da dedi: “Allah İmaməti tamamlayacaqdır.Yenə digər bir ayədə buyrulduğu kimi “Onlar Allaha və Rəsuluna və endirdiyimiz nura iman edərlər.” Burada nur İmamdır.

Sonra bu ayəni oxudum. “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.” (Səff 9)

İmam dedi: “Rəsuluna vilayəti əmr edən odur.O,haqq din: Vilayətdir və “dinini bütün dinlərdən üstün edən” ayəsini oxudum.O da dedi: “Mehdinin qiyamı ilə birlikdə dinini digər dinlərdən üstün etməsidir.Sonra dedi: “Kafirlər Əlinin vilayətini xoş görməsələrdə Allah nurunu tamamlayacaqdır.” Mən dedim: “Bu ayə belə nazil olmuşdu? Dedi: “Son oxuduğum şəkildə enmiş ayədir.Ondan öncəkilər isə təvildir.” Mən dedim: “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular.” (Munafiqun 3) ayəsini oxudum.

İmam dedi: “Həqiqətən Allah vilayətdə Elçisinə tabe olmayanları “münafiqlər” olaraq adlandırmışdır.Vilayət məqamını inkar edənləri də Elçisi Muhəmməd (s.a.s)-i inkar edənlər kimi qəbul etmişdir.Bunu Quran olaraq nazil etdi və dedi: “Münafiqlər sənin yanına vəsiyyətinin vilayəti ilə gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər Əlinin vilayətini inkar edənlərdir.”

Sonra bu ayəni soruşdum: “Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.” (Cinn 13)

İmam dedi: “Hidayət vilayətdir və davam edərək dedi: “Biz rəhbərimizə iman gətirdik.Vəlisinin vilayətinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.”dedi. Mən soruşdum: “Bu ayə belə nazil olmuşdu?”

İmam: “Xeyr,bu təvildir.

Mən dedim: “Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.” (Muzəmmil 10-11)

İmam dedi: “Yəni, sən səbr et və onlardan xoşluqla uzaqlaş və ey Muhəmməd! Sənin İmamət vəsiyyətini yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.”

Dedim ki,ayə bu şəkildə endirilmişdi? İmam: “Bəli,ayə bu şəkildə nazil olmuşdu.”(“Kafi” c.1,səh 432)





Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin