(Kolumbiya yazıçısı)
Qabriel Joze de la Konkordia Qarsia Markes 1927-ci il martın 6-da Kolumbiyada anadan olmuşdur. O, çoxsaylı roman və povest, hekayə və novella, senari və esse müəllifidir. Qarsia Markezi 20-ci əsrin ən məşhur yazıçılarından hesab edirlər. Öz ölkəsində ona sadəcə yazıçı “Qabo” deyə müraciət edirlər. Markes 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, ədəbiyyata jurnalistikadan gəlmişdir, hələ gənc yaşlarından onlarca publisistik məqalə yazmış, Kolumbiya hökumətinin daxili və xarici siyasətini tənqid etmişdir. 1958-ci ildə Mersedes Barça ilə ailə həyatı qurmuşdur; onların iki oğlu var - Rodriqo və Qonzalo.
Qarsia Markesin bir sıra məşhur əsərləri – “Yüz il tənhalıqda” (1967), “Polkovnikə məktub yoxdur” (1956-1957), “Patriarxın payızı” (1975) və s. Azərbaycan dilinə tərçümə olunmuşdur.
Dostları ilə paylaş: |