B qrupu – bu qrupa aid olan poladların standart üzrə kimyəvi tərkibi verilir, mexaniki xassələri isə verilmir.
V qrupu – bu qrup poladlardan əsasən qaynaq işlərində istifadə edilir. Bu qrupa aid olan poladların standart üzrə mexaniki xassələri və kimyəvi tərkibi verilir.
A qrupuna daxil olan poladlar CT və ondan sonra gələn rəqəmlə markalanırlar. Bu poladların xasələri Cədvəl 1 –də verilmişdir. Məsələn, CT1, CT2, CT3 və s. rəqəm artdıqca poladın möhkəmliyi yüksəlir, plastikliyi azalır.
B qrupuna daxil olan poladlarda (Cədvəl 2) “CT” –dən qabaq həmin poladın istehsal üsulunu göstərən M (marten), K (konvertor), B (bessemer) hərflərindən biri yazılır. Əgər rəqəmdən sonra “КП”, “ПC” və “CП” işarələri olarsa, belə polad müvafiq olaraq qaynayan, yarımsakit və sakit polad adlanır. Si həmin poladlarda uyğun olaraq 0,07%, 0,07...0,15% və 0,15...0,35% təşkil edir. Məsələn, MCT3 KП poladında M –marten sobasında istehsal edildiyini “KП” isə qaynayan polad olduğunu göstərir.
V qrupuna daxil olan poladlar K və M üsulu ilə istehsal olunurlar. Markalarda “CT”-dən əvvəl B hərfi, sonra isə rəqəm göstərilir. Məsələn, BCT1, BCT2.
Mexaniki tərkibi – CT1, CT2 kimidir;
Kimyəvi tərkibi – MCT1, MCT2 uyğundur.
Cədvəl 1.
“A” qrupuna daxil olan poladların xassələri
Poladın markası
|
Möhkəmlik həddi,
|
Axıcılıq həddi,
|
Genişlənmə, %
|
CT0
CT1
CT2
CT3
CT4
CT5
CT6
|
300
310...410
330...430
370...480
410...530
490...625
>585
|
-
-
205
225
245
265
294
|
22
32
31
25
23
19
14
|
Qeyd: Burada göstərilən xassələr qalınlığı, 40mm -ə qədər olan sakit poladlara aiddir.
|
Cədvəl 2.
“B” qrupuna daxil olan poladların kimyəvi tərkibi, %
Poladın markası
|
C
|
Mn
|
Poladın markası
|
C
|
Mn
|
CT0
CT1
CT2
CT3
|
≥0,23
0,06...0,12
0,09...0,15
0,14...0,22
|
-
0,25...0,50
0,25...0,50
0,30...0,65
|
CT4
CT5
CT6
|
0,18...0,27
0,28...0,37
0,38...0,49
|
0,40...0,70
0,50...0,80
0,50...0,80
|
Qeyd: Bu poladlarda S <0,05%, P <0,04% Cr və Ni hər biri 0,3% -dən az
|
Sənayedə en kəsiyi kiçik olan məftillər, nazik vərəqlər və zolaqlar, bütöv çəkilmiş borular və s. məmullar geniş istifadə olunurlar. Belə məmulları metallurgiya zavodlarında [geniş istifadə] soyuq halda yaymaqla, presləməklə, gözlüklərdən çəkməklə hazırlayırlar. Bu əməliyyatlardan sonra metal döyənəklənmiş olur. Metalı döyənəklikdən azad etmək üçün onu rekristallaşma yumşaltmasına məruz edirlər. Göstərilən məmullar metallurgiya zavodlarından istehlakçıya yumşaldılmış və ya döyənəklənmiş halda verilir. Yumşaldılmış halda olan metalın mexaniki xassələri onun tərkibi ilə, əsasən karbonun miqdarı ilə təyin olunur. Döyənəklənmiş halda (olan) verilmiş metalın xassələri isə sıxılma dərəcəsindən asılıdır. Sıxılma dərəcəsinin məftilin möhkəmliyinə təsiri şəkil 2 –də verilmişdir. Göründüyü kimi, sıxılma dərə-cəsi artdıqca döyənəklənmiş məftilin möhkəmliyi artır. Belə ki, tərkibində 1,0% C olan poladı 95% sıxmaqla onun möhkəmliyini 4000 Mpa –dan yuxarı qaldırmaq olar.
Şəkil 2. Sıxılma dərəcəsinin C –nun miqdarından asılı olaraq
məftilin möhkəmlik həddinə təsiri.
Sıxılma dərəcəsi yüksək olan döyənəklənmiş məftildən kanat və tros istehsalında istifadə edirlər. Bu məqsədlə tərkibində 0,6...0,8% C olan poladları 80...90% sıx-maqla möhkəmlik həddi 1800...3000 Mpa olan kanat məftilləri almaq olar.
Bir çox məmulları, məsələn, bağlama, sarıma üçün məftilləri, dərin ştamplama və ya uzatmada nazik vərəq materialını yumşaq az C –lu poladlardan hazırlayırlar.
Avtomobil qanadları və gövdəsini hazırlamaq üçün vərəq poladı xüsusi maraq kəsb edir. Dərin ştamplama ilə alınan bu məmulatların materiallarında yüksək plas-tiklik xassəsi olmalıdır. Bu poladların tərkibində 0,08%C, 0,25...0,50%Mn, <0,03% Si, <0,03%S, <0,02%P (olan 08 KП poladını göstərmək olar) olur.
Əksər maşın hissələrini dəzgahlarda yonmaqla hazırlayırlar. Ona görə də, əsas maşınqayırma metalları olan metalların yonulma qabiliyyətinin yaxşılaşdırılmasının böyük təcrübi əhəmiyyəti vardır.
Yonulma qabiliyyətinə təsir edən ən əsas amil metalların istilik keçirməsidir. İstiliyi zəif keçirən metalların yonulma qabiliyyəti istiliyi yaxşı keçirən metallara nisbətən zəifdir. Çünki yonma zamanı ayrılan istilik, məmul tərəfindən az udulduğun-dan, əsas etibarilə yonulma nöqtələrində və kəsicinin ucunda yığıldığından onun da-yanıqlığını azaldır. Anstenit quruluşlu poladların istilikkeçirməsi zəifdir. Ona görə də hətta aşağı bərliyə malik olan anstenit poladının yonulma qabiliyyəti pisdir.
Tərkibində çox C olan poladlar yüksək bərkliyə malik olduqlarından pis yonulurlar. Az C –lu poladlarda və texniki Fe –də yüksək özlülük və plastiklik oldu-ğundan onların da yonulma qabiliyyəti pisdir. Bundan əlavə onları emal edəndə uzun və metaldan (pəstahdan) çətin ayrılan yonqar alınır.
P və S nəinki metalın yonulma qabiliyyətini yüksəldir, onlar həmçinin kəsicinin dayanıqlığının artmasına və keyfiyyətli səthin alınmasına səbəb olurlar. Ona görə də az məsuliyyət maşın hissələrinin hazırlanmasında avtomat poladları adlandırılan azkarbonlu, P və S nisbətən çox olan poladlardan istifadə edirlər (Cədvəl 3). Yonul-ma qabiliyyəti çox yüksək olan avtomat poladı A12. –dir.
Cədvəl 3.
Dostları ilə paylaş: |