Plan 1.Ovuntu materiallarının istehsalı və xassələri
2.Ovuntunun qəliblənməsi və preslənməsi
Ovuntu materiallarının istehsalı və xassələri İlkin materiallar və ovuntuların alınma üsulları alınan ovuntuların kimyəvi tərkibinə, ölçülərinə və şəklinə təsir göstərir. Metal ovuntuları iki üsul ilə alınır: mexaniki və fiziki-kimyəvi. Mexaniki üsul ilə ovuntuların alınmasında xırdalanma prosesində ilkin materialın kimyəvi tərkibi dəyişməz qalır; lakin mexaniki üyüdlümə zamanı alınan ovuntu zibillənə bilər. Fizikikimyəvi üsullarla metal ovuntularını aldıqda ilkin materiaların kimyəvi tərkibi, həmçinin aqreqat halı dəyişir. Metal ovuntularının oksidlərdən bərpa yolu ilə alınma üsulu geniş yayılmışdır, yüksək məhsuldarlığa malikdir və iqtisadi əlverişlidir.
Ovuntu metallurgiyasında kompakt metalların mexaniki üsulla xırdalanması ən qədim üsullardan biridir. Bu üsulla istənilən metalı ovuntu halına çevirmək olar.
Xırdalanma verilmiş materialın ölçülərinin əvvəlkinə nisbətən kiçildilməsindən ibarətdir ki, bu da, əsasən xarici qüvvə tətbiq etməklə həyata keçirilir. Sonuncunun tə'siri altında metal 306 üyüdülür və sürtülüb yeyilmə nəticəsində xırda hissələrə parçalanır. Mexaniki xırdalanma üsıılu ilə nisbətən kövrək materialları — silisium, berillium, sürmə, xrom, manqan, ferroərintilər, alüminium ərintilərini və s. ovuntu halına salmaq daha asandır. Plastik metalların üyüdülməsi (Zn, Cu, Al və b.) çətindir və məqsədəuyğun deyildir. Belə ki, həmin materiallar tez əzilərək yastılanır və dağılmaya məruz qalmır. Mexaniki xırdalama üsulunu metalların emalı zamanı yaranan tullantıları xırdalamağa tətbiq etdikdə daha çox iqtisadi mənfəət əldə edilir.
Mexaniki üsulla ovuntu almanın əsasən aşağıdakı iki üsulu geniş yayılmışdır:
1. metalları kəsmə ilə emal etməklə kiçik yonqar və qırıntılarının alınması;
2. metalın kürəşəkilli, çəkicvarı və digər dəyirmanlarda xırdalanması.
Birinci üsul sərfəli olmadığına görə az-az tətbiq olunur. Metalların emalı zamanı alınan yonqar və qırıntıların yenidən müxtəlif növ dəyirmanlarda ovuntu halına salınması daha məqbul sayılır.
Fiziki-kimyəvi üsullarla ovuntunun alınması elə texnoloji prosesdir ki, alınan ovuntunun tərkibi müxtəlif fiziki-kimyəvi çevirmələr hesabına ilkin materialın kimyəvi tərkibindən kəskin fərqlənir.
Mexaniki üsuldan fərqli olaraq bu üsul daha universaldır. Belə ki, bəzən ovuntunun, xüsusilə kimyəvi tərkib və strukturuna aid olan xüsusiyyətlərini ancaq bu metodla təmin etmək mümkündür. Müxtəlif birləşmələrin reduksiya edilməsi yolu ilə praktik olaraq, bütün materialların ovuntularını almaq olar. Bu metodda iqtisadi-texniki göstəricilər baxımından ilkin material kimi tullantılardan istifadə etmək daha məqsədəuyğundur. Sənayedə reduksiyaedici kimi oksidlərdən, halogenlərdən və daha aktiv materiallardan geniş istifadə edilir.
Dəmir ovuntusu metallurgiyanın əsas materiallarındandır. Son illər dəmir ovuntusundan alınan bişirilmiş məmulatların istehsalı xeyli artmışdır. Lakin ovuntunun özünün alınma xərcinin nisbətən çox olması onun kütləvi şəkildə sənayenin müxtəlif sahələrində tətbiq olunmasını məhdudlaşdırır. Dəmir ovuntusunu müxtəlif metodlarla alırlar və çalışırlar ki, onun xassələri kifayət qədər tələblərə cavab versin və təmiz tərkibli olsun. Dəmir ovuntusunun istehsalında nisbətən ucuz xammal kimi əsasən metallurgiya zavodlarında tökmə zamanı alınan tullantılar, dəmir yanığı, polad, çuqun qırıntıları (qızdırma və soyutma zamanı alınan) istifadə edilir. Dəmir yanığın tərkibi Fe3O4-dən və çox da böyük miqdarda olmayan Fe2O3-dən ibarətdir və bu qarışıqda da dəmirin miqdarı 72%-dir. Bundan başqa dəmir ovuntusunun alınmasında digər ucuz xammal kimi konsentratla zəngin olan təbii dəmir filizləri istifadə olunur ki, onun da tərkibində 71% dəmir vardır. Belə konsentratlarda dəmir hematit Fe2O3, maqnetit Fe3O4, limonit HFeO2, siderit FeCO3 və başqa kimyəvi birləşmələr şəklində mövcud olur.