662) Kəskin miokard infarktlı xəstələrdə reperfuzion (trombolitik) terapiya zamanı koronar axının sürətli bərpası zamanı aritmiyanın hansı növü inkişaf edir?
A) Paroksizmal supraventrikulyar taxikardiya
B) Tezləşmiş idioventrikulyar ritm
C) II dərəcəli sinoatrial blokada
D) I - II dərəcəli atrioventrikulyar blokada
E) Qulaqcıqların fibrillyasiyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 540
663) Kəskin miokard infarktlı xəstələrdə koronar axının tez bərpası zaması meydana çıxmış reperfuzion aritmiyanın yaranmasının əsasında nə durur?
A) Kent dəstəsinin patoloji avtomatizmi
B) Mədəciklərdə ektopik ocağın patoloji avtomatizmi
C) His dəstəsində keçiriciliyin pozulması
D) Atrioventrikulyar düyünün patoloji avtomatizmi
E) Atrioventrikulyar düyünündə keçiriciliyin pozulması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 540
Dostları ilə paylaş: |