872) Exokardioqrafiya və perfuzion ssintiqrafiya stress təsvir metodlarının adi fiziki yük EKQ sınağından üstün olmayan cəhəti nədir?
A) Fiziki yük sınağının aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyətliliyi
B) İşemiya sahələrinin lokalizasiya etibarilə təyininin mümkünlüyü
C) Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması
D) Ritm pozğunluğu növlərinin təyinində informativ olması
E) Agciyər arteriyasının tromboemboliyasında yüksək diaqnostik əhəmiyyətliliyi
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 16
873) Ürəyin işemik xəstəliyinin kəskinləşməsi olan xəstələrdə klinik riskin ilkin qiymətləndirilməsi və müalicə taktikasının seçilməsi üçün zəruri olan kəskin koronar sindromu diaqnozu sonradan hansı diaqnozla əvəz oluna bilər?
A) kəskin ocaglı distrofiya ilə
B) qeyri - sabit stenokardiya ilə
C) infarktdan sonrakı kardiosklerozla
D) kiçik ocaglı infarktla
E) aterosklerotik kardiosklerozla
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
Dostları ilə paylaş: |