907) Ağciyər arteriyasının tromboemboliyasında hansı müalicə daha zəruridir?
A) qlükokortikosteriodlər
B) cərrahi müdaxilə
C) ağciyərlərin süni ventilyasiyası
D) analgetiklərin tətbiqi
E) trombolitiklər və antikoaqulyantların tətbiqi
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI
908) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?
A) prostat vəzinin trombozu
B) yuxarı ətraf venalarının trombozu
C) sağ qulaqcıqda tromboz
D) çanaq venalarının trombozu
E) aşağı ətraf venalarının trombozu
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
909) Aşağıdakılardan hansı funksional ortostatik hipotoniyanın səbəblərinə aid deyil?
A) venoz tonusun azalması
B) ürəyə gələn venoz qanın həcminin azalması
C) hipervolemiya
D) ümumi periferik damar müqavimətinin azalması
E) hipovolemiya
Ədəbiyyat: А.С.Сметнев, А.А. Гроссу, Н.М. Шевченко « Синкопальные состояния в кардиологии» , 2001.
Dostları ilə paylaş: |