928) Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?
A) vena daxilinə antikoaqulyatların yeridilməsi
B) vena daxilinə plazmaəvəzedicilərin yeridilməsi
C) vena daxilinə noradrenalinin yeridilməsi
D) vena daxilinə ürək qlikozidlərinin yeridilməsi
E) bütün cavablar düzdür
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
929) Miokard infarktı zamanı kardiogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?
A) sağ mədəciyin miokard infarktı
B) perikardit
C) mədəcikarası çəpərin yarılması
D) papilyar əzələ başının qırılması
E) sol mədəciyin cırılması
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
930) Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?
A) obzidan
B) ritmilen
C) amiodaron
D) propafenon
E) novokainamid
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
Dostları ilə paylaş: |