1094) Aşağıdakılardan hansı xüsusiyyət xinidin və novokinamidə aid deyil?
A) qulaqcıq və mədəciklərin hərəkət potensialı dövrünü uzatmaq
B) “sürətli” cavab verən toxumalarda keciriciliyi artırmaq (His - Purkinye sistemi)
C) qulaqcıqların refrakter dövrünü uzatmaq
D) repolyarizasiya prosesini zəiflətmək (əsasən 3 hərəkət potensialı dövrü)
E) mədəciklərin refrakter dövrünü uzatmaq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263 – 264
1095) Trombolizis terapiyasından sonra yaranan paradoksal prokoaqulyant effektini hansı preparatla aradan götürmək mümkün deyil?
A) aşağı molekulalı heparinlə
B) trasilolla (kontrikal)
C) trombositlərin qlikoprotein IIb/IIIа reseptorlarının blokatorlarıyla
D) klopidoqrellə
E) aspirinlə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 541
Dostları ilə paylaş: |