1346) Miokard infarktında təsadüf olunan hansı ritm və keçiricilik pozğunluğu həyat üçün təhlükəli aritmiya hesab olunmur?
A) Mədəcik taxikardiyası
B) III dərəcəli tam atrioventrikulyar blokada
C) Mədəciklərin fibrilyasiyası
D) Asistoliya
E) His dəstəsinin sağ ayaqcığının blokadası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1347) Miokard infarktında təsadüf olunan hansı aritmiya ürək çatışmazlığını və həyatı vacib orqanların hipoperfuziyasını dərinləşdirən ritm pozğunluğu hesab olunmur? (AV – atrioventrikulyar).
A) Mədəciküstü taxikardiya paroksizmi
B) Qulaqcıq titrəməsi və səyriməsi
C) Hər hansı mənşəli nəzərə çarpan bradikardiya
D) Nəzərə çarpan sinus taxikardiyası
E) I və II dərəcəli AV blokadalar (Mobitsə görə I tip)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1348) Kəskin miokard infarktın “müşayiətçisi” hesab olunan, lakin eyni zamanda həyat üçün təhlükəli ritm pozğunluğundan xəbər verməyən aşagıdakilardan hansıdır? (AV - atrioventrikulyar).
A) Tez - tez, qoşa, erkən, politop mədəcik ekstrasistoliyalar
B) Mobitsə görə II dərəcəli II tip AV - blokada
C) Proqressivləşən mədəcikdaxili blokadalar
D) Mədəcik taxikardiyasının qısa paroksizmi (“qaçan”)
E) Ləng və sürətli düyün ritmi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
Dostları ilə paylaş: |