1216) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?
A) səyrici aritmiya
B) mədəcik taxikardiyası
C) səyrici aritmiya, atrioventrikulyar blokada
D) atrioventrikulyar blokada
E) paroksizmal atrioventrikulyar taxikardiya
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1217) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?
A) 400 mq və daha çox
B) 50-60 mq
C) 30-40 mq
D) 80-200 mq
E) 10-20 mq
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1218) Aşağıdakı preparatlardan hansının səyrici aritmiyanın taxisistolik formasının normasistoliyə keçirilməsində istifadəsi o qədər də vacib hesab olunmur?
A) Finoptin
B) Diqoksin
C) Xinidin
D) Anaprilin
E) Kordaron
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1219) Sinus düyünündə impulsun yaranmasının dayanmasının əlaməti aşağıdakılardan hansıdır?
A) səyrici aritmiya
B) sinus arrest
C) qulaqcıq ekstrasistoliyası
D) I dərəcəli atrioventrikulyar blokada
E) II dərəcəli atrioventrikulyar blokada
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1220) EKQ - də aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokadada müşahidə olunur?
A) QRS kompleksinin genişlənməsi
B) QRS komplekslərinin itməsi
C) Atrioventrikulyar dissosiasiya
D) PR intervalının uzanması
E) PR intervalının qısalması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1221) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?
A) PR intervalının sabitliyi
B) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi
C) Atrioventrikulyar dissosiasiya
D) Aparıcı supraventrikulyar ritmin miqrasiyası
E) His dəstəsi ayaqcıqlarının blokadası
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1222) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?
A) P dişinin blokadasından əvvəl P-R intervallarının stabil uzanması
B) P dişinin blokadasından əvvəl P-R intervallarının proqressiv uzanması
C) P-R intervallarının stabil uzanması və ilk pauzadan sonrakı kompleksin qısalmaması
D) Uzun pauzaların ikiqat P-P intervalına bərabər olması
E) Mədəcik komplekslərinin gözlənilmədən, tək-tək," xəbərdarlıq etmədən " düşməsi
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
Dostları ilə paylaş: |