1228) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?
A) lidokain
B) verapamil (finoptin)
C) obzidan
D) novokainamid
E) strofantin
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1229) Lidokainin effektli təsiri olmadıqda, mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparatın təyini məsləhətdir?
A) strofantin
B) obzidan
C) verapamil (finoptin)
D) kardaron
E) mezaton
Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.
1230) Hansı preparatın venadaxili yeridilməsi koronar damarların daralmasına səbəb olur və miokardın oksigenə tələbatını artırır?
A) etmozin
B) kordaron
C) lidokain
D) ritmilen
E) xinidin
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1231) Aşağıdakı ritm pozğunluqlarının hansının müalicəsində maqnezium sulfatın venadaxilinə yeridilməsi effektlidir?
A) Atrioventrikulyar paroksizmal taxikardiyalarda
B) “Piruet” tipli mədəcik taxikardiyası
C) WPW (Volf-Parkinson-Vayt) sindromunda
D) Monomorf və polimorf mədəcik taxikardiyalarında
E) Səyrici aritmiyalarda
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г
1232) Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?
A) ürək çatmamazlığının agırlaşması
B) bütün sadalananlar
C) səyrici aritmiyanın səbəbinin aradan qaldırılması (ürək qüsurunun cərrahi korreksiyası, tireotoksikozun müalicəsi)
D) ürək çatmamazlığının yaranması
E) tromboemboliyanın baş verməsi
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.
Dostları ilə paylaş: |