1283) II dərəcəli qulaqcıqlar arası blokadanın EKQ əlamətlərini sadalayın.
1. Ətraf aparmalarında P dişinin müddətinin tədricən artması
2. Ətraf aparmalarında P dişinin müddətinin parçalanması
3. V1 aparmasında periodik olaraq P dişinin sol qulaqcıq fazasının itməsi
4. Ətraf aparmalarında P dişinin müddətinin (0, 11 san çox) daimi artrması
5. P dişlərinin parçalanması və ya diş - diş olması
A) 1, 3, 5
B) 2, 4, 5
C) 1, 2, 4
D) 1, 2, 3
E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
1284) I dərəcəli atrioventrikulyar blokadanın qulaqcıq proksimal formasının EKQ əlamətlərinə aid deyil:
A) P - Q(R) intervalının uzunluğu əsasən Р dişinin uzunluğu hesabına böyüməsi (0, 11 san - dən çox)
B) Р - Q(R) seqmentinin uzunluğu 0, 10 san çox olmaması
C) Müntəzəm (3:2; 4:3; 5:4; 6:5 və s. tipli) və ya nizamsız QRST kompleksinin düşməsi (Р dişinin saxlanılmasıyla)
D) P dişi çox vaxt parçalanması
E) QRS kompleksinin normal formada və davamiyyətli olması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 246
1285) Hansı pozğunluqlar sinus bradikardiyasının ekstrakardial formasının səbəblərinə aid deyil?
A) miokardın infarktı
B) hiperkalsiemiya və ya nəzərə çarpan hiperlkaliemiya
C) metabolik alkaloz
D) bəzi infeksiyalar (virus hepatiti, qrip, qarın yatalağı, sepsis)
E) obturasion sarılıq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
Dostları ilə paylaş: |