1330) QT intervalının uzanması nəticəsində meydana çıxan “piruet” tipli aritmiyanın əmələ gəlməsinə səbəb olmayan preparat hansıdır?
A) bretilium
B) amiodaron
C) xinidin
D) novokainamid
E) metoprolol suksinat
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно - сосудистых лекарственных средств» 2005г.
1331) Antiaritmik preparatların təyini zamanı aritmogen effektin meydana çıxma ehtimalı hansı hallarda daha çoxdur?
A) miokardın nəzərəçarpan zədələnmələrində və ağır mədəcik aritmiyalarda
B) qulaqçıq tipli aritmiyalar zamanı
C) mədəcik ekstrasistoliyalarında (1 - 2 dərəcəli)
D) atrioventrikulyar aritmiyalar zamanı
E) sinus (tənəffüs) aritmiyası zamanı
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно - сосудистых лекарственных средств» 2005г
Dostları ilə paylaş: |