Kardiologiya


) Xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretiklərlə müalicədə aşagıdakılardan hansı düzgün deyil? (ÜÇ - ürək çatışmazlığı)



Yüklə 431,39 Kb.
səhifə635/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   631   632   633   634   635   636   637   638   ...   679
1412) Xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretiklərlə müalicədə aşagıdakılardan hansı düzgün deyil? (ÜÇ - ürək çatışmazlığı).
A) Əksər xəstələrə β - adrenoblokatorlarla birlikdə tiazidlər təyin edilməlidir

B) Diurez və natriurezə münasibətdə daha effektli olmalarını nəzərə alaraq, əksər xəstələrə ilgək diuretikləri təyin edilməlidir

C) ÜÇ olan ambulator xəstələrdə çəkinin gündəlik ölçülməsi və maye durğunluğunun digər klinik əlamətlərinə əsasən, diuretikin dozasının xəstə tərəfindən korreksiya olunması dəstəklənməlidir

D) Böyrək funksiyası və plazma elektrolitlərinin miqdarı nəzarətdə saxlanılmalıdır

E) Xəstənin daima maarifləndirilməsi məsləhətdir
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 35
1413) Xroniki ürək çatışmazlıqlı xəstələrin ilgək diuretiklərlə müalicəsi zamanı hiponatriemiya kimi problemlər üzə çıxdıqda, aşağıdakılardan hansı tədbirin həyata keçirilməsi vacib deyil?
A) Mümkün olarsa, ilgək diuretiklərinin dozası azaldılmalı və onların qəbulu dayandırılmalıdır

B) Kalium və maqnezium əlavələri təyin edilməli və allopurinolla müalicə nəzərdən keçirilməlidir

C) Venadaxili inotrop müalicə başlanılmalı, həmcinin ultrafiltrasiya nəzərdən keçirilməlidir

D) Tiazid diuretiklərinin qəbulu dayandırılmalı və ya mümkün olduqda, ilgək diuretiklərinin qəbuluna başlanılmalıdır

E) Maye qəbulu məhdudlaşdırılmalı və arginin-vazopressin antaqonistinin (məs.: tolvaptan) təyini nəzərdən keçirilməlidir
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 34
1414) Xroniki ürək çatışmazlığı olan xəstələrdə diqoksinlə müalicə zamanı aşağıdakılardan hansı praktiki tövsiyələrə aid deyil? (ÜÇ- ürək çatışmazlığı, SMAF-sol mədəciyin atım fraksiyası).
A) Sinus ritmi olan simptomlu ÜÇ-lı xəstələrdə bu preparatın təyini xəstənin vəziyyətini yaxşılaşdırır

B) SMAF < 40%-dən az olan sinus ritmli xəstələrdə bu preparatın təyini xəstənin vəziyyətini yaxşılaşdırır

C) Qulaqcıqların səyriməsində ürək yığılmalarının sayı sakitlik halında dəqiqədə 80-ı və fiziki gərginlikdə 110-120-ni keçərsə bu preparat təyin olunmalıdır

D) Aritmiyalı xəstələrə amiodaronun istifadəsindən yaranan QT intervalının uzanmasında bu preparat təyin olunmalıdır

E) ÜÇ-nın ağırlaşması ilə əlaqədar hospitalizasiya hallarını azaldır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1415) Sinus ritmli sol mədəciyin sistolik disfunksiyası olan (SMAF < 40% -dən az) xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretik, AÇFİ və/və ya ARB, β - adrenoblokator və göstəriş olduqda aldosteron antaqonistinin optimal dozaları ilə müalicəyə baxmayaraq, ÜÇ əlamətləri təzahür etməkdə davam edərsə, onda hansı preparatın təyini nəzərdən keçirilə bilər? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, ÜÇ - ürək çatışmazlığı).
A) nimesil

B) diqoksin

C) lidokain

D) koraksan

E) verapamil
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1416) Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrin müalicəsində angiotenzin çevirici fermentin inhibitorları hansı halda tövsiyə olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası).
A) SMAF-ın < 40%-dən az azalmasında

B) Ürək çatışmazlığı olan ürəyin işemik xəstəliyində və SMAF-ı saxlanılmış xəstələrdə

C) Arteriyaların aterosklerotik zədələnməsində

D) Orqanizmdə Na+ ionlarının çatışmazlığında (məs., dussuz diyeta zamanı)

E) Ürək çatışmazlığı simptomları olan xəstələrdə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1417) Xroniki ürək çatışmazlığı olan xəstələrə angiotenzin II reseptorlarının blokatorları hansı halda təyin olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları).
A) keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığı əlamətləri olanlara

B) angiotenzin çevirici fermentin inhibitorlarına davamsızlıq zamanı

C) birincili hiperaldosteronizmdə

D) bütün xroniki ürək çatışmazlığı olan xəstələrdə

E) keçirilmiş miokard infarktından sonra SMAF-ın azalmasında (< 40%-dən az)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1418) Xroniki ürək çatışmazlığı olan xəstələrə β - adrenoblokatorların hansı halda ehtiyatla qəbulu tövsiyə olunur? (SMAF - sol mədəciyin atım fraksiyası, FS - funksional sinif, NYHA - Nyu-York Ürək Assosiasiyası).
A) Mülayim xroniki ürək çatışmazlığı olan xəstələrdə

B) Ağır xroniki ürək çatışmazlığı olan xəstələrdə (NYHA FS IV)

C) SMAF-ı 40%-dan az olan ürəyin işemik xəstəliklərində

D) Stabil yüngül ürək çatışmazlığı əlamətləri olan ürəyin işemik xəstəliklərində

E) Miokard infarktı keçirmiş, lakin SMAF-ı saxlanılmış xəstələrə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 888.
1419) Xroniki ürək çatışmazlığı olan xəstələrə aldosteron antaqonistləri hansı halda təyin olunmur? (Mİ - miokard infarktı, ÜÇ- ürək çatışmazlığı, SMAF- sol mədəciyin atım fraksiyası, FS-funksional sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).
A) I-II FS (NYHA görə) ÜÇ-ı olan xəstələrə

B) Miokard infarktı keçirmiş ÜÇ-nın simptomu və əlamətləri olan xəstələrə

C) Miokard infarktı keçirmiş SMAF-ı aşağı olan xəstələrə

D) Kalium ionlarının miqdarı 5,0 mmol/l-dan az olanlara

E) III-IV FS (NYHA görə) xroniki ürək çatışmazlığı olan xəstələrə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890
1420) Xroniki ürək çatışmazlığı olan xəstələrə nitratlar əsasən hansı halda istifadə oluna bilməz? (Mİ - miokard infarktı, ÜÇ- ürək çatışmazlığı, SMAF- sol mədəciyin atım fraksiyası).
A) Hipertrofik kardiomiopatiyanın obstruktiv variantında

B) ÜÇ əlamətləri olan xəstələrə diqoksinlə birlikdə

C) ÜÇ əlamətləri və arterial hipertenziyası olan xəstələrdə

D) Stenokardiya simptomları təzahür etdikdə

E) Mİ keçirmiş SMAF-ın azalması olan xəstələrdə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   631   632   633   634   635   636   637   638   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin