2. sirkulə edən qanın miqdarının azalması və qanın osmotik təzyiqinin yüksəlməsi
3. orqanizmdə mayenin nəzərə carpacaq dərəcədə saxlanılması nəticəsində, şişkinlik sindromunun əmələ gəlməsi və ön yüklənmənin yüksəlməsi
4. ürəyə son yüklənmənin həddindən artıq artması
5. arterial təzyiqin düşməsi ilə nəzərə çarpacaq vazodilatasiya
A) 1, 3, 5
B) 1, 2, 4
C) 2, 4, 5
D) 1, 3, 4
E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 69 - 70
1438) Orqanizmdə suyun həddindən artıq toplanması və toxumaların hiperhidratasiyası nəticəsində osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
A) somatotrop hormonun sekresiyası artır
B) antidiuretik hormonun sekresiyası artır
C) adrenokortikotrop hormonun sekresiyası azalır
D) adrenokortikotrop və somatotrop hormonların sekresiyası azalır
E) antidiuretik hormonun sekresiyası kəskin azalır və ya, hətta, kəsilir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», крови 2007, стр. 70
1439) Qulaqcıq natriumuretik peptidi harada istehsal olunur (hazırlanır) və qana nə vaxt keçir?
A) mədəciklərin miositlərində istehsal olunur, ancaq qulaqcıqların gərilməsi zamanı qana keçir
B) qulaqcıqların miositlərində istehsal olunur və onların həcminin kiçilməsi zamanı qana keçir
C) mədəciklərin və qulaqcıqların miositlərində istehsal olunur, ancaq mədəciklərin gərilməsi zamanı qana keçir
D) mədəciklərin miositlərində istehsal olunur, ancaq qulaqcıqların həcminin kiçilməsi zamanı qana keçir
E) qulaqcıqların miositlərində istehsal olunur və onların gərilməsi zamanı qana keçir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
Dostları ilə paylaş: |