Kazusdanda bəlli olduğu kimi,müstəntiq axtarış və götürmə prosessual hərəkətinin aparılması üçün evə gəldikə,evdə yalnız şəxsin 15 yaşlı qızı və Solmaz adlı şəxs olub



Yüklə 17,97 Kb.
tarix02.01.2022
ölçüsü17,97 Kb.
#41455
Eltun Museyibzadə Həll


Həll

Kazusdanda bəlli olduğu kimi,müstəntiq axtarış və götürmə prosessual hərəkətinin aparılması üçün evə gəldikə,evdə yalnız şəxsin 15 yaşlı qızı və Solmaz adlı şəxs olub.15 yaşlı qızın etirazına baxmayaraq,müstəntiq prosessual hərəkəti həyata keçirmişdir.Cinayət prosessual məcəlləsinin 244.4-ə əsasən axtarış və götürmə zamanı barəsində axtarış və götürülmə aparılan şəxsin yetkinlik yaşın çatmış ailə üzvünün iştirakı təmin edilməlidir.Qızın 15 yaşı olduğu və Solmazın ailə ilə bağlılığı olmadığı üçün müstəntiq burada CPM-in tələblərini kobud şəkildə pozmuşdur.Digər bir tərəfdən burada baxış,axtarış və götürmə yaşayış yerində aparılmışdır.Bu axtarış könüllü sürətdə yox,kazusdada qeyd edildiyi kimi etirazlara baxmayaraq məcburi şəkildə aparılmışdır.CPM-in 177-ci maddəsinə əsasən bəzi istintaq hərəkətləri məcburi qaydada yalnız məhkəmənin qərarı ilə mümkündür.Bunlardan biri yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılmasıdır.Burada müstəntiq bu qərarla şəxsləri tanış etməli idi.Müstəntiqin evdəkilərə dediyi isə əsasızdır. 177.4. Baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında baxış və digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər:

177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda;

Müstəntiq mənzilə baxış məqsədi ilə gəldikdə CPM 236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür.Burdada məktuba baxılması absurddur və ciddi hüquq pozuntusudur.Həmcinin CPM 236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.

Odlu silaha gəldikdə CPM 236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır.Gizlədilmiş silahın axtarılıb tapılması da CPM tələblərin pozulmasıdır.

Müstəntiqin yol verdiyi bütün bu pozuntular başverməsi halı qanunda öz əksini tapmışdır. 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər.

Müstəntiqin çıxardığı qərar əsassızdır.Bu hallar onun əlehinə istifadə edilə bilər.

Müddətlərin artılıması arasındakı fərqlər :

Normal qaydada istintaq aşağıdakı qaydada başa çatmalıdır :

böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra;

az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra;

ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra;i

xüsusilə ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra.

İlk dəfə müdddət üzadılması üçün müddətin bitməyinə 7 gün qalmış müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən uzadılır.Bu uzatmanı yuxarıda sadalanan şəxslər edir.Müddətlər aşağıdakı kimidir:

böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə; ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə; xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə.

İkinci dəfə müddətin uzadılması üçün əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən uzadıla bilər.Birinci dəfə uzadılmadan fərqi ondan ibarətdir ki,yalnız təqdimat əsasında Azərbaycan Respublikası Baş Prokurorunun müavini uzada bilər.

Üçüncü dəfə uzadılması qaydasında Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən aşağıdakı qaydada uzadıla bilər.Buradakı fərq ondan ibarətdir ki,bu uzadılmada birinci və ikinci dəfə uzadan şəxlər razılaşır və təqdimat verir.Müddəti isə yalnız Baş Prokuror özü uzadır.

Xüsusi hal isə cinayət işi açılanadək Baş Prokuror 218 şərtləri gözləməklə uzada bilər.Cinayət işi açıldıqdan sonra Baş Prokuror yalnız 1 dəfə uzada bilər.

Qeyd SSRİ-də isə bu qaydada ən sonra Azərbaycan SSR-birinci katibi uzada bilərdi.Müddətin bir daha uzadılması üçün isə SSRİ-nin rəhbəri uzatmalı idi.



i


Yüklə 17,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin