Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə347/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   343   344   345   346   347   348   349   350   ...   484
Ə d ə b i y y a t
Seçilmiş əsərləri 
/Ə.Vahid; tərt. ed. 
Q.Məmmədli, R.Quliyev, 
A.Paşayev; ön sözün 
müəl. S.Quliyeva.- Bakı: 
Lider, 2005.- 472 s.
Qəzəllər /Ə.Vahid; 
tərt. ed. və ön söz. 
müəl. B.Nəbiyev; red. 
V.Məmmədəliyev.- Bakı: 
Çaşıoğlu, 2004.- 368 s.
Əliağa Vahid (Əliağa 
Məmmədqulu oğlu 
İsgəndərov): bib-
lioqrafiya /tərt.-
müəl. İ.İsrafilov; 
red. M.Mehdiyeva; 
AEA N.Gəncəvi ad. 
Azərbaycan Ədəbiyyatı 
Muzeyi.- Bаkı: 
Azərbaycan Ensiklope-
diyası, 1997.- 60 s.
Əliağa Vahid haqqın-
da bildiklərimiz /tərt. 
M.Nuruoğlu; elmi red. 
M.Aslanov.- Bakı: Şərq-
Qərb, 1995.- 240 s. 
Zeynalova, A. Əlağa 
Vahidin poetik irsi 
/A.Zeynalova; elmi red. 
M.Qasımlı; Azərb. Resp. 
Təhsil Nazirliyi, Azərb. 
Dillər Un-ti.- Bakı: Elm 
və təhsil, 2011.- 268 s.
www.anl.az
elibrary.azlib.net 
www.az.wikipedia.org
15
Qəzəlxan


267
Milli ədəbiyyat 
140 
illiyi
Süleyman Sani Axundov  
1875-1939 
OKTY
ABR
Süleyman Rzaqulu bəy oğlu Axun-
dov 1875-ci il oktyabr ayının 21-də Şuşa 
şəhərində bəy ailəsində doğulmuşdur. Hələ 
körpə ikən Süleymanın təlim-tərbiyəsi ilə 
bilavasitə dayısı, görkəmli maarif xadimi 
Səfərəli bəy Vəlibəyov məşğul olmuşdur. 
1885-ci ildə Qori Müəllimlər Seminari-
yasına daxil olmuş, burada milli, klassik 
rus və dünya ədəbiyyatı ilə  dərindən ta-
nışlıq onun dünyagörüşünə faydalı  təsir 
göstərmişdir.
1894-cü ildə seminariyanı bitirərək 
Bakıdakı III dərəcəli rus-tatar məktəbinə 
müəllim təyin edilmişdir. 
1906-cı ildə Bakıda çağırılan müəllim-
lərin I qurultayında fəal iştirak edən Süley-
man Sani ərəb əlifbasını islah etmək üçün 
faydalı təşəbbüs göstərmiş, həmin qurul-
tayda ana dilində proqram tərtib etmək 
üçün ayrılan komissiyaya seçilmiş, 1908-
ci ildə A.Şaiq, M.Mahmudbəyov və baş-
qa qabaqcıl maarif xadimləri ilə birlikdə 
Azərbaycan pedaqoji fikri tarixində 
mütərəqqi bir hadisə olan məşhur “İkinci 
il” dərsliyini tərtib etmişdir.
1918-ci ildə Bakıda Sovet hakimiyyəti 
qurulanda o, Azərbaycanda ilk maarif 
komissarı kimi maarif sahəsində böyük 
həvəslə çalışmışdır. 
1920-ci ildə Qarabağ İnqilab Komitə-
sinin qərarı ilə avqustun 9-da Qarabağ 
vilayət maarif şöbəsinə müdir təyin edil-
mişdir. Qarabağ  və  Zəngəzurda məktəb, 
uşaq evi, klub, qiraətxana və başqa mədə-
ni-maarif ocaqlarının açılmasında fəal iş-
tirak etmişdir. 
1922-ci ildə S.Sani M.Mahmudbəyov, 
S.Əbdürrəhmanzadə, F.Ağa-zadə, A.Şaiq, 
Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk 
əlifbası” dərsliyini yazmışdır. Həmin ildə 
o, “Azərbaycan ədib və şairlər ittifaqı”nın 
sədrliyinə seçilmişdir.
Onun yaradıcılığı zəngin və çoxcəhət-
lidir. O, dramaturgiyamıza M.F.Axundovun 
“Hacı Qara” əsərinin təsiri ilə yazdığı “Ta-
mahkar” komediyası ilə gəlmişdir. 1906-
cı ildə o, “Dibdat bəy” və “Türk birliyi” 
komediyalarını yazmışdır. 
XX əsr Azərbaycan uşaq ədəbiyyatının 
formalaşmasında, inkişafında da onun 
böyük xidməti vardır. Ədib, “Qorxulu na-
ğıllar” (1912-1914) ilə Azərbaycan uşaq 
ədəbiyyatında forma, məzmun, üslub ye-
nilikləri gətirmisdir.
Onun bədii yaradıcılığının yeni yüksə-
liş  mərhələsi 1920-ci illərdən başlamış-
dır. “Laçın yuvası” (1921) dramı, bir 
sıra pyeslər “Cərxi fələk” (1921), “Qa-
ranlıqdan işığa” (1921), “Eşq və inti-
qam” (1922) və komediya janrının ilk 
nümunələri də “Molla Nəsrəddin Bakıda” 
(1921), “Şahsənəm və Gülpəri” (1921), 
“Bir eşqin nəticəsi” (1922), “Yeni həyat” 
(1923) onun qələmindən çıxmışdır.
Süleyman Sani həm də orijinal nasirdir. 
Onun 1923-1935-ci illərdə yazmış olduğu 
“Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət 
qurbanı”, Nə üçün?”, “Təbrik”, “Sona 
xala”, “Namus”, “Mister Qreyin köpəyi” 
və s. hekayələri Azərbaycan nəsrinin ilk 
nümunələrindəndir.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 
1932-ci ildə Süleyman Sani Axundovun 
pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni 
fəaliyyətini nəzərə alaraq ona “Əmək 
qəhrəmanı” fəxri adı vermişdir.
Süleyman Sani Axundov 1939-cu il 
mart ayının 29-da Bakıda vəfat etmiş, 
Fəxri Xiyabanda dəfn edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin