Teqvim-2015. pdf


Partiya Komitəsində Təbliğat və təşviqat



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə378/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   374   375   376   377   378   379   380   381   ...   484

Partiya Komitəsində Təbliğat və təşviqat 
şöbəsində 
təlimatçı, 1982-1989-cu 
illərdə Azərbaycan KP MK-da təlimatçı, 
mətbuat bölməsinin müdiri, 1989-1991-
ci illərdə Azərbaycan Dövlət Mətbuat 
Komitəsində sədr müavini vəzifələrində 
çalışmışdır.
1974-cü ildən Jurnalistlər Birliyinin, 
1978-ci ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvüdür.
1991-1997-ci illərdə Azərbaycan 
Yazıçılar Birliyi idarə heyətinin kati-
bi olmuşdur. Bakı  şəhər  İcra hakimiy-
yətinin Reklam və şəhər tərtibatı depar-
tamentində “Reklamların Azərbaycan 
dilində yazılışına nəzarət bölməsi”nin 
müdiri olmuşdur. 1989-cu ildən Dağ-
lıq Qarabağ üzrə respublika təşkilat 
komitəsinin üzvüdür. İnqilabdan  əvvəl 
görkəmli rus ədiblərinin yazdıqları əsər-
lərin yenidən nəşrini bilavasitə təşkil et-
mişdir.
“Oğuz eli” adlı  ədəbi-publisistik 
qəzetin nəşrində xidmətləri olmuş-
dur. 1991-ci ildə Bakıda keçirilən 
Beynəlxalq-biznes konqresinin təşkilat 
komitəsi qərargahının rəisi olmuşdur. 
“Ergün” firmasını və eyniadlı nəşriyyatı 
təsis etmişdir. Burada bazar iqtisadiyyatı 
ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, 
müasir Avropa və Amerika iqtisadçıla-
rının əsərlərini kütləvi tirajla nəşr etdir-
mişdir.
Bədii yaradıcılığa 1967-ci ildə “Ədə-
biyyat və incəsənət” qəzetində  çıxan 
ilk  şeirindən sonra başlamışdır. Həmin 
vaxtdan dövri mətbuatda yeni şeirlərlə 
müntəzəm çıxış edir. Son illər 200-dən 
çox publisistik məqaləsi və müsahibəsi 
dərc olunmuşdur. 
Onun “Mən küləyi görürəm” (1969), 
“Aylı  pəncərə” (1974), “İllərin baha-
rı” (1980), “Əllərimin kölgəsi” (1986) 
“Тень  моих  рук” (1988) və başqa ki-
tabları nəşr edilmişdir. 1997-ci ildə çap 
edilmiş “Dözmək olmur” şeirlər kitabı 
oxucular tərəfindən rəğbətlə qarşılan-
mışdır.
40-dan çox mahnısına musiqi 
bəstələnmişdir. Sözlərinə  bəstələnmiş 
mahnıların diski buraxılmışdır. Bədii 
tərcümə ilə də məşğul olur. Azərbaycanın 
rəsmi nümayəndə heyətinin tərkibində 
dəfələrlə xarici ölkələrdə olmuşdur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin