38
Musiqi.Opera.Balet
70
illiyi
Polad Bülbüloğlu
1945
FEVRAL
Polad Murtuza oğlu Məmmədov
(Bülbüloğlu) 1945-ci il fevral ayı-
nın 4-də Bakıda anadan olmuşdur.
Məşhur müğənni Bülbülün (Murtuza
Məmmədov) ailəsində doğulan Pola-
dın uşaqlıq dövrü Bakı ilə yanaşı, həm
də “Qafqazın konservatoriyası”
- Şuşa-
da keçmişdir. İlk dəfə böyük səhnəyə
1960-cı ildə - 15 yaşında çıxmış, atasını
müşayiət etmişdir. 1962-ci ildə 17 yaşlı
Polad ilk mahnılarını bəstələmişdir.
1963-cü ildə Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasına
daxil olmuş, 1968-ci ildə Qara Qaraye-
vin sinfini bitirmişdir.
1965-ci ildən həm bəstəkar, həm də
müğənni
kimi dünyada Azərbaycan mu-
siqi mədəniyyətini təbliğ etmiş, keçmiş
Sovet ittifaqında populyar olan müxtəlif
estrada kollektivlərinə rəhbərlik
etmiş-
dir. 20-dən çox kinofilmə və bir sıra te-
atr tamaşalarına musiqi yazmışdır.
1969-cu ildə SSRİ Bəstəkarlar İtti-
faqına və Kinematoqrafçılar İttifaqı-
na üzv seçilmişdir. 1987-ci ildə Bakı
şəhər Sovetinin deputatı seçilmişdir.
Azərbaycan Komsomolu mükafatı lau-
reatı olmuşdur.
1973-cü ildə “Əməkdar incəsənət
xadimi”, 1982-ci ildə “Azərbaycan SSR
Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür. 1987-ci ildən M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmo-
niyasının
bədii rəhbəri və direkotoru
işləmişdir. 1989-cu ildən Azərbaycan
Respublikasının mədəniyyət naziri
işləmişdir.
1995-2006-cı illərdə Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
olmuşdur.
1994, 1997 və 2000-ci illərdə
“TÜRKSOY” Beynəlxalq təşkilatının
baş direktoru vəzifəsinə seçilmişdir.
1991-ci
ildə Azərbaycan Respub-
likası Milli Yaradıcılıq Akademiyası-
nın sənətşünaslıq doktoru, 1995-ci ildə
Ə.Hüseynzadə adına Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
fəxri professoru, 1999-cu ildə “Avropa -
Asiya”
Beynəlxaq Humanitar Akademi-
yasının həqiqi üzvüdür.
2000-ci ildən musiqi sənəti ixtisası
üzrə professordur.
2000-ci ilin fevral ayında Moskva
şəhərindəki “Ulduzlar” meydanında Po-
lad Bülbüloğlunun şərəfinə yeni ulduz
həkk olunmuşdur. O, bu şərəfə layiq
görülən ilk Azərbaycan bəstəkarıdır.
2006-cı ildən Azərbaycan Respub-
likasının Rusiya Federasiyasındakı
fövqəladə və səlahiyyətli səfiri kimi
fəaliyyət göstərir. O, Rusiyanın Regi-
onlararası İctimai fondu tərəfindən Ru-
siya və Azərbaycan xalqları arasında
sülhün, anlaşmanın qorunmasında və
dostluq tellərinin möhkəmlənməsindəki
xidmətlərinə görə “Müqəddəs knyaz
Nevski” mükafatına layiq görülmüşdür.
2010-cu ildə Çingiz Mustafayev Fon-
du və ANS Şirkətlər Qrupu tərəfindən
təsis edilən “İlin adamı” mükafatına la-
yiq görülmüşdür.
Dostları ilə paylaş: