Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə86/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   82   83   84   85   86   87   88   89   ...   484
Ə d ə b i y y a t
İlin yazı-Elin sazı: 
şeirlər, poemalar, 
rəvayətlər və nağıllar 
/M.Rzaquluzadə.-Bakı: 
Gənclik, 1981.- 250 s.
Ədəbiyyat: oxu ki-
tabı: 4-cü sinif üçün 
/M.Rzaquluzadə, 
Ş.Mikayılov.- Bakı: Maa-
rif, 1988.- 358 s.
Düma, A. Üç müşket-
yor [Elektron resurs] 
/A.Düma; red. heyəti: 
Ə.Quliyev [et al.]; 
tərc.: M.Rzaquluzadə, 
B.Musayev. -Bakı: Ça-
şıoğlu, 2004. - 1 el. opt. 
disk (CD-ROM).- (“Ni-
zami” layihəsi). Dünya 
ədəbiyyatı.
Homer. İliada [Elektron 
resurs] /Homer; red. 
heyəti  Ə.Quliyev [et al.]; 
tərc. M.Rzaquluzadə.- 
Bakı: Çaşıoğlu, 2006. - 1 
el. opt. disk
 (CD-ROM).- 
(“Nizami” layihəsi).- 
Dünya ədəbiyyatı
London, C. Hekayələr 
/C.London; tərc. 
ed. M.Süleymanov, 
M.Rzaquluzadə.- Bakı: 
Qanun: Əli və Nino, 
2011.-104 s. 
İ n t e r n e t d ə
www.anl.az
17
Nasir, tərcüməçi


64
Milli ədəbiyyat 
115 
illiyi
Süleyman Rəhimov 
1900-1983                   
MART
Süleyman Hüseyn oğlu Rəhimov 
1900-cü il mart ayının 22-də  Zəngəzur  
mahalının Qubadlı rayonunun Əyin 
kəndində anadan olmuşdur.
S.Rəhimov  kənd mollasından əlifba-
nı öyrənmiş, sonra Qubadlıda beşillik 
rus məktəbində oxumuşdur. 
1921-ci ildə Şuşada açılmış pedaqo-
ji kursa göndərilmiş və burada təhsilini 
başa vurduqdan sonra Qubadlı, La-
çın, Zəngəzur rayonlarında bir müddət 
müəllimlik etmişdir. Müəllimliklə yana-
şı o, çalışdığı kənd və rayonlarda həm də 
ictimai işlərdə fəal iştirak etmişdir. 
S.Rəhimov 1928-1931-ci illərdə 
Azərbaycan Dövlət Universitetinin ta-
rix fakültəsində oxumuşdur, həm də 
fəhlə rayonlarında savadsızlığı  ləğv 
edən kurslarda dərs demişdir. Uni-
versiteti bitirdikdən sonra Rayon par-
tiya komitəsinin katibi, Bakı parti-
ya komitəsində  təbliğat işləri üzrə 
katib, Azərbaycan partiya komitəsində 
Təbliğat-təşviqat şöbəsinin müdir müa-
vini vəzifələrində çalışmışdır.
S.Rəhimov 
ədəbiyyata romanla 
gəlmiş və roman bütün çoxillik yaradı-
cılıq fəaliyyəti dövründə onun nəsrinin 
əsas janrı olaraq qalmışdır. 
Ədəbi fəaliyyətə 1930-cu ildən baş-
layan Süleyman Rəhimovun ilk əsəri 
“Şamo”dur. Bununla belə o, 50 il bu 
əsərin üzərində  işləmiş  və ona əlavələr 
etmişdir. “Şamo”, “Saçlı”, “Ata və 
oğul”, “Mehman”, “Ana və abidəsi”, 
“Ağbulaq dağlarında”, “Aynalı” və 
bir çox irihəcmli roman və povestlərin 
müəllifidir. Yazıçının “Mehman” poves-
tinin motivləri əsasında “Qanun naminə” 
bədii filmi ekranlaşdırılmışdır. 
O, 1941-1945-ci illər müharibəsi 
dövründə Sovet qoşun hissələri ilə 
Təbrizə gedir, Cənubi Azərbaycanın bir 
çox  şəhər və  kəndlərini gəzir. “Vətən 
yolu” qəzetində “Səngərli” imzası ilə çı-
xış edir. Təbriz uşaqlarının ağır həyatını 
təsvir edən “Nənənin ölümü” hekayəsini 
çap etdirir.
Süleyman Rəhimov 1939-1940, 
1944-1946 və 1954-1958-ci illərdə 
Azərbaycan Yazıçılar Birliyinin sədri 
olmuşdur. 
Azərbaycan K(b)P Bakı  şəhər 
komitəsində  təbliğat üzrə katib (1940-
1941), Azərbaycan K(b)P MK-da 
Təbliğat və  təşviqat  şöbəsinin mü-
dir müavini (1941-1944), Azərbaycan 
Nazirlər Soveti yanında Mədəni-Maarif 
İşləri Komitəsinin sədri (1945-1958) 
vəzifələrində işləmişdir.
1961-ci ildə Milli Kitabxananın 
memarlıq baxımından tarixi abidə 
kimi qiymətləndirilən  əzəmətli bi-
naya köçməsində, binanın yeri-
nin seçilməsində  və tikilməsində  də 
görkəmli yazıçı Süleyman Rəhimovun 
böyük xidməti olmuşdur.
Azərbaycan Jurnalistlər  İttifaqının 
“Qızıl qələm” mükafatına (1972) la-
yiq görülmüşdür. Üç dəfə Lenin orde-
ni (1946, 1970, 1975), “Qırmızı  Əmək 
Bayrağı” (1959), “Şərəf nişanı” (1942) 
ordenləri və medallarla təltif edilmişdir, 
1960-cı ildə “Xalq yazıçısı”, 1975-ci 
ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri 
adlarına layiq görülmüşdür.
1983-cü il oktyabr ayının 11-də vəfat 
etmiş, Bakıda Fəxri Xiyabanda dəfn 
edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin