73
Teatr.Kino
Ələsgər Ələkbərov
1910-1963
105
illiyi
Aktyor
MART
26
Ələsgər Hacıağa oğlu Ələkbərov
1910-cu il mart ayının 26-da Bakıda
anadan olmuşdur.
1924-cü ildə Əbilov adına klubun
teatr dərnəyinə yazılmış, ilk dəfə bu
səhnədə çıxış etmişdir.
1927-ci ildə Teatr məktəbində təhsil
almışdır. Sonra Türk İşçi Teatrının
səhnəsində çalışmış, burada Hacı Baxşəli
(“Ölülər”), ikinci bələdiyyə (“Hücum”)
kimi yaddaqalan obrazlar yaratmışdır.
Bakı Türk İşçi Teatrı ilə Azərbaycanın
kənd və şəhərlərini qarış-qarış gəzmiş,
tamaşalar göstərmiş, əhalinin teatr zöv-
qünün formalaşmasına öz töhfələrini
vermişdir.
1930-cu illərdə Tbilisidə Azərbaycan
dram teatrında, Bakı və Gəncə teatrında
çalışmışdır.
1938-ci ildən ömrünün sonuna kimi
M.Əzizbəyov adına Azərbaycan Dram
Teatrında fəaliyyət göstərmişdir. Səməd
Vurğunun “Vaqif” pyesində Vaqif ob-
razı onun ən gözəl ifalarından biri idi.
Ə.Ələkbərov bu obrazı 28 yaşından
oynamağa başlamışdır. Aktyor bu rolu
qüdrətli bir rəssam kimi tam dolğun,
mənalı və səsli yaratdığına görə idi
ki, indi də insanların xəyalında Vaqif
məhz Ə.Ələkbərovun oynadığı kimi
canlanır. Onun ifasındakı bu obraz te-
atr tariximizdə qazanılan ən böyük
müvəffəqiyyətlərdən biri sayılır.
1948-ci ildə - “Vaqif”in səhnə
həyatının 10 ili ərzində Ələsgər
Ələkbərov bu rolda artıq 300-cü dəfə
çıxış etmişdi.
Aktyor səhnəmizə yeni üslub, yeni
yaradıcı manera gətirdi. Onun rollarında
klassik aktyor sənəti məktəbinin gözəl
ənənələri yaşayır. Bu ənənələr elə akt-
yorun ekran qəhrəmanlarında da özünü
büruzə verir.
Onun üçün kino aləmi də teatr qədər
sevimli idi. Yaratdığı müxtəlif xarakterli
kino obrazları kinematoqrafiya tarixində
silinməz izlər buraxıb. Hadisələri olmuş
əhvalatlara əsaslanan “Vulkan üzərində
ev” filmində Həsən rolunu ifa etmiş,
filmin Dovjenko adına Kiyev kinostudi-
yasında çəkilən “Varislər” filmində don
Aqilla rolunu uğurla canlandırmışdır
(1960). Azərbaycan kinosunda Rüstəm
kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli
xan”) “Qara daşlar”, “Səhər”, “Leyli və
Məcnun”, “Böyük dayaq” və s. filmlərdə
yaddaqalan obrazlar yaratmışdır.
1939-cu ildə Bakı şəhər Sovetinin,
1962-ci ildə SSRİ Ali Sovetinin deputatı
seçilmişdir.
Teatr sənətindəki xidmətlərinə görə
Ə.Ələkbərov orden və medallarla təltif
olunmuşdur.
Ə.Ələkbərov 1959-cu ildə Moskva-
da dram teatrların festivalında “Cavan-
şir” pyesində yaratdığı baş qəhrəman
surətinə görə laureat adına, 1961-ci ildə
“SSRİ Xalq artisti” adına layiq görül-
müşdür.
Ələsgər Ələkbərov 1963-cü il yan-
var ayının 31-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: