Teqvim-2015. pdf


Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə272/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   268   269   270   271   272   273   274   275   ...   484
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)  
Füzuli rayonunun işğalı günü (23.08. 1993)  
Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)
Ginnesin rekordlar kitabının (27.08.1955) nəşrə başlamasının 60 illiyi
Respublikada İctimai Televiziya yayıma başlamışdır (29.08.2005)
Qubadlı rayonunun işğalı günü (31.08.1993)  
231
230
232
234
233
240
235
235
239
236
236
238
237


211
Milli ədəbiyyat
AV
Q
U
S
T
Ə d ə b i y y a t
 
Seçilmiş əsərləri: 
2 cilddə: şeirlər 
/B.Vahabzadə; ön söz. 
müəl. Ç.Aytmatov; tərt. 
ed. və red. A.Bağırov.- 
Bakı: Öndər, 2004.-
C.1.- 328 s.; C.2. Poe-
malar.- 2004.- 320 s.
Seçilmiş əsərləri 
/B.Vahabzadə; red. 
hey.: Ə.Quliyev (baş 
red.) və b..-Bakı: Çaşı-
oğlu, 2005.-440 s. 
Ağayeva, M. Bəxtiyar 
Vahabzadə pyeslərinin 
səhnə taleyi: [monoq-
rafiya] /M.Ağayeva; 
elmi red. İ.Kərimov; 
AMEA, Memarlıq və 
İncəsənət İn-tu.- Bakı: 
[Xəzər Univeristeti] 
2013.- 158 s. 
Alməmmədova, S. 
Bəxtiyar Vahabzadə 
poeziyasının dili: 
[monoqrafiya] 
/S.Alməmmədova; elmi 
red. və ön sözün müəl. 
V. Arzumanlı.- Bakı: 
Elm, 2010.- 163 s. 
Bəxtiyar Vahabzadə - 
89 //Ədalət 2014.-16 
avqust.- S.16. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
16
Bəxtiyar Vahabzadə
1925-2009
90  
illiyi
Akademik
Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-
ci il avqust ayının 16-da Şəki  şəhərində 
anadan olmuşdur. 1934-cü ildə Bakıya köç-
müş, burada orta məktəbi bitirdikdən sonra, 
1942-1947-ci illərdə ADU-nun filologiya 
fakültəsində təhsil almışdır. 
1951-ci ildə namizədlik, 1964-cü ildə 
doktorluq dissertasiyalarını müdafiə etmiş-
dir. 1950-1990-cı illərdə BDU-nun Müasir 
Azərbaycan  ədəbiyyatı kafedrasının profes-
soru vəzifəsində çalışmışdır. 1980-ci ildə 
AEA-nın müxbir üzvü, 2000-ci ildə  həqiqi 
üzvü seçilmişdir. 1991-ci ildə Azərbaycan 
Yazıçılar  İttifaqının  İdarə Heyətinin və Ağ-
saqallar Şurasının üzvü olmuşdur.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və 
şəkil” adlı ilk şeiri ilə başlamışdır. 1945-ci 
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü 
olmuşdur. 1949-cu ildə “Mənim dostlarım” 
adlı ilk kitabı çap olunmuşdur. Onun lirik 
şeir və poemalarında, mənzum pyeslərində 
müasir dövrün problemləri lirik-fəlsəfi plan-
da, yeni əlvan boyalarla təsvir edilirdi. O, 
tənqidçi-ədəbiyyatşünas kimi də  fəaliyyət 
göstərmişdir. 100-ə yaxın  şeir kitabının, 
monoqrafiyanın, yüzlərlə elmi-publisistik 
məqalənin, eləcə də tarixi və müasir mövzuda 
20-dən artıq irihəcmli poemanın müəllifidir. 
Əsərləri dünyanın bir çox dillərinə  tərcümə 
edilmişdir. “Vicdan”, “Yağışdan sonra”, 
“Fəryad”, “Hara gedir bu dünya”, “Özü-
müzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar 
ağacı”, “Rəqabət” və s. (1960-2003) pyesləri 
Azərbaycan Dövlət Akademik Milli Dram 
Teatrında tamaşaya qoyulmuşdur. 
B.Vahabzadə XX əsrin 60-cı illərindən baş-
layan milli azadlıq hərəkatının öncüllərindən 
biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” po-
eması ilə iki yerə parçalanmış Azərbaycanın 
tarixi faciəsini dilə gətirmiş, rus və fars impe-
riyasının pəncəsi altında inləyən Azərbaycan 
xalqının azadlıq və istiqlal uğrundakı ədalətli 
mübarizəsinə qoşulmuşdur. 1962-ci ildə şair 
“millətçi” damğası ilə ADU-dan uzaqlaşdı-
rılmış, yalnız iki ildən sonra işə bərpa edil-
mişdir. Sovet rejimində milli varlığı tapda-
nan, hər cür məhrumiyyətlərə  məruz qalan 
millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi 
üsullarla ifadə etmiş, öz millətinin dərdlərini 
dilə  gətirmişdir. Birbaşa Sovet diktaturasını 
ifşa edən əsərlərini isə Sovet İttifaqı dağılan-
dan sonra “Sandıqdan səslər” başlığı altında 
nəşr etdirmişdir.
O, Azərbaycan KP Bakı şəhər Komitəsinə 
üzv və bir neçə çağırış Bakı Xalq Deputatları 
Sovetinə, X çağırış Azərbaycan Ali Sovetinə, 
1995 və 2000-ci illərdə Azərbaycan Milli 
Məclisinə deputat seçilmişdir. 
Şairin yaradıcılığı  və ictimai fəaliyyəti 
dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 
o, 1974-cü ildə “Azərbaycanın  Əməkdar 
incəsənət xadimi” fəxri adına, 1976-cı ildə 
“Leninlə söhbət” və “Muğam” poemaları-
na görə Respublika, 1984-cü ildə isə “Bir 
gəminin yolçusuyuq” şeirlər kitabına görə 
SSRİ Dövlət mükafatlarına layiq görül-
müşdür. 1984-cü ildə “Azərbaycanın Xalq 
şairi” fəxri adını almışdır. 1988-ci ildə 
M.F.Axundov adına ədəbi mükafatın laureatı 
olmuşdur. 1995-ci ildə “Qırmızı Əmək Bay-
rağı” və  “İstiqlal” ordenləri ilə  təltif olun-
muşdur.
  Bəxtiyar Vahabzadə 2009-cu il fevral 
ayının 13-də Bakıda vəfat etmişdir.



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin