227
Milli Qəhrəmanlar
Milli Qəhrəman
55
illiyi
Əmiraslan Əliyev
1960-1995
AV
Q
U
S
T
Əmiraslan Rza oğlu Əliyev 1960-cı il
avqust ayının 30-da Naxçıvan şəhərində
anadan olmuşdur.
1967-1977-ci illərdə Ü.Hacıbəyov
adına Naxçıvan şəhər 1 saylı orta
məktəbdə təhsil almışdır.
1977-1979-cu illərdə Naxçıvan
Şərabçılıq zavodunda fəhlə işləmişdir.
1979-1981-ci illərdə SSRİ Silahlı
Qüvvələrində hərbi xidmətdə olmuşdur.
Bir müddət Ukrayna Respublikasında,
sonra Polşada hərbi xidmətini davam
etdirmişdir.
1981-1982-ci illərdə Naxçıvan Şüşə
Qablar
zavodunda, 1982-1992-ci illərdə
isə Vayxır Su-Tikinti İdarəsində fəhlə
işləmişdir. İstehsalda çalışmaqla ya-
naşı, o, təhsilini
də davam etdirməyi
unutmamış, 1982-1987-ci illərdə Nax-
çıvan Dövlət Pedaqoji İnstitunun
tarix-
filologiya fakültəsində təhsil almışdır.
1992-ci ildə Azərbaycan Respubli-
kası Milli Təhlükəsizlik
Nazirliyinin
sərhəd qoşunlarında hərbi xidmətə çağı-
rılmışdır. Nümunəvi xidmətlərinə görə
Əmiraslan Əliyev qərərgahın
baş zabiti
kimi yüksək vəzifəyə təyin olunmuşdur.
Baş leytenant Əmiraslan Əliyev xidmət
etdiyi hərbi hissə tərəfindən 8
oktyabr
1994-cü ildə Fəxri fərmanla təltif edil-
mişdir.
Əmiraslan Əliyev 17 mart 1995-ci
ildə Mart hadisələri zamanı Azərbaycan
Respublikasında
dövlət çevrilişi cəhdinin
qarşısının alınmasında qəhrəmancasına
həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Əliyev Əmiraslan Rza oğlu-
na ölümündən sonra “Azərbaycan
Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
“N” saylı sərhəd zastavasında
qəhrəmanın xatirə otağı açılmış və
büstü qoyulmuşdur. “N” saylı sərhəd
məntəqəsinə Ə.Əliyevin adı verilmiş-
dir.
Dostları ilə paylaş: