226
Milli Qəhrəmanlar
Milli Qəhrəman
55
illiyi
Çingiz Mustafayev
1960-1992
AV
Q
U
S
T
Çingiz Fuad oğlu Mustafayev 1960-
cı il avqust ayının 29-da Həştərxan
vilayətinin Vladimir rayonunda hərbçi
ailəsində dünyaya gəlmiş, 1964-cü ildə
ailəsi ilə Bakıya köçmüşdür. O, 1977-
ci ildə Tibb İnstitutunun Sanitariya-
Gigiyena
fakültəsinə qəbul olmuş, 1983-
cü ildə oranı bitirmiş, təyinatla Dəvəçi
rayonunda üç il həkim işləmişdir. 1985-
ci ildə yaratdığı “Cəngi” birliyindəki
fəaliyyəti ilə Azərbaycan gənclərinin li-
deri səviyyəsinə yüksəlmişdir.
Qarabağ müharibəsi başlayandan
sonra Çingiz
jurnalistikaya üz tutmuş-
du. O, 1991-ci ildən Azərbaycan Dövlət
Televiziyasında reportyor kimi çalışma-
ğa başlamışdır. Onun reportajları, infor-
masiya blokadasında olan Azərbaycan
haqqında gerçəklikləri Amerika və Av-
ropanın aparıcı teleagentlikləri
və tele-
viziyalarına çatdırırdı. Dövlət televizi-
yasında mövcud olan senzura və ciddi
yasaqlar səbəbindən Çingiz əlahiddə ola-
raq “215 kl” studiyası kimi muxtar qu-
rumun yaradılmasının təşəbbüskarı və
yaradıcısı olmuşdu. O, Azərbaycan-
Ermənistan mühari-bəsinin 1992-ci ilə
qədər olan
dövrünün əsl salnaməsini
yaratmışdı. Ölkənin döyüş gedən bütün
bölgələrindən operativ xəbərlər, ayrı-
ayrı əsgərlər haqda xüsusi reportajlar
və bütün bunlarla yanaşı Azərbaycanda
gedən siyasi proseslər barədə ətraflı in-
formasiyalar onun müəllifliyi ilə pərvəriş
tapmışdı. Dünya onu daha çox Xocalıda
çəkdiyi filmlə tanımışdı.
Onun məhz bu
filmi ilə Ermənistanın imici bütün dün-
yada ciddi sarsıntıya məruz qalmışdı. O,
döyüş zonalarına yalnız reportyor kimi
yollanmırdı. O, cəbhədə bir əsgər, bir
zabit və hətta bir komandan kimi çox
vəzifəni öz üzərinə götürmüşdü. Laçın-
dan çıxan əsgərlərlə onun geri qayıtmaq
barədə verdiyi kəskin və qısa
göstərişlər,
bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə
Çingizin emosional davranışı ən yeni
teletarixin ən dramatik səhifələri olmuş-
dur.
1992-ci il iyun ayının 15-də Xoca-
lı yaxınlığındakı Naxçıvanik kəndində
çəkiliş zamanı aldığı mərmi qəlpəsindən
həlak olan Çingiz sonadək kameranı
söndürmədi.
Bu həm də onun öləndən
sonra da yaşayacağına işarə idi.
Azərbaycan Respublikası Prezidenti-
nin 6 noyabr 1992-ci il tarixli 294 say-
lı Fərmanı ilə Mustafayev Çingiz Fuad
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Daxili İşlər Nazirli-
yinin Şüvalandakı istirahət guşəsi, Bakı
küçələrindən biri, ANS-ÇM radiostan-
siyası, Azərbaycan
gəmilərindən biri
qəhrəmanın adını daşıyır. Yaşadığı bi-
nanın önündə barelyefi vurulmuşdur.
C.Naxçıvanski adına Hərbi Litseydə
büstü qoyulmuşdur. 2011-ci ilin avqust
ayında Almaniyada 3 min nüsxə ilə onun
təsviri olan poçt markası buraxılmışdır.
Dostları ilə paylaş: