Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə386/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   382   383   384   385   386   387   388   389   ...   484
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.qazax-ih.gov.az
www.milliqahraman.az
29
Milli Qəhrəman


301
105 
illiyi
Süleyman Vəzirov  
1910-1973
    
NOY
ABR
Süleyman Azad oğlu Vəzirov 1910-
cu il noyabr ayının 18-də  Şuşada ziyalı 
ailəsində anadan olmuşdur. 1918-ci ildən 
Şuşa real məktəbində oxumuş, sonra 
Bakı  sənaye-iqtisad texnikumuna daxil 
olmuşdur. Texnikumda oxumaqla bərabər 
o, həm də kinomexanik köməkçisi 
işləmişdir. Texnikumu bitirdikdən sonra 
İliç buxtasında - mədəndə çalışmağa baş-
lamışdır.
1928-ci ildə Azərbaycan Politexnik 
İnstitutunun dağ-mədən fakültəsinə daxil 
olmuş, 1932-ci ildə  təhsilini başa vur-
muşdur. Yüksəkixtisaslı kadr kimi Piral-
lahı, Lökbatan, Qaraçuxur kimi neft-qaz 
yataqlarının işlənilməsində bir neçə il 
ərzində mühəndis, böyük mühəndis, tres-
tin baş mühəndisi vəzifələrində çalışaraq 
kamil mütəxəssisə çevrilmişdi.
1935-1937-ci illərdə “Molotovneft” 
trestində indiki - Əmirov adına Neftqaz-
çıxarma idarəsi mədən müdirinin müavi-
ni, 1937-1940-cı illərdə “Kaqanoviçneft” 
trestinin - indiki Suraxanı Neftqazçıxarma 
idarəsi baş mühəndisi vəzifələrində çalış-
mışdır. 1940-cı ildə Azneftkombinata baş 
mühəndis vəzifəsinə irəli çəkilmişdir. 
1941-ci ildə Azərbaycan maksi-
mum - yəni 23,5 mln. ton neft hasil et-
miş  və kombinatın baş mühəndisi kimi 
S.Vəzirov  Lenin ordeni ilə təltif olunmuş-
du. 1942-ci ildə o, “Azneftekombinat”a 
rəhbər təyin edilmiş  və kombinatın 
ilk azərbaycanlı  rəhbəri olmuşdur. 
Müharibənin ağır illərində Azərbaycan 
neftçiləri 1941-1945-ci illərdə 75 mln. 
ton neft, 22 mln. ton benzin və digər 
neft məhsulları istehsal edərək, plan 
tapşırığını xeyli üstələmişdilər. Çətin 
müharibə  şəraitində neft sənayesinin 
inkişafı sahəsində göstərdiyi xüsu-
si xidmətlərinə görə SSRİ Ali Soveti 
Rəyasət Heyətinin 24 yanvar 1944-cü il 
tarixli sərəncamı ilə S.A.Vəzirov “Sosi-
alist Əməyi qəhrəmanı”, “Lenin” ordeni 
və  Qızıl “Oraq-Çəkic” medalı ilə  təltif 
olunmuşdu. 1945-ci ildə “Azneft” birli-
yinin rəisi vəzifəsində çalışmışdır. 1946-
cı ildə “Ölkənin cənub və    qərb rayon-
larında neft hasilatı üzrə Baş  İdarənin” 
rəisi vəzifəsinə  təyin edilmişdir. 1949-
cu ildə “Turkmənneft” Birliyinin mü-
diri seçilmişdir. Qumdağ yatağının kəşf 
edilməsinə  və  mənimsənilməsinə görə 
SSRİ Dövlət mükafatına layiq görülmüş-
dür. Bu dövr ərzində - onun işlədiyi dörd 
il yarımda “Türkmənneft” birliyinin neft 
hasilatı iki dəfə artmışdı. 
1954-cü ildə yaradılan Azərbaycan 
SSR Neft Sənayesi Nazirliyini nə dəvət 
edilmiş  və Azərbaycanın birinci neft 
sənayesi naziri olmuşdur. 
1958-ci ildə Azərbaycan SSR Nazirlər 
Sovetinin sədr müavini vəzifəsinə irəli 
çəkilmiş, 1959-cu ildə isə Azərbaycan 
SSR Xalq Təsərrüfatı  Şurasının sədri 
təyin edilmişdi. 
Süleyman Vəzirov 1973-cü il fevral 
ayının 7-də vəfat etmişdir.
S.Vəzirovun 100 illik yubileyinin 
keçirilməsi haqqında Azərbaycan Res-
publikasının Prezidenti cənab  İlham 
Əliyev 2010-cu il 1 oktyabr tarixində 
Sərəncam imzalamışdır.
Neft və qaz kəmərlərinin sualtı 
hissəsinin çəkilişində istifadə olunan 
borudüzən gəmilərdən biri “Süleyman 
Vəzirov”un adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin