336
Kimya.Biologiya.Tibb
110
illiyi
Yusuf Məmmədəliyev
1905-1961
DEKABR
Yusuf
Heydər oğlu Məmmədəliyev
1905-ci il dekabr ayının 31-də Ordubad
şəhərində anadan olmuşdur. 1918-ci ildə
erməni daşnakların vəhşi hücumundan
yaxa qurtarmaq üçün onun ailəsi Təbriz
şəhərinə köçmüş və orada yeddiillik
Ruşdiyə məktəbində təhsilini davam
etdirmişdir. 1920-ci
ildə Ordubada qa-
yıtmış və 1923-cü ilə qədər müəllimlik
edərək savadsızlığın ləğvində fəal işti-
rak etmiş və ilk qızlar məktəbini açmış-
dır.
1923-cü ildə Azərbaycan Pedaqo-
ji Universitetinin hazırlıq fakültəsində
oxumuş və 1924-1926-cı illərdə orada
təbiət elmləri
fakültəsində ali təhsil al-
mışdır. 1924-cü ildə Azərbaycan ziyalı-
larının I qurultayında məruzə etmişdir.
Elə həmin il təyinatla Gəncə şəhərinə
göndərilmiş və orada iki il müəllim
işləmişdir.
1929-1931-ci illərdə Moskva
Dövlət Universitetinin (MDU) kimya
fakültəsində təhsil almışdır.
1933-1945-ci
illərdə Azərbaycan
Elmi Tədqiqat Neft Emalı İnstitutunda
kiçik, sonra böyük elmi işçi vəzifələrini
tutmuş, 1945-ci ildə isə laboratoriya
müdiri vəzifəsinə seçilmişdir.
O, dünyada ilk dəfə olaraq neft qaz-
larından sintetik kauçukun alınması
ideyasını irəli sürmüş və 1933-cü ildə
“Etil spirtinin neft qazlarından alınma-
sı” adlı ilk elmi əsərini çap etdirmiş-
dir. 1934-cü
ildə kauçuk ilə əlaqədar
olaraq “Azərbaycanda süni kauçukun
problemləri” ikinci məqaləsini nəşr et-
dirmiş və bununla da o, respublikamiz-
da sintetik kauçukun yaradılmasının
mümkünlüyünü əsaslandırmışdır.
1938-ci ildə M.V.Lomonosov
adına MDU-nun Elmi Şurası
Y.H.Məmmədəliyevin təbii və süni neft
qazlarının kimyəvi emalı sahəsində
apardığı sistemli tədqiqatları nəzərə
alaraq ona müdafiə etmədən “kim-
ya elmləri namizədi”
alimlik dərəcəsi
vermişdir. O, apardığı tədqiqatları
ümumiləşdirərək 1942-ci ildə “Aroma-
tik karbohidrogenlərin alkilləşdirilməsi
və dealkilləşdirilməsi ilə toluolun sin-
tezi” mövzusunda doktorluq disserta-
siyasını müdafiə etmişdir. 1943-cü ildə
“Neft-kimyası” ixtisası üzrə professor
elmi rütbəsinə layiq görülmüşdür.
Onun yüksək keyfiyyətli aviabenzin
ilə təmin
edən komponent əldə etmək
sahəsində apardığı tədqiqatlar dövlət
tərəfindən yüksək qiymətləndirilmiş,
1944-cü ildə Lenin ordeni ilə, 1946-cı
ildə isə Stalin mükafatı ilə mükafatlan-
dırılmışdır.
1945-ci ildə Azərbaycan SSR EA-
nın
akademiki, 1958-ci ildə SSRİ EA-
nın müxbir üzvü seçilmişdir. 1947-ci
ildə Azərbaycan EA-nın prezidenti se-
çilmiş, 1954-1958-ci illərdə BDU-nun
rektoru olmuşdur. SSRİ Ali Sovetinin
(V çağırış, 1958 -1961) və Azərbaycan
SSR Ali Sovetinin (IV çağırış, 1955-
1959) deputatı seçilmişdir.
Yusuf Məmmədəliyev 1961-ci il de-
kabr ayının 15-də vəfat
etmiş və Fəxri
Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: