TARİXİ METAROMAN
CANLANMA
Taleh Şahsuvarlı
Müəllifin icazəsi olmadan mətbəədə çap
etmək və ya internetdə yayınlamaq qəti qadağandır.
MÜƏLLIF HÜQUQLARINI QORUYUR!
1
Taleh Novruz oğlu Şahsuvarlı 10 mart 1977‐ci ildə Bərdə
rayonunun Qazıqırdualı kəndində anadan olub. Bakı Dövlət
Universitetin tarix fakültəsinin və Yasamal rayonundakı 20
saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix
Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial
elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995‐ci ildən
jurnalistika sahəsində çalışır. Azərbaycanda ilk müstəqil tələbə
qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru
olub. “Seçki mübarizəsi” adlı elmi monoqrafiyanın müəllifidir.
Azərbaycanın tanınmış siyasi analitiki və liberal düşüncənin
əsas müdafiəçilərindən biridir. 2002‐ci ildən “Pragma” İctimai
Siyasət Mərkəzinin direktorudur. “Canlanma” müəllifin ilk
bədii əsəri və Azərbaycanda ilk tarixi metaromandır.
2
“T”OVLAMA
Küy kəndində o ara hər kəs özünü vacıb adam sayırdı,
Barses. Gör nə aləm idisə, ayrı çağ darvazası döyülməyən,
duralğada sözü kəsilən, məclisdə sifarişi yaddan çıxarılan Cıbı
bələdiyyə sədrinin, sahə müvəkkilinin, hakim və müxalif yönlü
siyasi
fəalların
görüm‐baxımından
sevincəyə
düşmüşdü.
Danışanda sözünü kəsmir, hələ desən, cibinə xərclik basırdılar; el
şənliklərində qabaqca Cıbının havasının çalınması üçün ya
sifarişlər geriyə saxlanır, ya da onun özünü irəli çağırıb oynadır,
əlinə şabaş verirdilər. Dədəsi Cıbı olduğuna görə ələ salınan,
cırnadılan əlaçı gədəsinin ayağına bahalı çəkmə alıb geyindirmiş,
əlinə bir qom gül vermişdilər, yanına gözəl‐göyçək qız qoşmuş,
şenliyin
girəcəyində,
üzərinə
“Küy
kəndinin
dünyada
özünəməxsus yeri vardır” yazılmış dəmir lövhəni saxlayan
dirəyin qənşərində durğuzmuşdular.
Hər iki əlaçı şagird lövhəyə yazılanları azı yüz dəfə
gözdən keçirmişdi. İndi oğlan qıza gözlədikləri qonağın ölkəsi, o
ölkənin baş kəndi barədə danışır, böyüyəndə Belarusa gedəcəyini,
Minsk şəhərini doyunca gəzəcəyini söyləyirdi. Yaxşı oxuyan və
kənddən qırağa çıxmamış o oğlan uşağı öz xəyallarından
danışdıqca rövnəqlənirdi. Onun düşdüyü xam
xəyallar
gəzməkdən, görməkdən savayı, həm də gözdən‐könüldən uzaq
bir kənddə fərqlənmək cəhdi idi və həmin arzunu əlində gül
saxlayan qıza danışmaq aradakı açılıb‐ağardılmamış sevgidən
irəli gəlirdi.
Əlaçı oğlan özündən iki sinif aşağıda oxuyan qızdan
xoşlanırdı, onu sevdiyinə inanırdı. Qəlbindəkilərə inansa da,
özünə güvənmirdi, hələ “Cıbının oğlu” kimi qəbul edildiyi, adını
çox adamın bilmədiyi kənddə sevdiyi qıza ürəyini açmaqdan,
3
dilə‐dişə düşməkdən çəkinirdi. Cıbının oğlu hələ uşağıydı, ağlı
çox şeyi kəssə də, hələ kor idi. Qızı qısqandırdığını, yaranan
qısqanclığın öz əleyhinə işlədiyini görmürdü. O danışdıqca qız
bədbinləşir, sevə biləcəyi oğlanın ölkədən çıxmağından, gedib
urusa‐murusa, xaxola‐maxola ilişməyindən əndişələnirdi. Əldə
saxlaya bilməmək, unudulmaq qorxusu kənddə adına söz
çıxmağın fəsadlarından çəkincəkliyə qarışıb ərgənləşmə çağında
qızın duyğularına zərbə vururdu. Gülün yarpaqlarını oynadan
qızın üzü qızarıb‐bozarırdı, rəng verib, rəng alırdı, başını qaldırıb
ona baxan olsaydı, ürəyini üzündə görərdi, açıqdan‐açığa hər şeyi
başa düşər və sevməsə də, sevmək ərəfəsində olduğu adamı
həmişə gözünün qabağında görmək arzusundan doğan “səni heç
hara qoymayacam” nidasını eşidərdi. Di gəl, Cıbının oğlu gözünü
yerə zilləyərək danışırdı. Onlar «Ququ» Əhlimanın “011”‐nin
kənddə məmə yeyəndən, pəpə deyənə qədər hamının qulağında
qalmış siqnalını eşidərək göz‐gözə gələndə gec idi, qızın rəngi
üzünə gəlmişdi, başa düşüləsi bir şey qalmamışdı.
Yüngülvarı fınxırdıb “Ququ” Əhliman arabasını saxladı.
Balam, ondan çıxmaz iş, yanında heç kim yoxuydu. “Heç kim
yoxuydu” deyəndə maşından Elmidar da düşdü, zira bir yerə
onunla gəlmiş “Ququ” Əhliman qoşa sayılmazdı.
Elmidar “özəl”lərdən hansındansa hüquqşünas diplomu
almış, rayon gənclər və idman idarəsində işə düzəlmişdi. Hər il
fevral ayında keçirilən Respublika Gənclər Forumuna bu sənə onu
da göndərmişdilər. Forumda ölkə başçısının çıxışını əli gicgahında
aramla dinləyərkən başı iri planda efirə verilmişdi. Elmidar iri
planda efirə gedən başını başlara qoşmaq xəyalına düşmüş,
yerişini dəyişmiş, pencəksiz gəzməyi özünə ayıb bilmiş, rəhbərin
rəsmini yaxasına sancmış, “Zəngimcell”inə Ulu Öndərin səsini
yazdırmışdı. Di gəl, bunlar azıydı, çox azıydı və Elmidarın
“Ququ” Əhlimana yoldaş olmasına hələ xeyli varıydı.
“Ququ” Əhliman alverçi Çimnazın əriydi. Babalı
deyənlərin boynuna, danışırdılar ki, qızlığında Çimnaz kənd
4
dükanında işləyirmiş; bir gün mağazanın müdiri döşünə əl salıb,
o da zavmağın əlini dişləyərək qaçıb. Alışverişdə əli olan Çimnaz
daha dükanda işləməmişdi, büllur qab‐qacaq alverinə başlamış,
Cəlilabad bazarından mal daşımaqla rayonun ən yaxşı alverçisinə
çevrilmişdi. “Ququ” Əhliman onu uşaqlıqdan sevirmiş,
əsgərliyini çəkib gələndən sonra qıza elçi göndərmiş, dədəsinin
razılığını alaraq adla deyilən düyün eləmişdi. “Ququ” Əhlimanla
Çimnazın düyünü ona görə adla deyilirdi ki, kənddə ilk
videoçəkiliş məhz onların məclisində aparılmışdı. O gündən
gəncəli videoçəkənlə əsgər yoldaşı olan Əhlimanın adı dillərə
düşmüşdü. Kənd bir qırağa, rayonun sayılıb‐seçilən adamları,
vəzifə, mənsəb sahibləri xeyir iş edəndə əsgər yoldaşını video
çəkməyə çağırması üçün ona ağız açmışdılar. Sözlərini yerə
salmamışdı. Həm pul‐para qazanmış, həm məclislərdə havayı
yeyib‐içmiş, həm də “iş aşıran” adam imici qazanmışdı.
Sonradan‐sonraya hər gədə‐güdə əlinə bir kamera alıb məclis
çəkəndə “Ququ” Əhlimanlıq iş qalmamışdı, iş qalmasa da, salam‐
kəlam qalmışdı. Onun sanlı sanılmasının əsasında və arxasında
sözünə qonu elədiyi adamlar dayanırdı. “Ququ” Əhliman
Cıbıdan‐mıbıdan danışmazdı. Ağzına aldığı ən balaca adamın adı
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin yerli şöbəsində
divara müdir kimi asılardı. Ondan aşağı adamlar dilinə gəlməzdi.
İcra başçısının, polis rəisinin, prokurorun, hərbi komissarın
yerində olub‐olmadığını, kimi danladığını, kimi qınadığnı
rayonda hamıdan yaxşı məhz o bilərdi. Nərdini‐dominosunu
kəndin bələdiyyə sədri, icra nümayəndəsi, sahə müvəkili ilə
oynayardı, onlarsız Mosunun yeməkxanasına ayaq basıb bir şiş
lüləkabab yeməz, yüz qram araq içməzdi, əsla. “Ququ” Əhliman
anadangəlmə vergiliydi və o vergisinin sayəsində rayonun “iri
buynuzluları”nın süfrəsində yeri vardı. Valideyn və övlad
haqqında ondan yaxşı, ondan yanıqlı, ondan şirin sağlıq demək
hər oğulun işi deyildi. Elə hər oğulun işi olmadığına görə də,
məclis olmuşdu ki, dediyi sağlıqdan sonra rayonun ən vəzifəli
5
adamlarından biri‐ bu barədə danışanda “Ququ” Əhliman həmişə
“adını çəkməyəcəm” deyərdi‐ masanın başındaca zar‐zar ağlamış,
sükan arxasına keçib maşınını düz “İmamzada”ya sürmüş, dizin‐
dizin sürünərək dədəsinin başdaşını qucaqlamış, “Quran”
oxumağa gələn mollaya cibindən dollar çıxardıb vermişdi.
Vəzifəli adamları nədənsə həmişə bir kirvəngə ağır çəkən elin
gözündə yaxşı adamıydı “Ququ” Əhliman. Danası oğurlanan,
cibindən bir çəkimlik nəşə çıxan, oğlunu əsgərlikdə yaxşı yerə
saldırmağa çalışan, müəllimə qızına iş soraqlayan kənd sakinləri,
lazım gələndə, ‐ lazımın da ayağı kənddən kəsilmirdi ‐ onu deyib
gələrdilər. İnsafən, məzənnəni qaldırmazdı “Ququ”. O işin
qabağında ona bir çolpa, yaxud hinduşka qonaqlığı verərdilər,
verməzdilər öz işləriydi; əgər verərdilərsə, o qonaqlıqda kəndin
icra nümayəndəsi, bələdiyyə sədri, sahə müvəkkili yuxarı başda
əyləşərdi. Respublika Gənclər Forumunda rəhbəri dinləyən, özü
də əli gicgahında dinləyən yerdə efirə gedəndən sonra layiq idi ki,
o “dairə”yə Elmidar da düşəydi; o “dairə”yə düşə bilmək,
Sədrəddinin dükanının qabağındakı duralğada “Əhlimangil
filankəsin qapısında yeyib‐içirlər” deyiləndə “gil”in içində saman
çöpü olmaq naminə Elmidar “Ququ”nun “011”‐ni hər gün
yumağa razıydı. Lakin Elmidara hələ “balağıdar” deyirdi
Əhliman, “Ququgil”ə çevrilmək üçün genəlməli, gen‐bol
olmalıydı. O günlər uzaqda deyildi, yaxındaydı, lap yaxındaydı;
ömründə ilk dəfə olsa belə, “Ququ” Əhlimanın qırmızı “011”‐ nə
minmişdisə, deməli, gün gələcək onunla eyni masa arxasında da
əyləşəcəkdi. Elmidara ümid verən varıydı. İcra başçısının sol əli‐
icra başçısı solaxay idi‐ “qlavar”ları‐ kənd icra nümayəndəsini,
bələdiyyə sədrini, sahə müvəkkilini, seçki komissiyası sədrini, o
cümlədən Elmidarı öz yanına çağırıb “öz adamımızdır” dediyi
Milli Məclis üzvlüyünə namizəd Baxış Əliyevə seçkilərdə kömək
olmağı, “Azadlıq” blokunun adayı Azin Kürəçinin burnunu
ovmağı qarşılarına vəzifə qoyanda, lazım gələrsə, o kürəçidi,
kirəçidi‐nədi, onun üzünə dirənməyi şəxsən Elmidara həvalə
6
edəndə qonaqlıq boyun olmuşdu. Əgər işin öhdəsindən uğurla
gəlsələr, icra başçısının sol əlinin Əlişin çaylağında verəcəyi
qonaqlıqda “Ququ” Əhliman“gil” olacaqdı Elmidar. Mərdimazar
olmasa, bağ çəpəri neynər, Elmidarın kürkündə gəzməyə çıxan bir
birə vardı. Birə Elmidarı qaşındıra bildikcə qaşındırırdı.
Qaşındırırdı ona görə ki, Belarusdan Küy kəndinə müşahidəçilər
gəlirdilər, yoldaydılar. Ürəyinə dammışdı ki, gələn qonaqlara
açılacaq masada yer kəm olacaq ona.
”Ququ” Əhliman maşından düşmədi. Elmidar Körpülü‐
ölkədə inşa edilən körpülərin şərəfinə, o, özünü belə adlandırırdı‐
arabadan yerə endi, maşından düşməyən Əhliman onun
sürücüsünə oxşadı. Yerə enən Elmidar Körpülü biləyinə baxıb
başını buladı. Çox keçməmiş Küy kəndinin müəllimləri gəldi.
Elmidar Körpülü bir də biləyinə baxıb gələcək vəd edən vəzifəli
gənclərə xas ədayla onları danladı. Dalınca Həzi sınıq‐salxaq
“04”‐nü yolun qırağında saxladı. Onun maşınından kənd
poliklinakasında həkim işləyən iki gəlin, onlardan birinin eyni
yerdə xadiməlik edən qayınanası və Belarusdan gələcək
qonaqların xəbəri çıxandan “el ağsaqqalı” cərgəsində əzizlənən
“Qozqur” Kərim düşdü.
“Kənd yolundan, igid namından bəllidir”‐ deyiblər,
adından məlum olduğu kimi, “Qozqur” Kərim qozqurmağı, gopa
basmağı sevərdi. Gopsuz yaşaya bilmirdi, dilinə çay‐cörək dəyməsə
dözərdi, yalan gəlməsə dəli olardı. Qapıda işləyəndə yerdən ilan
çıxardı, Kərim kişi qorxub‐eləməzdi, diri‐diri boğazlayar, ilanın
başını əzərdi. Gecə çişi və o biri işi gələndə çölə çıxsa, pəyənin
qabağında ağzından od püskürən əjdahalar görərdi. Özünü
yanğınsöndürən zənn edər, alovun üzərinə bir vedrə su əmdərər,
vedrəni başına keçirib yabayla əjdahanı öldürərdi. Məhlənin
ayağında zibillik vardı, öldürdüyü ilanların, əjdahaların hamısını
ora qolazlayardı, yabalığını gəlib arvadına danışardı. Arvadı səhər
yuxudan duranda gedib zibilləyə baxar, gözünə bir şey dəyməzdi.
Öldürdüyü ilanların yoxa çıxmasında Kərim kişinin gümanı bircə
7
yerə gedirdi. Günaşırı gözünə görünüb ona eşq elan edən yekədöş
haldan quşqulanırdı. Onun cəsurluğuna, qorxmazlığına dəyər
verən yek varlıq o hal idi. O halda cəsurluğunu başqalarının
görməsinə könlü razı olmayan da elə o hal idi. Yaxşı ki, son
günlərdə hal dəyişmişdi. Gec də olsa xəyalları gerçəkləşmişdi
Kərim kişinin. Şenlikdə “əsas oğlan” hesab edilməkdəydi.
“Əsas oğlan” bir sürə Belarusda yaşamış, Belarusun indiki
lideri Lukoşenkonun sədr olduğu kolxozda işləmişdi. Onun
Lukoşenko ilə bağlı nə qədər anıları vardı. Kir‐pasaq əlinə
baxmayıb Lukoşenkonun ona salam verməsi, iclasda adını çəkib
öyməsi, anasına söyməsi, döşünə medal asması, şuma basması
qəbilindən olan anıların hərəsini danışmağa uzun bir qış gecəsi
gərəkiydi. Kərim kişi o anılara yalan calamazdı. Bunu bilirdilər.
Bunu bilən kənd başbilənləri ayrı çağ cavanların məzələndiyi
“Qozqur” Kərimi qəfildən el ağsaqqalı elan edərək, qonaq‐qara
qabağına çıxardırdılar. Öldüyü yerdə onu ölməyə kəndin icra
nümayəndəsi qoymamışdı. Gələn müşahidəçilərin başçısını Kərim
kişi ilə eyni maşında əyləşdirəcəkdilər. O da Lukoşenkodan gen‐
bol danışacaqdı. Qonaqlara seçki komissiyası sədrinin qapısında
süfrə açılacaqdı. Çox adamın olması münasib sayılmamışdı.
Müşahidəçilərdən biri canısulu qadın, biri cavan oğlan olmalıydı.
Canısulu xalanı «Ququ» Əhliman almışdı boynuna, oğlana
Elmidar qulaq asacaqdı. Elmidar qonağa gərəyincə qulluq
eləməyə Sevayla Cevanı behləmişdi.
Sevanın əsl adı Sevgiladə, Cevanınkı Cəvahir idi. Onları
əzizləyərək elə çağırırdılar. Ceva böyük idi Sevadan, ona
prodüsserlik edirdi. Lap körpəliyindən Sevanın elmdən zəhləsi
gedərdi, o, anadangəlmə çal‐çağır əhliydi. Belə oxumaqla arası
yoxdu, elə oxumaqla arası vardı. “Səma” kanalında düzənlənən
“Ulduzların
cəngi”
yarışmasına
sənəd
vermiş,
seçim
mərhələsində ələnərək kəndə dönmüşdü. Üzüqoylu kəndə
qayıdandan bəri Mosunun yeməkxanasında oxuyur, elin gözündə
bir kirvəngə ağır gələn adamların xudmani məclislərini yola
8
verirdi. Seva yarışmada ələnib Bakıdan rayona qayıdanda dəmir
yolu vağzalında Respublika Gənclər Forumundan dönən
Elmidarla qarşılaşmışdı. Bir kupeyə düşmüşdülər. Biləcərini
keçəndə Seva məhrəmləşmiş, ayağını ayağının üzərinə aşırmış,
himiylə, cimiylə “gəl‐gəl” demişdi. Forumda gənclərin üzərinə
qoyulan vəzifələri yada salaraq Elmidar ona xor baxmamışdı.
Vaqondan başlanan məhrəmlik günbəgün sevgiyə çevrilmişdi,
kəndin
qırağındakı
çəkillikdə
öpüşməyəcən
uzanmışdı.
Öpüşməkdən o yana keçə bilməmişdilər, “qız uşağıyam” deyib
Seva bədənində irəliləməyə qoymamışdı Emişi, vaqondakı him‐
ciminə məhəl qoymayan həmkəndlisinə özünü bakirə qələmə
verməyi bacarmışdı. Gənc müğənninin danışığında dörd əsas
sözdən biri “şou‐biznes”, “səhnə” və “paxıllıq”la yanaşı “namus”
olmuşdu. Seva evdə duz çuvalına dönmüş bacısını Belarusdan
gələcək müşahidəçi oğlana sırımaq xəyalına düşdüyündən razılıq
vermişdi bu işə, yoxsa Elmidarın sözünə məhəl qoymazdı.
Kəndin girəcəyinə xeyli adam yığılmışdı. Qonaqlar indicə
gəlməliydilər. Hamı səbirsizliklə yola baxırdı. Uzaqdan bir maşın
göründü. Maşına baxıb nırç elədilər: “yox əşi, bu olmaz!”
Arabanın belində, yalan olmasın, bir “Kamaz”ın yükü vardı. Yük
daşımaqdan hay‐hayı gedib, vay‐vayı qalmış “Moskviç”
adamların yanında dayandı. İçindən sürücüylə yanaşı, kəkilini
pırpızlamış bir gədə də düşdü. Dar cins şalvar geyinmişdi,
üzərinə “free and fair” yazılmış köynəyini şalvarına salmamışdı.
Müsafiri maşına mindirənlər onun Küy kəndində “ekzad pol”
işinə baxacağını demişdilər. Başqa bir şey deməmişdilər.
Darşalvar gədə “hay” deyib yığışanların üzünə baxdı. Ona cavab
verdilər: Hay, hay... Pıçhapıç düşdü. Kənddə özünə yaxşı ev
hördürən, evinə bahalı “pol” döşədənlər varıydı. Görən, kimiydi
“ekzad pol” sifariş edən? Nəmənə zadıydı “ekZAD pol”? Hamı
çönüb dülgər Səmiyə baxdı. Dülgər Səmi “ekzad” o zaddır ki,
gərək onu pazlayasan”‐ deyərək həmkarının ağzını aradı:
‐ Heylə döyül, qağa?
9
Qağa dil bilmirdi. Ha elədi, bir şey andıra, qandıra
bilmədi. Axırda rusca bildiyi yeganə sözü dedi: “YAŞİK...”
‐ Ə, özüm ölüm, o heç bilmir ekzad pol nədir!.. Onu
qağandan yaxşı döşəyəmməz ingilis‐mingilis ‐ dülgər Səmi
döşünə döydü‐ o, dülgər döyül, mənim yanımda yeşik
düzəldəndir...
Elə o hində maşından “fokus” Yaşar düşdü. Maşından
düşər‐düşməz müsafirə sarı yüyürən Yaşarı belə görən olmamışdı
bineyi‐qədimdən. Seçki komissiyası sədrinin üzündəki ifadədən bu
polun, o poldan olmadığını oxudu hamı. Yaşar dülgər Səmiyə him
elədi. Dülgər Səmi darşalvar gədənin gəldiyi “Moskviç”dən
diyircəkli çemodanı sürüyüb yerə saldı. Çemodanı ehmalca aparıb
Yaşarın maşınında yerbəyer elədi. “Baxarıq bu çemodan Küy
kəndində necə diyirlənəcək”‐ geri döndü. Yaşar darşalvar gədənin
amerikan olduğunu, Belarusdan qonaqların gəlməyəcəyini və
Avropa Şurasının Küy kəndinə səsvermə günü xüsusi müşahidəçilər
göndərəcəyini dedi, qonağı yanına salıb evlərinə apardı.
***
Məxmər müəllimə havalı gəldi. Əyninə geydiyi narıncı
köynəyin yuxarıdan iki düyməsinı bağlamamışdı, narıncı yubkası
darıydı, o qədər darıydı ki, ona baxanda gen dünyada adam sıxılırdı
əməlli‐başlı. Seçki komissiyası sədrinin o irəli mərmərlənmiş
hovuzunun qırağında ayağını ayağının qabağına qoyub dayanmışdı.
Yaşarın qızları pəncərədən Məxməri güldürən darşalvar gədəyə
baxıb “bir‐birinə yaraşırlar” deyirdilər. “Fokus” Yaşar gözünü
ağardıb onları pəncərədən yığışdırdı, qonaqların yanına gəldi.
İcra nümayəndəsi, bələdiyyə sədri, mülki geyimdəki sahə
müvəkkili və Elmidar süfrənin başında dayanmışdılar. Əhliman
ingilis dili müəlliməsi, Amerikadan gələn müsafirə dilmanclıq
edəcək Məxmər müəlliməyə him elədi:
‐
Sən canın uzun eləmə, deginən yanını yerə qoysun!
10
Darşalvar gədə ac olmadığını söyləyib Məxmər müəllimə
ilə birgə Küy kəndini gəzməyə yollandı. “Ququ” Əhliman ona
həmən bir ayama yapışdırdı: “səy”... Onlar hırıldaya‐hırıldaya
darvazadan çıxanda “Ququ“ Əhlimanın sözüylə hamı bir ağızdan
razılaşdı: “səyin biri səy...” İcra nümayəndəsi seçki
komissiyasının sədrindən soruşdu:
‐ Yaşik, sən bilərsən, onun əynindəki kişi şalvarıdır?
Sahə müvəkkili səhərdən acıydı, doğrusu, onun qarnının
ac olmayan gününü görən heç olmamışdı. Özü dərhal süfrəyə
əyləşdi, Elmidarı səy gədənin dalınca göndərdi: “birdən qıza əl
uzadar, izlə, gör neynirlər, hara gedirlər...” Elmidarın qanı
qaraldı. Pisikdi. Səy gədəni güdməyə yollandı. Bir papiros
alışdırıb səy gədənin hara cəhənnəm olduğunu öyrənmək fikriylə
Sədrəddinin dükanına sarı addımladı. Dükanın qabağında
Cıbıdan savayı kimsə yoxuydu, o da dəmiydi. Ayamasına
qarışdıraraq hind filmindən əzbərlədiyi mahnını zümzümə edirdi:
“Cıbı, Cıbı, cıbbbii... zubi, zubi, zubbii...” Elmidarı görəndə
“cıbbi” deməyi ar bildi özünə. Mahnının sözlərini dəyişdi: “zubi,
zubi, zubbii... bobi, bobi, bobbi...” Guya elə əvvəldən belə
oxuyurmuş...
Mahnını kəsib yaxınlaşan Elmidara bircə sual verdi.
Cıbının o bircə sualı Elmidarın ölülərini qəbirdən çıxardıb seçici
siyahısına saldı:
‐ Balam, sən nəyunuz «Ququ» Əhlimangilnən vurmursan?
***
O gecə şahidi olduğu olayı Elmidar dərhal sahə
müvəkkilinə xəbər verdi. Gördüklərini birər‐birər danışan
Elmidara sahə müvəkkili “gecdir, cum evinizə” dedi və ona başa
saldı ki, ağzından söz qaçırmasın. Elmidar evlərinə yollandı. O,
doqqazlarından yorğun‐arğın içəri girəndə, bayaq dayandığı yerə,
lap dəqiqi, Məxmərin dədə evinin çəpərini əvəz edən kolluğun
arasını yararaq sahmana saldığı gizli müşahidə səngərinə sahə
11
müvəkkili gəlib soxdu özünü. Əvvəlcə Mübariz kişinin məhləsini
dinşədi. Müşahidə səngərinin yaxınlığındakı daxaldan şəhvani
səslər gəlirdi. Qarğı daxalın hay‐hayı gedib, vay‐vayı qalmışdi, nə
qapısı vardı, nə pəncərəsi. Açıq qapıdan düşən ay işiğı daxalın
içini aydınladırdı. Yun çırpmağa və ya buna bənzər ev işləri
görməyə qoyulmuş paslı çarpayının başından Məxmərin narıncı
köynəyi, narıncı yubkası, narıncı lifçiyi sallanırdı.
Onlar həvəsdən düşüb müşahidə səngərinin qabağından
evə gedəndə, Məxmərdən gələn xoş qoxu aləmi bürüdü. Sahə
müvəkkili qoxunu burnuna çəkərək bayaqdan bəri qurdaladığı
qabağını sonuncu dəfə sıxıb ofuldadı. Əhlimana SMS yazdı:
“Ququ, özüm ölüm, səy elə biziymişik...”
Səhər yeməkdən sonra Məxmər süfrəni yığışdıran anasına
göz elədi: “bir hovur əl saxla!” Gözü qızının boynundakı qaradan
su içməyən arvad yanını yerə qoydu. Məxmər anasından Riçardı
soruşdu.
‐ Mama, deyirəm, bu Riçard yaxşı oğlandır, hay?
‐ Nə bilim vallah, belə baxanda‐ arvad oğlana qıyğacı bir
nəzər saldı, adını eşidən Riçardın dişləri ağardı‐ pis gədə deyil,
gənə məni qınama, elə bil bir az səydir!
‐ Səy niyə olur, az?
‐ Nə bilim ay bala, üzünə baxanda dişlərini ağardır, gənə
məni qınama.
‐ Dodağına gülüş qonub, gülüşünə vurulmuşam,
vurulmuşam...
‐ Bıy, başıma xeyir! Məxmər, gənə məni qınama, ciddi
deyərsən ha birdən, İmamzada haqqı, ömür boyu üzünə
baxmaram!
‐ Lap ciddi deyirəm, biz Riçardla evlənmək qərarına
gəlmişik. Dədəmə xəbər elə!
Arvad inanmadı. Nə gözlərinə, nə qulaqlarına. Ərşadın
üzünə baxdı. Dil bilməsə də, onun üzü gülür, gözləri Məxmərin
sözünü deyirdi. Arvad bu yerdə gərək üzünü cıraydı, saçını
12
yolaydı, cignə çəkəydi, ancaq heç birini eləmədi. Qonşuların
eşidəcəyindən, haya gəlib məsələdən xəbərdar olacağından,
vurğun vurmuş vurulmuş qızının adına söz çıxacağından qorxdu.
Səbrini bassa da, yanını yerə basa bilmədi, əriylə gənəşməyə
durdu.
Mübariz kişinin nahara kabab çəkmək fikri vardı, quzunun
boğazına yenicə bıçaq cəkmişdi. Qan başına vurdu:
‐ Özüm ölüm, şaqqalayaram o qızı dı, ingilisi də!!!
‐ Əl saxla hələ kişi, qardaşını, bacını çağır, gənəş, gör nə
deyirlər‐ arvad kişinin gerçəkləyəcəyindən qorxdu.
Ağsaqqallar və ağbirçəklər gəldilər. Əyri əyləşdilər, düz
danışdılar. Hər üzünü fikirləşdilər. Elçi gələn olmayandan,
şirinçay içilməyəndən, buyruq buyrulmayandan, oxumuş qız
olduğuna görə savadsız qızlara veriləndən iki “paşka” çox başlıq
parası alınmayandan, parça biçilməyəndən, xına yaxılmayandan,
zifaf gecəsini yengə pusmayandan, üçgünlük keçirilməyəndən
sonra qızı uzağa vermək hamısına ağır gəldi. Hamının adından
maması Qızılgül çağırıb Məxmərə çox öyüd verdi, danladı, kar
olmadı. Qız elə bil kar oldu. Məxmərə gözü düşən oğlanların,
qəlbindən onu qohumuna‐qardaşına adaxlamaq keçən arvadların
adlarını bir‐bir sadaladı, qulağına girmədi. Qızılgül mamasının
pıçıldadıqlarını Məxmər bir qulağından alıb, o biri qulağından
çıxardanda, anası qapıdan bir hinduşkanın ayağını kəndirləyib
Molla Qədimin doqqazına yüyürdü. Çaldığı qələm daşı üyüdən
Molla Qədim “ildırım eşqinə qarşı” dua yazdı; əlini salıb, ayıb
olmasın, ayıb yerindən çəkdiyi qılı qurd yağına bulaşdırdı. Dua
limonlu suya salınmalı, limonlu suyu qız içməliydi. Dua qızı
qızmağa qoymayacaq, Molla Qədimin qurd yağına bulaşdırılmış
qılı da kimin pencəyinin cibinə basılsa, o adam xədim olacaqdı.
Evə gələndə baldızı Qızılgülü pərişan gördü:
‐ Aaz, ürəyini qısma, gör onların başına nə oyun açıram,
bildirçinin bəyliyi darı sovrulanacandır, qurd yağını köynəyinə
13
çəkim, Ərşad da qulağının dibini görsün Məxmərin üzünün
əvəzinə, indicə Molla Qədimgildən gəlirəm.
‐ Onu oyana elə sən İmamzada, gəl qızı verək!
‐ Yüz il qalaaaa!!!
Baldızı Qızılgül Məxmərin bakirə olmadığını, dünən gecə
gönü suya verdiyini danışdı. Qız anasının ürəyi keçdi. Özünə
gələndə bircə kəlmə dedi: “qancığı verək, başımızdan rədd
olsun...”
Ağsaqqalar bir də yığışdılar. Mübariz kişinin oğlu Ümidi
yada saldılar. Ümid Kanadada yaşayırdı. İnişil gedib Kanadaya
sığınmışdı. Bəlkə elə Məxməri ABŞ‐a gəlin köçürməkləri yaxşıdır?
Mübariz kişinin balaları niyə ayrı düşsünlər bir‐birindən? ABŞ‐la
Kanadanın arası budur‐buradır...
***
Küy kəndinə seçki günü çoxlu müşahidəçilər, sosioloqlar
gəldi. Sosioloqlar çıxış sorğusu zamanı səs verən sakinlərdən heç
zad öyrənə bilmədilər. “Kimə səs verdin” sualına seçicilərin ancaq
bir cavabı vardı:
‐ Quu... Quu.. Quu.. Quu...
Axşam düz səslərin sayılması anında xəbər yayıldı ki,
səsvermə yeşiyini əkişdiriblər. Komissiya sədri Yaşar yeşiyin
yoxa çıxmasını vecinə almadı. Müşahidəçilərin bəzilərinin də başa
düşəcəyi dildə komissiya üzvlərinə yüksək səslə dedi:
‐
Dostları ilə paylaş: |