Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

DİRİLMƏSNİ  simgələyir.  Doğanın  ölməsi  və  dirilməsi  inancı 
uzmanları  milladdan  öncəki  minilliklərə,  Kübele  kultuna  aparır. 
Frakiyalılar baharı suya çiçək ataraq qutlayardılar. Əfsanəyə görə, 
Kübelə  dəliqanlı  Attisə  vurulur.  Atası  Attisi  kral  Midasın  qızıyla 
evləndirir.  Kübele  özünü  toya  yetirir,  aləmi  qatır,  özündən  çıxan 
Attis əl atıb xayalarını qopardır. Xayasından axan qanın çiləndiyi 
yerdə  çiçəklər  bitir,  Attis  özü  ağaca  dönür.  Yaz,  yay  və  payız 
Kübeleylə  Attisin  seksual  dönəmi,  sonuncu  fəsil  impotensiya 
dövrdür.  İnsan  doğanın  övladıdır,  anasına  bənzəyir,  ölür  və 
dirilir.  
Qoca  çayın  sahilindəki  Aizonoi  tapınağında  havanın 
ilıqlanmağa  gücü  çatmırdı,  yüngül  meh  əsirdi,  nübar  sarımsağın 
ağız  sulandıran  qoxusunun  metroya  minəcək  adamda  yaratdığı 
kəskin  tərəddüdü  burnumdan  qova  bilmirdim,  Tarkanın  söhbəti 
bayrama  gətirməsi  ovqatımı  yaza  kökləsə  də,  nigaranıydım, 
 
126

hərdən  öləziyirdim,  Kütahyanın  yekcinsliyi  sındıran  iqlimi 
sütunları  dillənməyə  qoymurdu,  dənizlər  uzaq  və  isti,  torpağın 
üzü  soyuq  idi,  qəsəbədəki  misilsiz  harmoniyanın  buzu  açılmırdı, 
adamların yox, mərmərlərin hərarəti yayılırdı zamana.  
‐ Mən kiməm?‐ Tarkana naqolay bir sual tutuzdurdum.  
Ağzını sürüdü:  
‐  Həm  Zevsə,  həm  də  Kübeleyə  tapınılan  ayrı  məbəd 
yoxdur yer üzündə.   
  ‐  Sən  kimsən?‐  ikinci  sualı  Kübeleye  verdim  ki,  Ulu 
Ananın  qabartmasından  gözünü  çəkməyən  Tarkan  da  məni 
duysun.   
‐  Biz  hər  iki  cinsin  Tanrılığını  qəbul  edən  tapınaqda  yox, 
həm də dünyadakı ilk birjanı, ilk açıq bazarı gəzirik.    
‐  Örtülü  bazar,  dostluğu  pozar,  abi,  biz  kimik?‐  daha 
ümumi  sualla  getdikcə  əsəbləri  olmadığına  inandığım  adamdan 
cavab gözlədim.  
Qolumdan tutdu.  
‐  Babəki  xəzərlər  satdı,  Xaqan  xəlifəylə  bazarlığa  getdi, 
Bizans  köməyinə  vaxtında  gəlmədi,    Məzyar  və  Heydər  sözünə 
baxmadılar,  dünya kor qaldı... 
  ‐ O kimdir?‐ Babəki qəsd edirdim və heç nə anlamırdım, 
qolumdan tutanın soyuq məntiqini dəstələyə, sözünün axırını bir 
yana  çıxarda  bilmirdim,  əvəzində,  onun  ustalıqla  qəlbimi 
oxumasına  valeh  olurdum,  fəhmlə  doğu  və  batı  kültürlərinin 
Bəzdə yallı gedəcəyini duyurdum.  
‐ Gözünlə gördüyün dünya Babəkin yenilgisindən doğdu. 
Qorxu  Batıyla  Doğunun  arasına  girdi.  Avropa  ilə  Asiya  Babəkin 
qalasında əl‐ələ tutacaq. Siz Qutsal Kürəni tapmalısınız!   
‐ Mən niyə?  
‐  Siz  canlanan  Babək  olduğuna  inandığımız  Azin 
Kürəçisiniz. “Qırmızı Kitabı” oxuyaraq “Qan və üz”ə daxil olmalı, 
cəmiyyətin  lideri  seçilərək  Ağ  Kitabın  yazılmasına  xeyir‐dua 
verməlisiniz.  
 
127

‐ Hansı cəmiyyətə?  
‐  “Qan  və  üz”ə!  Məncə,  atan  ucundan‐qulağından  nələrsə 
deməliydi Sizə.  
Kallığa  nə  hacət,  əsəbsiz  zənn  etdiyim  dərya  gözümün 
qabağında böyük bir davanın romantikasına çevrilirdi.    
 ‐ Sizi müsafir etməkdə amacımız konspirativ “Qan və üz” 
cəmiyyəti  barədə  məlumat  vermək  və  quruma  üyə  etməkdir. 
Bilgilərin  verilməsi  mənə  həvalə  olunub.  “Tarkan”  mənim  kod 
adım. 
‐ Gerçək isminiz nədir?  
‐ Özgür Sarıbuzov...  
Özgür  Sarıbuzov  gizli  xürrəm  cəmiyyətinin  tarixindən 
bəhs etdi:  
 ‐  Babək  834‐cü  ildə  oğlunu  dörd  minlik  orduyla  Bizansın 
köməyinə göndərir. Babəkin oğlu xaç suyuna çəkilir, Feofob adını 
və  imperatorun  bacısını  alır.  Atasının  məktubuna  Feofilin 
barmaqarası  baxması,  xilafətə  hücuma  keçməməsi,  Bəz  qalasının 
köməyinə çatmaması Feofobu incik salır. Bir müddət araları sərin 
olur. 838‐ci ilin iyununda indiki Malatya yaxınlığındakı Dazimon 
qalasında imperatorun həyatını xilas edən Feofob yenidən etimad 
qazanır.  Azərbaycanda  xürrəmləri  toparlayır,  838‐ci  ilin  4 
iyulunda‐  Babəkin  doğum  günündə  “Qan  və  üz”ü  yaradır. 
Cəmiyyət əlaltdan Babəkin sağ qalan övladlarını Güney və Quzey 
Azərbaycanda  qoruyur,  onun  Samirəyə  əsir  aparılan  ailə 
üzvlərinin  bəziləri  Kərkükə  qaçırır.  Bizansa  keçən  xürrəmlər 
ölkənin  qərbində  yurd  salırlar.  842‐ci  ilin  yanvarıdır,  Feofob  14 
minlik  ordunun  komandanı,  imperatorun  sağ  əlidir,  ona  sarayda 
mənzil  verilib.  Feofil  qəfildən  azarlayır.  Vəliəhd  Mixael  südəmər 
körpədir. Sarayda “Qan və üz”ün toplantısı gedir. 
Tarkan  dayandı.  O  günün  ağırlığını,  gərginliyini  özüylə 
irəli apara bilmədi. Çənəsini ovxaladı. 
‐  Südəmər  körpə  Bizans  boyda  imperiyanı  idarə  edə 
bilməz, ona bacarıqlı bir naib lazım!‐ Tarkanı qabaqlamaq istədim.  
 
128

‐ Təbii, təbii. Vəliəhdin atası‐anası da məhz o fikirdədir!  
‐ Feofob dura‐dura ayrı aday nəyə lazım?  
‐ 
Malisəf, 
imperator 
Feofobdan 
qorxur. 
Ondan 
qurtulmağın yollarını arayır. Tam o anda çuğullar “Qan və üz”ün 
toplantısından  xəbər  gətirirlər  ki,  Feofobun  xilafətə  hücum  planı 
artıq  hazırdır.  Feofob  sarayda  dilimizi  bilən  əyan  olduğunu 
toplantıdan  dərhal  sonra  zindana  atılanda  anladı  və  onun  səhvi 
Bizans imperatorluğunu ələ keçirməyimizə imkan vermədi.  
‐ Və?  
‐  20  yanvar  842‐ci  ildə  Feofil  əlini  Feofobun  tasdakı 
qafasına qoyaraq öldü...  
‐ Yeni imperator kim olur?  
‐  Südəmər  III  Mixael!  Ona  naibliyi  anası  Feodora  edirdi. 
Feodora “Qan və üz”ü axırına çıxmaq istəyirdi, Konstantinapollu 
Kassiya olmasa xürrəmliyin izi‐tozu da qalmazdı.  
‐ Kassiya kimdir?  
‐ Kassiya sözün həqiqi mənasında Bizans gözəli idi, zəngin 
ailənin  qızıydı.  821‐ci  ildə  Feofilin  anası  oğluna  qız  axtarırdı, 
Bizansın bütün gözəllərini saraya toplayaraq gəlin seçirdi. Hər kəs 
Feofilin  əlindəki  almanı  Kassiyaya  verəcəyini  gözləyirdi.  Feofil 
onun  qabağında  dayandı  və  qadınların  günah  mənbəyi 
adlandırdı. Aldığı cavabdan sarsıldı və almanı farağatda dayanan 
Feodaraya uzatdı.  
‐ Kassiya necə olur?  
‐ 
Kassiya 
rahibəlik 
edir. 
Nəğmələr 
yaradır, 
Konstantinapolda  ilk  qadın  monastrının  əsasını  qoyur  və  ölənə 
qədər  “Qan  və  üz”ə  dəstək  verir.  Cəmiyyətin  mərkəzi 
Konstantinopolda  Səfəvilərlə  Osmanlıların  arası  dəyənə  qədər 
qalır.  Xürrəmlər  Səfəvi  İsmayılı  dəstəkləyir,  onun  Azərbaycanı 
vahid  dövlətə  çevirməsinə  sevinirdilər,  ürəklərindən  iki  qüdrətli 
türk  dövlətinin  dil  tapması  keçirdi.  Cəhdlərimiz  puça  çıxır. 
Osmanlı sarayı “Qan və üz”ü Kütahyada qalxan bir üsyana dəstək 
verməkdə suçlayır. Cəmiyyət İstanbuldan Kütahyaya köçür, Rus‐
 
129

İran  müharibələri  dönəmində  Qafqaza‐  Tiflisə  qayıdır.  Burada 
cəmiyyətə  lider  seçilən  Axundov  “Qan  və  üz”ü  yenidən 
yapılandırır.  O,  Güney  və  Quzey  Azərbaycandakı  gizli  xürrəm 
sektalarını  cəmləyir,  xalqın  içindən  çıxan  istedadlı  adamları 
sıralarımıza qatmaqla ölkəni azadlığa və bütövlüyə aparır. İlginizi 
mütləq  çəkəcək,  Azərbaycan  Demokratik  Respublikasının 
qurucularından  olan  Fətəli  xan  Xoylu  bizim  ən  bacarıqlı 
liderlərimizdəndir.  Sovetlər  dönəmində  cəmiyyəti  Üzeyir 
Hacıbəyov  idarə  edib.  Onun  “Koroğlu”  uverturası  xürrəmlərə 
himn bəstələnib. Misirdə tərcüməçi olduğu dövrdə Azərbaycanın 
gələcək  dissidenti,  milli‐azadlıq  hərəkatının  lideri  və  prezidenti 
Əbülfəz Əliyev “Qan və Üz”ə girir.  
‐ Elçibəyin mason olduğunu da söyləyirlər!..  
‐İnanma, ağız sözüdür, Elçibəy bizim liderdir! Təxəllüs ona 
Əsl  Yolçuların  Qahirədə  keçirilən  toplantısında  verilib.  Gizli 
cəmiyyətin  lideri  Azərbaycanda  azadlıq  bayrağı  qaldırdı.  Bəyin 
ölümündən  dörd  gün  sonra,  Bəz  qalasının  süqutu  günü  Bakıda 
toplanan Əsl Yolçular Babəkin canlandığına və öz davasına sahib 
çıxacağına 
əmin 
olduqlarından 
cəmiyyətin 
müvəqqəti 
idarəçiliyini Feofoba həvalə etdilər.  
‐ Onu tanıyıram?  
‐  Üzr  istəyirəm,  cəmiyyətə  üzv  olmadan  adamlarımızın 
adını bilməyəcəksiniz.  
‐  Cəmiyyətə necə üzv yazılmaq olar? 
‐  Güney  və  quzey  Azərbaycanda,  Türkiyədə,  Kərkükdə 
günümüzədək  özünü  qoruyan  xürrəm  icmaları,  dünyanın 
müxtəlif  ölkələrində  Babəki  ailələr  var.  Həmin  icmalar  qurumun 
əsas  bazasıdırlar,  bununla  belə,  cəmiyyətin  varlığından 
xəbərsizdirlər.  İcmadan  bir  nəfəri  xüsusi  olaraq  hazırlayır  və 
sıralarımıza  cəlb  edirik.  Üzvlük  yalnız  Əsl  Yolçuların  təklifiylə 
mümkündür.  Qurum  konspirativ  fəaliyyət  göstərdiyindən  sadə 
adamlarda  belə  bir  arzunun  yaranması  imkansızdır.  İldə  vur‐tut 
21 nəfər girə bilər “Qan və Üz”ə...  
 
130

‐ Bunları mənə atam deyə bilməzdimi, nə ehtiyac vardı bu 
qədər xərcə‐xəsarətə?‐ dil‐ağız elədim.   
‐  Atan  cəmiyyətimizin  yeddinci  dərəcəlı  üzvüdür,  onun 
bilgiləri  məhduddur  və  atanız  da  olsa,  bizdən  iznsiz  öz  sirrinizi 
özünüzə açmağa ixtiyarı yox idi.   
‐ Ən yüksək dərəcə?.. 
‐  21‐ci  dərəcədir.  Bu  dərəcə  yalnız  canlanan  Babəkə  verilə 
bilər. Qurumun tarixində 21‐ci dərəcəyə çatan kimsə yoxdur. Əsl 
Yolçuların hamısı iyirminci dərəcədədirlər.  
‐ Dərəcələr necə adlanır?  
‐ Bəz, Alov, Bilgi, Ədalət, Kitab, İlmə, Novruz, Ravi, Ulu, 
Həyat,  Usta,  Canlanma,  Aydın,  Nəsr,  Laçın,  Ağ,  Nal,  Ağac
Cəngavər, Axınçı,  “Q”...  
‐  Mən  hansı  dərəcədə  olacam?‐  sualım  yersiz  olmasa  da, 
vacib deyildi.    
‐ 
Babəkin 
ruhunun 
bədəninizdə 
canlandığına 
inandığımızdan Sizi dərhal “Axınçı” dərəcəsinə yüksəldəcəyik!  
‐  Etimadınıza  görə  minnətdaram,‐  nəzakətli  olmaq  və 
etiraf etməyi bacarmaq eyib deyil‐ amma boynuma alıram ki, mən 
qurumun mahiyyətini axıracan anlamıram...   
‐  Niyə?  İtalyanların  “Karbonari”,  yəhudilərin  mason 
lojalarını,    Amerikadakı  “Sümük  və  kəllə”  masasını  yada  sal. 
Zahirən masonlar bənnaların, Karbonari kömürçülərin həmkarlar 
ittifaqı,  sendikasıdır.  Biz  də  kürəçilərin  qurumuyuq,  həm 
masonlarla, həm də karbonarilərlə yaxın əlaqələrimiz var. Onların 
əsas  məqsədi  kilsənin  topluma  təsirini  azaltmaq,  dünyəviliyi 
dəstəkləməkdir. Bizim amacımız Azərbaycanı savadlı, dünyəvi və 
zəngin  diyara  çevirməkdir.  Babəkin  xəyalındakı  Azərbaycan 
xilafətin müstəmləkəsi yox, Bizansın müttəfiqi olduğundan, biz də  
yurdumuzu Avropanın bir parçası sayırıq. 
‐  “Qan  və  üz”ün  kürəçilərin  sendikası  olduğunu  dediniz. 
Maraqlıdır,  hansı  kürəçilərin?  Kürəçilər  qabağımıza  koks‐kimya 
sənayesində də çıxır, abraziv, ayna istehsalında da...  
 
131

‐ Orta əsrlərdə kürəçilər dəmir qızdırardılar, yeni kürəçilər 
təbəqəsini  sənaye  dövrünün  zavodları  yaratdı.  Post‐sənaye 
çağında  isə  biz  qlobalistlərik.  “Qan  və  üz”  tarixi  yenilikləri  öz 
fəaliyyətində vaxtında nəzərə alır, müsafir bəy!     
‐  Necə  olub  ki,  ötən  min  iki  yüz  il  ərzində  qurum  açığa 
çıxmayıb?  
‐  Əslində,  dəfələrlə  açığa  çıxıb,  yəni    kütləvi  hərəkatlar 
ərsəyə  gətirib.  Sadəcə,  “Qan  və  üz”  bineyi‐qədimdən  bir  nəfəri 
önə verib, etiraz və azadlıq hərəkatlarını dövrün tələbləri çapında 
yönəldib.  Hürufilər,  səfəvilər,  ələvilər,  öncələr  mənim  də  üzvü 
olduğum  məlamilər,  bir  sözlə,  heterodoks  islamı  qəbul  edən 
təriqətlər  bizim  təsirimizdə  olub.  Sözümü  qəribçiliyə  salma,  biz 
hər  dinin,  qurumun  içinə  sızır,  hədəflərimiz  uğrunda  qovğa 
aparırıq.  
‐Hər dinin? 
‐  Xürrəmliyin  əsas  prinsipləri  Tanrı‐İnsan  eyniliyi  və 
ruhun canlanmasına, reinkarnasiyaya inamdır. İslam aləmində nə 
qədər  hülula,  vücudun  vəhdətinə,  tənasühə  inanan  təriqət, 
cərəyan 
varsa, 
harada 
yaranmasından, 
kimin 
əmələ 
gətirməsindən  asılı  olmayaraq,  hamısı  bizdən  ideya  və  güc  alıb. 
Türkiyədəki Ələvilər, İrandakı əhli‐haqlar, əvvəllər mənim də üzv 
olduğum  məlami  təriqəti  xürrəmliyin  iki  ana  prinsipini 
mənimsəyən islam qollarıdır.  
‐ Məlamilərdən niyə aralandınız?  
‐  Aralanmadım,  arındım,  “Axınçı”  dərəcəsinə  yüksəldim. 
Axınçı  heç  bir  Tanrıya  qul,  kölə  olmamalı,  səmavi  dinə 
tapınmamalıdır.  Məlamiliyin  isə  bir  səmavi  dinin  təriqəti  olması  
arada böyük fərq yaradır.  
‐ Fərqiniz varsa, bənzərliyiniz də var...  
‐  Düz  buyurursunuz,  bənzər  yanlarımız  var,  ortaq 
qənaətimiz həqiqəti hər kəsin özü tapmasıdır, insan qəlbinə hökm 
etmək 
yolverilməzdir. 
Digər 
bənzərlik 
rəsmən 
mövcud 
olmamaqdır,  konspirativlik  onların  da  əsas  ilkəsidir,  xürrəm 
 
132

xürrəmliyini,  məlami  məlamiliyini  açıqlamaz.  Kiminsə  məlami 
olub‐olmadığını təsbit etmək mümkün deyil.   
‐  Niyə  gizlənirlər  məlamilər,  məgər  inandıqları  Allah 
onları görmür?  
‐  Məlamilik  Xorasanda  yaranıb,  İpək  Yolu  vasitəsiylə 
tacirlər  onu  dünyaya  yayıblar.  Məlamilər  qınanmaq  istəyir, 
özlərini  cəmiyyətin  gözündən  salırlar.  Cərəyanın  adı  ərəbcə 
“ləvm”  kökündən  törəyib,  qınanmaq,  xəcil,  rüsvay  olmaq 
mənasındadır.  Onlar  özlərinin  mömin  yox,  sapıq,  cəhənnəmlik, 
dinsiz  kimi  tanınmasını  istəyirlər,  ruhani  rütbələrdən,  titullardan 
və  hər  cür  ehtiramdan  qaçırlar.  Pis  cəhətlərini  gizlətmir,  müsbət 
yanlarını  açıqlamırlar.  Məlamilərin  sözüdür:  “mənə  Hacı 
deməkdəndirsə,  hacamatçı  desinlər...”  Bu  cür  fikirlər  onlara 
təhlükə və qorunmaq zərurəti yaranır.  
‐  Adını  qorumaq,  sanının  qayğısına  qalmaq  adamı 
toplumdan və yalanlardan asılı etmirmi?   
‐  XVII  yüzildə  özünü  məsih  elan  edən  Sabetay  Sevi 
yəhudilərə  İsrail  dövlətini  quracağını  müjdə  verdi,  onları 
inandıraraq  öz  tərəfdarına  çevirdi,  musəviliyi  parçaladı.  Bir  gün 
tutularaq  Osmanlı  məhkəməsinə  çıxarıldı.  Məhkəmədə  Sabetay 
canını  ölümdən  qurtarmaq  naminə  əqidəsindən  döndü, 
müsəlmanlığı qəbul etdi, Mehmet əfəndi adlanaraq saray məmuru 
oldu və tarixdə “dönük”  qaldı. Babək isə qanıyla üzünü boyadı.     
‐  Görürəm,  yəhudilərin  tarixini  dərindən  bilirsiniz, 
masonlarla aranız necədi? 
‐ Mən məlamilərlə masonlar arasında bağlar qururdum. 
‐ Fikrinizcə, masonların mənə münasibəti necə olacaq?  
‐ Onlar sənə hədiyyələrini veriblər!..  
‐ Nə hədiyyəsi?  
‐ Boynundakı “Ənx”i yəhudi qadın Mayra verməyibmi? 
‐  Tutalım,  o  verib  təsadüfən‐  Özgürə  medalyonu  təzə 
aldığımı demədim.  
 
133

‐  Yəhudilər  bəxt  deyil  ki,  təsadüfi  hədiyyələr  etsinlər, 
Mayranın əri Cozef Katton “Kral Baltası” dərəcəli masondur. 
‐  Dərəcəsini  deyə  bilmərəm,  masonluğundan  xəbərim 
vardı.  
‐ Pəki, hədiyyənin mənasını bilirsinizmi?  
‐ Sizin yozumunuzu bilmək maraqlıdır, hər halda. 
‐  “Ənx”in  mənası  çoxdur.  ƏBƏDİYYƏT  XAÇInı  hədiyyə 
etməklə  masonlar  Sizə  üçüncü  gözlə‐  rəmzin  özəlliklərindən  biri 
də  budur‐  baxdıqlarına  eyham  vurublar.  Özəl  həyatınıza 
toxunmaq  istəməzdim,  amma  bilsəniz  iyidir,  Canessa  çılpaq 
çimərliyə  dəvət  edərək  saatlarınızın  altındakı  anadangəlmə 
çapıqlara baxdı və ünlü medium Edqar Keysin irsini tədqiq edən 
fonddan kalan qonorar aldı.   
‐ Siz bunları haradan bilirsiniz?‐ sualım çox sadəlövh idi. 
‐  Mən  məlamilərlə  masonlar  arasında  bağlar  qururdum. 
Lütfən inciməyin, sizin elektron gündəliyinizi də biz oxuyurduq. 
‐  Gör  ey,  yəhudilər  də  ağzıyırtıq  çıxdı,  bacarmadılar  sirr 
saxlamağı...  
Təzədən  “Lexus”a  mindik.  Tarkanın  mənə  sürprizi  vardı. 
Canlanan Börümənd öz oğlunu gözləyirdi. Onu necə tanıyacağımı 
təsəvvür  etmirdim,    olub‐bitənlərə  inanmağım  gəlmirdi,  mən 
olmayım,  sən  ol  Babək,  ananı  nədən  tanıyarsan,  əcaba? 
Laylasından,  əlbəttə,  laylasından  tanıyarsan.  Dillərin  və  illərin 
min  dəfə  canlandığı  dünyaya  min  dəfə  də  gəlsək,  anamızı  dörd 
misralıq layladan tanıyarıq. O layladadır ən dərin YUXU, ən təmiz 
QOXU, ən mükəmməl OXU! Gerçəkdən anam olubsa, o yuxunu, o 
qoxunu, o oxunu özündə cəmləyən bir SEVGİ görəcəm!  
Kürəçi,  Kütahyanın  Küreci  köyünə  gedirik!‐  Özgür 
ünvandan  savayı  heç  nə  demədi.  Tarkan  uzun,  incə  yola  laylay 
deyirdi.   
Ormanlıqdakı köyün ağız‐ağıza girən qırmızı kirəmitli, tək 
eyvanlı,  ikimərtəbəli  evlərindən  biri  yuxarı  divarların  al 
boyanması ilə fərqlənirdi, mülk yolun düz qırağındaydı, hasarının 
 
134

çölündəki  ağacın  eni  iki  metr  olardı.  Ağaca  qısılıb  özümü 
toparladım.  Evə  keçdik.  İkinci  mərtəbəyə  qalxında  təntidim. 
Dayandım.  Gücümü  toplayıb  qapını  itələdim  və  təzə  adını 
deyərək irəli uzatdığı əllərindən öpdüm anamın.  
 
CIZZZ! 
(“Dalğa” Gənclər Hərəkatının çıxartdığı teatr. Quruluşçu 
rejissor Ramin Hacılıdır) 
 
(PƏRDƏ QALXIR) 
(İşıq səhnənin dalındakı birinci lövhəyə salınır)  
“Ma Obanın dünyada özünəməxsus yeri vardır!” 
(İşıq səhnənin dalındakı ikinci lövhəyə salınır) 
Afrikanın kontur xəritəsində Oba Manın yeri görünür. 
Səhnənin  sağındakı  Hökümət  Evinin  qabağına  bir  dəstə 
adam  yığışıb.  Sağ  əllərini  düyünləyərək  yuxarı  qaldırıblar. 
Qabaqlarına qırmzı xəttlə qalın cızıq çəkilib. Səsləri gəlir: Mızzzz... 
Mızzzz... Mızzzz... 
Əks  cinahdakı  qapıdan  qoltuğuna  qara  qovluq  vurmuş, 
qara  kostyum  geymiş,  qalstuk  taxmamış  bir  nəfər  girir,  bambılı‐
bambılı  ətrafa  baxaraq  mərkəzə  qoyulmuş  kürsüyə  sarı 
addımlayır. Əli ilə mikrafonu yoxlayır: “da... da...”  Tamaşaçılara 
müraciət edir:  
‐  Narod, duşes, özü də Xanatop meşəsindəki cır duşesdən 
bir  xaral  aparmaqla  qonşularımız  güclənən  deyil.  Biz 
qonşularımızdan  daha  silnıy  olmalıyıq.  Xalqın  sayı  artmalıdır! 
Poetemu  ya  sçitayu,  qoz  yemək  lazımdır.  Atalarımız  nə  deyib? 
Da,  oni  pravda  deyiblər  çto,  əkməyən  yeməz!  Mən  elə  bu 
tribunanın  yerində  qoz  əkirəm,  inşallax,  mənim  qozlarımdan 
yeyərsiniz...     
“Mızzz”  səsləri  ona  sözünü  tamamlamağa  imkan  vermir. 
Heç  özü  də  daha  danışmaq  istəmir.  Tribunadan  kənara  çəkilir, 
yaxasına kommunist nişanı və çoxlu orden‐medal taxmış iki nəfər 
 
135

tez bel və aftafa gətirirlər, tribunanı götürüb, yerində çala qazırlar. 
O, portfelindən iki qoz çıxardaraq çalaya atır. Üstünü torpaqlayır 
və sulayır.  
Mızzz... Mızzz... Mızzz...  
Qoz  əkən  mızıldayanlardan  kiməsə  səslənir:  Bar  Eti...  Eti 
Bar! Sözün var? İdi suda, gəl denən!.. 
Mızzz...  Bam...  Bam...  Bılı...  Mızzz...  Bam...  Bam...  Bılı... 
Mızzz...Bam... Bam... Bılı... 
Mızıldayanların  içindən  az  öncə  çağrılan  şəxs  cızıqdan 
qabağa  çıxır,  səhnənın  ortasına  gəlir,  beli  götürüb  qoz  əkəni 
qovalayır. Qoz əkən “Qan Xuli... Qan Xuli” qışqıraraq dal qapıya 
qaçır.  
Atəş  səsləri  gəlir.  Kokardasında  sovet  ulduzu  parıldayan 
əsgərlər  qəfil  dal  qapıdan  səhnəyə  hücum  edir,  mızıldayanlara 
atəş  açırlar.  Gülləyə  tuş  gələnlər  yerə  sərilir,  sağ  qalanlar 
dağılışırlar.  Əsgərlər  Bar  Etini  mühasirəyə  salır,  beli  əlindən 
alaraq yerə atırlar, qollarını qandallayır, aparırlar.  
(Ma Oba xalq artisti Kam İl qaboy çalır ) 
 
(PƏRDƏ ENIR) 
*** 
(PƏRDƏ QALXIR) 
(İşıq Ma Oba Hökumət Evinin qabağına salınır) 
Mızıldayanlar  yenə  cızığın  arxasına  yığışıblar.  Öz 
avazlarındadırlar. Qoz ağacı böyüyüb, yarpaqlayıb, bar verib. Bar 
hələ  kaldır.  Budaqlarından  birini  kəsib  tabletka  düzəldib, 
tabletkanı ağacın altına qoyublar. Aftafadaşıyanlar kreslonun yan‐
yörəsinə fırlanırlar. Ağ kostyum geyinmiş bir yoldaş gəlib oturur; 
güzgüyə  baxır,  qalstukunu,  saçlarını  düzəldir.  Aynanı  cibinə 
qoyaraq ayağa qalxır:  
‐  Özünüz  görürsünüz,  qoz  hələ  yetişməyib.  Təklif  edirəm 
qozu  birgə  becərək.  Kim  istəyirsə  gəlsin,  otursun  yanımda, 
hamıya  yer  çatar.  İstəyirsinizsə,  göstəriş  verim  təzə  budaq 
 
136

kəssinlər, skameyka düzətsinlər, yer gen olsun. Yeganə şərtim qoz 
ağacının altına ayı bağlamaqdır. Öz itlərimizə etibar yoxdur...  
Mızzz... Mızzz... Mızzz... Bunun əlləri ağappaqdır! Mızzz... 
Matışka...  Mızzz...  Kişinin  əlləri  gərək  qabarlı  ola,  möhkəm  ola, 
dəmir ola... Mızzz... Matışka... 
Aftafadaşıyanlar  medallarını  çıxardıb  onlara  atırlar, 
ikisindən biri cavab qaytarır:  
‐ Mətişkə sənün nənöndür, alə...   
Mızıldayanlar  qeyrətə  gəlirlər.  Cızıqdan  çıxaraq  Ağ 
Kostyum  Geyənə  cumurlar.  Başına  milli  lələk  taxmış  bir 
mızıldayan yerdəki beli götürür,  qoz ağacına doğru yüyürür.  Ağ 
Kostyum  Geyən  qaça‐qaça  səhnəni  tərk  edir.  Mızıldayanlar  qoz 
ağacının  altına  səpələnirlər.  Saqqalı  bir  nəfər  qoz  ağacını 
qucaqlayır və şeir deməyə başlayır: 
Yolunu gözlədim, hər səhər, axşam, 
Salam dar ağacı, əleyküm‐salam! 
Milli  lələkli  qoz  ağacının  altında  çuxur  qazır.  Qaza‐qaza 
ağaca şeir deyənə səslənir:  
‐  Bəy,  mən  beyjə  ya  Şaşunu  alajam,  ya  da  başıma  güllə 
vurub elə bu qəvirdə yatajam...  
“Özünə  rəhmin  gəlsin  Rə,  sən  xalqa  lazımsan,  Him!..”‐ 
digər mızıldayanlar beli onun əlindən alıb səhnəyə atırlar. Yalvar‐
yaxarla  Rə  Himi  rəhimə  gətirirlər.  Rə  Him  him  edir, 
aftafadaşıyanlar  qoz  ağacının  altına  stul  gətirib  qoyurlar.  Bəy 
əyləşir,  aftafadaşıyanları  qovur,  xalqa  səslənir,  intəhası,  az  adam 
ona qulaq asır, zalda səs‐küy var, hər ağızdan bir avaz gəlir:  
‐  Bayanlar  və  bəylər!  Obamızda  ta  cızıx‐mızıx  olmayacaq. 
(Bir  nəfər  yüyürüb  qırmızı  cızığı  yuyur)  Düzdür,  cızıq  bizim  öz 
sözümüzdür,  ona  görə  də  bəzi  bəylər  deyirlər  ki,  Bəy,  dəymə 
qalsın.  Mən  Ah  Pənlə  Bar  Etiyə  dəfələrlə  başa  salmışam,  sizə  də 
deyirəm,  cızıx  çəkilən  yerdə  millət  inkişaf  eləməz,  millətin 
qabağına  gərək  cızıx  çəkməyəsən.  Ürəyinizi  qısmayın,  tamam 
ləğv eləmirəm, sadəcə, millətin qabağından götürüb düz sərhəddə 
 
137

qoyuram  ki,  obamıza  göz  dikənlər  həddini  bilsinlər,  o  yanda  nə 
qayırırlar qayırsınlar, cızıqdan bəri keçməsinlər. Əgər biz o cızığı 
ora  çəkməsək,  qonşularımız  bizim  obaya  Azərbaycandan 
gəldiyimizi  zənn  edər,  deyərlər,  onların  cızığı‐zadı  yoxdur.  Niyə 
yoxdu?  Qonşularımız  cızıx  çəkməyi  bizdən  öyrəniblər,  Fi  Rudin 
bəy  bu  məsələləri  daha  dərindən  bilir.  Məsələni  qoyuluşu  düz 
olmalıdır,  gəlin,  cızıqdan  yox,  cızdan  danışaq.  Cız  yol  mənasını 
verir.  Mən  cızıq  yox,  cız  çəkirəm  millətə.  Hərdən  məndən 
soruşurlar: “Bəy, bəs o cız haralardan keçəcək?” Biri deyir oradan 
keçsin,  biri  deyir  buradan.  Bəzi  bəylər  deyirlər  ki,  gərək  Liviya 
səhralarına  gedib  çıxa.  Hamısı  düz  deyir,  amma  bəzi  yerləri 
unutmaq olmaz. Niyə bu cız Fil Dişi sahilindən keçməsin?  
Bəy  danışdıqca  səhnənın  güncünə  xeyli  adam  yığışır. 
Sayları  91  nəfərə  çatanda  sızıldamağa  başlayırlar:  Sız...  Sız..  Sız... 
Buna da bir qoz... Sız... Sız.. Sız... Buna da bir qoz....  
Bəy çıyınlərini çəkir:  
‐  Bəylər,  siz  “qarğa  məndə  qoz  var”  deyirsiniz.  Qozu 
özünüzə istəyən “mənə də bir qoz” deyər, “buna da bir qoz” deməz! 
Bir fağır adam tapmısınız, elə bilirsiniz ki, heç nə başa düşmür? Mən 
heç  kimə  qoz  çırpan  deyiləm,  kim  istəyir  gəlsin  özü  yığsın. 
Dədələrimiz “qız ağacı, qoz ağacı” deyiblər, hərə bir daş atar. 
Sızıldayanlar yerdən daş götürüb qoz ağacına tolazlayırlar. 
Qayıdıb ona dəyən daşlara tab gətirməyərək Bəy yıxılır.   
 ‐  Sızzz...  bizə  pyanıska  lazım  deyil.  Sızzz...  Vətən  əldən 
gedir...  Sızzz..  Vətənə  xilaskar  gərək!  Sızzz...  Obaya  dəmir  əl 
lazımdır... Sızzz... 
91‐lərin  dəstəsi  böyüyür.  Aralarında  rus  generalları, 
baboçkalı  ingilis  biznesmenlər,  şərfli  fransızlar,  başıfəsli  türklər 
gözə  dəyir.  Dəstədən  kimsə  sürətlə  irəli  şığıyır,  beli  götürüb 
ağacın altına hücum edir. Qarışıqlıq yaranır.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin