Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   2   3   4   5   6   7   8   9   ...   15

Asılmış  Adam  gözünü  necə  böyütdüsə,  Juel  Azinin  qəzavü‐
qədərini danışmaqdan vaz keçdi:  
‐ Adını dəyişdi‐taleyini dəyişdi!‐ Fiona öpüşdüyümüzdən 
şübhələnib yanımızı kəsdirənəcən kartdan gözünü çəkmədi.     
 
*** 
Evə  qayıdanda  dilim  dinc  durmadı,  anasının  gözünün 
qabağında  Kelvinin  qızla  öpüşməsinin,  üstəlik,  məqsədi  kimsəyə 
örtülü qalmadan onu öz otağına aparmasının “in this country”də 
nə  qədər  normal  sayıldığını  soruşdum.  Fiona  dilimi  ağzımda 
yandırdı, seks qapalı, sevişmək eyib deyilmiş... Axı nə ehtiyac var 
pərdə saxlamağa, palaza bürünməyə?‐ mənə od qoydu.  
Juel  yalan‐gerçək  aşnası  olduğunu  demişdi.  Kelvin  yaşda 
oğlu  olan  ananın  öz  məşuqu  ilə  harada  görüşdüyünü  soruşdum. 
Fiona  Kelvinin  yaşının,  ümumiyyətlə,  mövcudluğunun  Juelə 
 
59

əngəl  törətmədiyini  bildirdi.  “İn  this  country”də  istənilən  kişini 
Juel evinə sala, onunla yata bilər, belə hallarda Kelvin uzaqbaşı öz 
kompüterində  mina  axtarmalıdır.  Bəs  sizin  ölkənizdə  necədir?‐ 
qadında seksə bir maraq vardı, gəl görəsən!  
“Qeyrət”  sözünün  ingliscə  sərrast  qarşılığını  tapmadım, 
Azin  də  kara  gəlmədi,‐  bu  da  mənim  ingiliscə  yaxşı  bilənim‐ 
yanımda  gəzdirdiyim  lüğətdə  belə  söz  yerli‐dibli  yoxuydu. 
Nisbətən  yaxın  mənada  işlənən  “şərəf”  sözündən  yararlanaraq 
cavab verdim:  
‐  “İn  that  country”də,  yəni  Azərbaycanda  ana‐bacı  şərəfi 
çox prinsipial məsələdir. Şərəfli oğlan anasını yataqda yad kişiylə 
tutarsa, hər ikisini bıçaqlamalıdır.  
Fiona  qulaqlarını  çəkdi.  Dəqiqləşdirici  suallarla  tərcümə 
xətasına  yol  vermədiyimə  əmin  oldu  və  o  andan  hər  ikimizdən 
qorxmağa  başladı.  Yataq  otağının  qapısını  həmişə  aralı  saxlayıb 
mətbəxi  gözdən  qoymayan  ev  sahibəsi  gecə  uzanmazdan  qabaq 
cəftəni saldı. Bizi potensial qatil hesab edirdi.  
 
*** 
Juel  və  Mayra  Azərbaycan  mətbəxinə  qonaq  olmaq 
istəyirdilər. Azin badımcan, bibər və pomidor dolması bişirməyə, 
mən  kabab  çəkməyə  söz  vermişdim.  Üzümüzə  gələn  axırıncı 
bazarıydı,  qarşıdakı  həftənin  dördüncü  günü  ABŞ‐ı  tərk 
edəcəkdik.  Doğrusu,  ortaya  girən  qonaqlıq  söhbəti  qanımızı 
qaraltmışdı.  Bizim  başqa  planımız  vardı.  Amerikada  sevgi 
yaşamadan  Azərbaycana  qayıtmaq  istəmirdik.  Qayıtsaq,  hər  şey 
cəhənnəmə,  ömrümün  axırınacan  Azinin  dilindən  düşməzdim. 
İndidən məzələnirdi:  
‐ Ay geridəqalmış, bəlkə “Bakir” təxəllüsü götürəsən, Bakir 
Barses, yaraşır ha, özüm ölüm, gedərsən qabağa...  
Özü  qalmışdı  qabağının  hayına.  Vətəndaş  Diplomatiyası 
Şurasında  Canessa  adlı  canı  candan  usandıran  canan  çalışırdı. 
Oğlanından  təzəcə  ayrılmışdı.  Qrupumuzdakı  bütün  oğlanların 
 
60

iştahından  keçirdi,  qabağa  durmağa  ürək  eləyən  yoxuydu.  Azin 
Fionanın  diskoteka  seçimi  ümidlərimizi  puça  çıxaranda 
Canessanın  elektron  poçtuna  çiçək  yollamışdı.  Aldığı  karta  öz 
rəsmini  cavab  göndərmişdi  qız.  Bal  geyimində  çəkilmiş  şəkildə 
balıydı canıyanmış, uzun ayaqları, açıq sinəsi, belinə çatan sarışın 
saçları  və  mavi  gözləriylə  birlikdə  Azinin  qarmağına  keçən 
balığıydı.  Balığı  bişirmişdi  Azin.  Qız  tovlamaqda  üzü  ağıydı.  Öz 
işini  düzüb‐qoşmuş,  sağ  olsun,  mənim  də  qayğıma  qalmışdı. 
Canessanın 
boynuna 
rəqs 
müəlliməsini 
mənə 
calamağı 
qoymuşdu.  Oğlan  dostu  olsa  da,  girəvəsinə  keçəndə  vaxtını 
başqalarıyla  şən  keçirməkdən  imtina  etməyən  Canessanın  rəqs 
müəlliməsi  sazıydı,  deyilənə  görə.  Canessanın  işi  bizi  tanış 
etməkdi,  sazı  sinəmə  basmaq  mənim  fərasətimə  qalırdı.  İngiliscə 
şeir yazammasam da, çulumu sudan çıxardırdım, özümə “Bakir” 
təxəllüsü  götürəcək  qədər  fərsiz  olmazdım,  ona  bir  şey 
qoşacaqdım...  
Azin Canessa ilə ilişgisini Fionanın Kəsə xəbərləməsindən 
qorxurdu.  Qızın  gül  kimi  işi,  maaşı  vardı,  işgüzar  reputasiyasını 
korlamaq insafsızlıqdı. Durumumuzdan ucundan‐qulağından hali 
olan  Canessa  tədbirini  tökmüşdü,  dalımızca  rəqs  müəlliməsini 
göndərməklə  eşqbazlığını  palazın  altında  saxlayacaqdı.  Balboa 
parkında  gəzişəcək,  axşam  gecə  klubuna  gedəcəkdik.  Dalına 
baxacaqdıq. Hansı dalına çevirsən, beş abbası bir manatdır... 
Cümə  günü  ofisdən  evə  dönəndə  Fiona  supermarketə 
girdi.  Bazarlıq  edib  qayıtdı.  Bizi  qonaqların  bazar  günü 
gələcəyindən agah elədi. Dostum “when” (haçan) sualındakı saiti 
uzadaraq  Fionaya  tarixi  təkrarlatmaq  istəyəndə,  təsdiqləyici 
cavabı  mən  verdim:  “bazar  günü,  Azin  Şakir!  ‐  mənə  “Bakir” 
təxəllüsü verən ovçuya əlindən çıxan şikara görə “Şakir” deyərlər, 
deməzlər? 
Fionanın  hər  üzünə  bələd  idik  artıq,  banket  bazara  təyin 
olsa da, qonaqları bəhanə edib bizi şənbə günü də evdən çıxmağa, 
qızlarla  görüşməyə  qoymayacağını  təxmin  edirdik.  Çıxmayan 
 
61

candan  ümid  üzülməz,  çıqqılı  da  olsa,  işıq  yeri  vardı  və  o  kiçik 
ehtimal hər ikimizi toxtadanda qara xəbərin biri də gəldi:  

 
Sabah cənab Mateo evində qonaqlıq verəcək...  
Cənab 
Mateo 
şirkətdə 
çalışırdı, 
xanım 
Lorena 
hüquqşünasıydı.    Hər  ikisinin  arabası  vardı.  Tez‐tez  zəngləşir, 
işdən  macal  tapanda  mesajlaşırdılar.  Vətəndaş  nigahıyla  birgə 
yaşamışdılar  uzun  sürə.  İlkin  emosiyaları,  ehtirasları  sovrulanda 
aralarındakı  bağın  üzülməzliyini  anlamışdılar.  Evlənib  xoşbəxt 
olmamışdılar,  xoşbəxt  olub  evlənmişdilər.  Şad,  xürrəm  ömür 
sürürdülər.  Bazarlığı  birgə  edər,  yeməyi  köməkli  hazırlayardılar. 
Süfrəni  yığışdırmaq  və  qabları  yumaq  ərin  boynunaydı.  Evin 
səliqə‐səhmanı  ilə  xanım  məşğul  olurdu.  Selena  adlı  madar 
qızlarının ən sevimli oyunu nanə yarpaqları əsdirmək idi, hər nazı 
çəkilir,  ağzından  çıxan  göydə  hazır  olurdu.  Bir  dəfə  Selena 
evlərinin  qabağında  oynamaq  istədi,  atasıyla  birgə  saatlarca  onu 
gözlədik.  Eyni  cəhdi  bizim  uşaqlar  etsəydi,  qonağın  yanında 
biabır olmuş ata başına qapaz salmışdı. Mateo özünü biabır olmuş 
saymadı,  qızının  qulağını  burmadı,  üstünə  acıqlanmadı,  əksinə, 
cocuğun  şıltaqlığından  aldığı  ləzzətə  bizi  də  qoşdu.  Qapaz  nədi, 
danlaq  nədi,  hirs  nədi  bilmirdi  o  uşaq.  Qulağı  “səni  görüm 
təpəndən  vurul”  qarğışı  eşitməmişdi.  Dörd  yaşı  təzəcə  tamam 
olmuşdu. Həftədə dörd kərə üzgüçülük məşğələsinə gedirdi. Onu 
məşğələyə bir dəfə atası, bir dəfə anası aparırdı. Necə üzdüyünü, 
bacarıqlarını  necə  artırdığını  həm  ata,  həm  də  ananın  görməsi, 
tərifləməsi  uşağın  psixologiyasına  müsbət  təsir  edirdi.  Bir  dəfə 
maşına yığıb bizi də qızın üzməyinə baxmağa apardılar.  
Anası  qızcığazı  suya  doğmuşdu.  Adını  “külmə”  qoydum. 
Külmələr  hovuzda  çoxuydu.  Aralarında  dörd  aylıq  uşaqlar  da 
vardı.  Dörd  aylıq  çağalar  suda  çabalayaraq  mübarizə  aparmağı 
öyrənirdilər.  Yaxalarından  göz  muncuğu‐zad  asmamışdılar. 
Ağlımız bizim yekəldikcə həyat bacarığı olaraq yaltaqlıq öyrənən 
uşaqlara getmədi, onlar gözə‐nəzərə gəlmirdilər.    
 
62

Gözə‐nəzərə  gəlməyən  o  uşaqlar  açdılar  gözümüzü.  Ey 
dili‐qafillər,‐ suyu bulandırdılar‐ Azərbaycanda Gənclər və İdman 
Nazirliyinə  ehtiyac  yoxdur!  Belə  bir  qurumu  saxlamaq  büdcəni 
havaya  sovurmaqdır!‐  qrup  bu  qənaətə  gələndə  Azin  Kürəçi 
Mateogildə qonaq qalan Ziya  müəllimə zarafat elədi: 
‐    Deyəsən,  işinizi  itirəcəksiniz.  Obyektivlik  naminə 
qayıdıb  nazirliyin  bağlanmasını  təklif  eləməlisiniz.  Təklif  qəbul 
olunsa,  iş  yeriniz  ləğv  olunacaq;  sözünüzə  baxmasalar,  nazirliyi 
bağlatdırmaq istədiyinizə görə əmrinizi verəcəklər!  
Ziya müəllim təmkinli adamıydı, tövrünü pozmadı:  
‐  Niyə  elə  deyirəm?  Hərifəm?  Deyəcəm  ki,  bizim  ABŞ‐a 
çatmağımıza hələ çox var!  
‐  Bravo,  Ziya  müəllim‐  mən  qışqırdım‐  “Külmə”nin 
üzməyini  görəndən  bəri  mən  ABŞ‐a  heç  zaman  çatmayacağımızı 
düşünürəm.  Görərsiniz,  bü  gün‐sabah  bir  afrika  mənşəli 
amerikan‐ onlara zənci demək olmaz‐ prezident seçiləcək “in this 
country”də!    
Qaradan  artıq  rəng  yoxdu.  Bizi  qarabaqara  izləyən 
mərdimazar peyda olmaqla  yenidən “nə etməli” sualı yaratmışdı. 
Kəs  DeStefano  təlimatda  belə  qonaqlıqların  verilə  biləcəyini 
demiş, orada iştirakın məcburi olmadığını bildirmişdi. “İstəməyən 
gəlməz,  şəhəri  gəzər,  evdə  qalar,  yatar,  kəsəsi,  özü  bilər 
neyləyər...” Kəsin dediklərini xatırladaraq Azinə getməməyi təklif 
etdim.  Dabbaqda  gönünə  bələdiydim,  ölərdi,  “Şakir”  ləqəbini 
götürməzdi.  Sözüm  ağlına  batdı.  Şövqlə  Kəsdən  sitat  gətirərək 
sabahkı  tədbirə  getmək  niyyətimiz  olmadığını  və  günü  ayrı  cür 
planlaşdırdığımızı  Fionanın  qabağına  qoydu.  Kəsdən  gətirilən 
sitata  başımızın  ağası  etiraz  edə  bilmədi.  Planlarımızla 
maraqlandı.  Azin  təzə  tapdığı  tanışının  bizi  restorana  dəvət 
etdiyini haqq‐hesaba basdı. Söz arası ona birbaşa Kəsdən icazə ala 
biləcəyimizi də eşitdirdi. Kəsə ağız açmağa ehtiyac görmədi, təzə 
tapılan  tanışı  soruşdu.  Azin  o  irəli  supermarketdə  tanış  olduğu 
satıcı  qızla  görüşəcəyini  bəhanə  elədi.  Amerikada  teşt,  tiyan, 
 
63

qazan, vedrə qalmadı, hamısını isti su ilə doldurub arvadın başına 
əmdərdilər. Özündən çıxartmadığı qanun qalmadı. Yekun sözü o 
oldu  ki,  biz  “in  this  country”də  sabah  qalacağıqsa,  mütləq  cənab 
Mateogilə gedəcəyik. Mübahisə etməyin mənası yoxuydu. Səhərin 
açılmasını  gözləmək,  Kəsə  zəng  etmək,  onu  işə  qarışdırıb  bazar 
günü  tezdənə  qədər  aradan  çıxmaq  lazımıydı,  sağlıq  olsa. 
Başımızı Canessanın rəfiqəsini Kəsin tanıması ağrıda bilərdi, əgər 
Azinin tanışıyla özü söhbət etmək istəsə‐ buna tam ixtiyarı vardı‐ 
arzumuz ürəyimizdə qalacaqdı. “Axşamın xeyrindən sabahın şəri 
yaxşıdır”‐  o  boyda  atalarımız  varkən  özümüzdən  amerika  kəşf 
edəsi deyildik, səbbini səhər almaq ümidi ilə Fionanın yerinə qor 
doldurmaq istəmədik daha.  
Fiona  elədiyi  bazarlığı  ortalığa  tökdü.  Azinin  bişirəcəyi 
dolmaya  cəmi  bir  ədəd  bibər,  bir  ədəd  pomidor  və  bir  ədəd  də 
qartımış  badımcan  almışdı.  Ət,  ümumiyyətlə,  almamışdı,  iki  kilo 
sümüksüz  toyuq  çəkdirmişdi.  Mən  də  elə  sümüksüz  toyuq 
ətindən kabab qoyacaqdım. Fionaya badımcan, pomidor  və istiot 
dolmasının  reseptini  qırxıncı  dəfə  başa  saldıq,  ev  sahibəsi 
dediklərimizi yalnız özünə sərf edən anda başa düşdüyündən onu 
bişirəsi olmadıq. Hər addımımıza qəmiş olan, özünü ağıllı, işbilən 
göstərmək  istəyən  Fionanın,  fürsət  düşmüşkən,  aşının  suyunu 
verdik,  axı  ona  çox  demişdik  ki,  bazarlığı  birgə  edək,  pulunu  isə 
özümüz verək...  
Səhərin  şəri  şər  olmadı,  zırıltı,  zıppıltı  oldu.  Fiona  üz‐
gözünü  elə  turşutdu  ki,  ona  “sabahın  xeyir”  deməyə  cürətimiz 
çatmadı.  Ev  sahibəsi  vacib  zəng  gözlədiyindən  Kəsi  araya 
bilmədik.  Burnumuzdan  ehtiras  tökülə‐tökülə  cənab  Mateogilə 
getdik. Sənə mələməmiş quzu kəsim, Kəs!   
Kəs  xahişimizi  yerə  salmadı,  kəsmik  yediyindən  kəsik‐
kəsik danışaraq Azinə Balboa parkına necə gedəcəyini izah elədi. 
Kəsin  ürək‐dirəyindən  cuşa  gəlib,  ikimiz  də  kəskin  nəzərlərlə 
Fionaya  baxdıq.  Fiona  kəsilə‐kəsilə  qalmışdı.  Azin  böyük 
 
64

günahdan  yaxa  qurtarmışcasına  sevinirdi.  Elə  şikarı  əldən 
buraxmaq günahıydı, gerçəkdən günahıydı. 
Şənbə  günü  evə  qayıtmadı,  heç  bazar  günü  də  gəlmədi, 
bazar  ertəsi  ofisdə  görüşdük.  Macəralarından  qısaca  danışdı. 
Canessa  onu  Sakit  okeanın  sahilindəki  fənər  qülləsinə  baxmağa 
aparmış,  orada  öpüşmüşdülər.  Axşam  “Qaz  Lampası”na  gəlmiş, 
diskotekada əylənmişdilər. Bazar günü vəhşi çimərliyə‐ insanların 
anadangəlmə lüt çimdiyi plyaja getmişdilər.  
Demə  “yerin  məlum”,  qardaş,  demə,  dərdimi  təzələmə, 
qaysağını  qopartma  yaramın,  toxun  acdan  nə  xəbəri?  Canessa 
sənin  qucağında  qıvrılanda  mən  acından  gəbərirdim,  Mateonun 
evindən  gələli  dilimə  daşdan  yumşaq  heç  nə  dəyməmişdi.  Fiona 
səndən  giley  edir,  mən  ağzından  vururdum.  Elşadın  qonaqlığa 
gəlmədiyini,  fotomanyak  Akifin  məclisdən  tez  getdiyini 
xatırladaraq səndə günah görmürdüm. Ay balam, Amerika “özün 
bilərsən” cəmiyyəti deyilmi? Başqalarının mülkiyyətinə, həyatına, 
azadlığına  toxunmayan  aydan  arı,  sudan  duru  sayılmırmı?  Mən 
evi  yıxılmış,  daha  doğrusu,  evi  heç  olmamış  nə  qoyub,  nə 
axtarıram,  elə  bil  Fionanı  təzə  tanıyıram,  o  qadın  olmadı,  qayda 
oldu, qayda olmadı, qada oldu canıma, qadan alım. Yır‐yığış edir, 
paltar  yuyurdu.  Bir  təhər  toyuq  ətini  soyuducudan  cıxartdırıb 
buzunu  açdım,  qolumu  çırmayıb  basdırma  elədim,  görüm  onu 
dərin basdırsınlar... Kambocalı mühacirlərdən aldığı balaca şişlərə 
nə  qədər  ət  çəkəcəyimi  dəqiqləşdirdim,  neçə  şiş  kabab  çıxacağını 
hesabladım,  manqalın  setkasını  götürüb  qırağa  qoydum,  içinin 
külünü  təmizlədim.  Kül  başıma!  Başını  ağrıtmayım,  uzatmayım, 
Fiona  setkanı  qaytarıb  manqalın  üstünə  qoydu.  Yanğın‐filan 
bəhanədir, iradə yeridirdi, ürək sındırırdı, bel qırırdı, beli qırılmış 
məni ələ salırdı. Bunu görürdüm, lap aydın görürdüm, gördükcə 
təpəmə  cin  çıxırdı,  şişə  çəkdiyim  ətlərə  təpəmdən  baxanda  ağzı 
sulanırdı.  Sən  onda  Canessanın  can  ətini  şişə  çəkirdin,  şişmə, 
qulaq as, məndən yumağa kirli pal‐paltar istədi, yadıma iylənmiş 
corablarım  düşdü.  Görmüşdün,  Bakıdan  Çin  malı  olan  yay 
 
65

ayaqqabısı  almışdım, ilk dəfə ABŞ‐a yola düşəndə geyinmişdim. 
Yaxşı  getmədi,  özümə  başqa  ayaqqabı  aldım.  Çin  malının 
tərlətdiyi corabları torbaya yığmış, şkafa tullamışdım axı, yumağa 
onları verdim. Fiona torbanın ağzını açanda “oxxay” çəkəcəkdim. 
Oxxayı  o  çəkdi,  canım  sənə  desin,  mənim  kəsafətli  corablarıma 
hələ  mahnı  da  qoşdu.  Özünü  tülkülüyə  qoymuşdumu,  verdiyi 
işgəncənin qabağında onu alçaltmaq istədiyimi anlayır, kefini kök 
göstərirdimi? Bəh‐bəh, gör nə deyirdi, qardaş, nələr deyirdi:  
Çoxdandır kişi corabları yumuram, 
Mən corabı yuyulmayan kişi axtarıram! 
Qoy onun corabının iyi lap pis olsun, 
Təki  burnuma kişi iyi gəlsin... 
Kişi,  mənim  burnuma  Fionanın  maşında  yeməyə  qoymadığı 
kökələrin iyi gəlirdi, soyuducuda hələ dururdu. İstəyənin bir üzü 
qara,  verməyənin  iki!  Belə  duyğulu  anları  əldən  buraxardımmı? 
Mahnısını oxuya‐oxuya gedib kökənin birini, yalnız birini gətirdi. 
Onu loxmalayıb dərhal uddum, oğraşdı yalan deyən, belə iştahla 
Təpəgöz  kündə  yemir  nağıllarda,  Bamsı  Beyrək  midilənir  Banu 
Çiçəyin toyunda. Qeyri‐ixtiyari üzümə gələn təbəssümlə birini də 
istədim,  narazı‐narazı  baxdı:  “bəsdir,  ağ  eləmə,  tezliklə  qonaqlar 
gələcək.”  Saat  dörddə  gəldi  qonaqlar.  Qapıdan  birinci  Juel  və 
Mayra  girdi.  Juel  mənə  bir  ucu  qəmə  qələm,  Mayra  sənə 
medalyonunda “Ənx” simvolu‐   
                                            
 
olan  gümüş  boyunbağı  gətirmişdi,  al,  as  boynundan.  Boynum 
bükülmüşdü,  təşəkkür  yerinə  üzlərinə  gülsəm  də,  aclıq  məni 
əldən  salmışdı.  Dişimi  dişimə  tutub  Mayradan  ABŞ‐da  dəmir 
torsuz  manqal  qalamağın  qadağan  olub‐olmadığını  soruşdum. 
Bilirsən,‐  dedi‐  ABŞ‐da  iki  dövlət  var,  biri  mərkəzi,  biri  federal, 
heç  hansı  belə  qanun  çıxartmayıb...  Açdım  sandığı,  tökdüm 
pambığı,  ABŞ  yox  ey,  Fiona  çıxardıb,  Fiona...  Əlində  əlacı  olsa, 
 
66

ABŞ‐da  bir  avtoritar  rejim  qurar  ki,  bizimkilər  şükürlü  olar. 
Yəhudi  qadınlar  çox  anlayışlıydılar,  Fionanın  şəxsi  və  milli 
qürurumu  tapdaladığını  başa  düşürdülər.  Ev  sahibəsi  stola 
yaxınlaşanda  dəmir  toru  manqaldan  götürməyi  xahiş  etdilər. 
Fiona daş atdı, başını tutdu: “bura mənim evimdir. Qərarları mən 
verirəm!  Bu  sən,  bu  sənin  evin,  bu  manqalın,  bu  da  şişin,  sox 
gözünə!  Qonaqlardan  biri  şişləri  manqalda  dəmir  torun  üstünə 
düzdü,  orada  barbeküfason  bişirdi.  Kabablıq  doğranmış,  şişə 
çəkilmiş  ət  dəmir  torda  yaxşı  bişərmi  heç?  Yeyənlər  təsəlli 
verdilər: “çox dadlıdır, çox dadlıdır!..” Yalan deyirdilər gözlərinin 
içinəcən,  basdırma  barbekü  şit  çıxmışdı.  Əti  duzlamamışdım, 
acığa  düşüb  kabab  tikələrinə  sonda  duz  səpildiyinin  üstünü 
vurmamışdım.  Amma  yaxşıca  vurdum,  qardaş,  hətta  məclisdən 
razılıq  alıb  tost  dedim.  Sağlığını  görüm,  sağlığı  belə  qurtardı 
qağan:  
‐ Hamınızı Azərbaycana kabab yeməyə dəvət edirəm!  
 
GİZLİ ATƏŞ 
 
Qulpunun  biri  sınmışdı,  üstündə  çoxlu  çatlar  vardı. 
Səthinə  Üçbaşlı  Əsa  çəkilmişdi.  Küp  çox  qədim  idi.  Kürəçi  küpə 
uzun‐uzadı  baxdı.  Hiss  elədi  ki,  keşiş  küpə  kilsədəki  bütün 
xaçlardan,  şamdanlardan  və  ikonalardan  daha  çox  can  yandırır. 
Keşişin  küpə  canıyananlığını  duyması  bayaqdan  bəri  başında 
dolaşan suala Azinin marağını daha da artırdı. Görəsən, içində nə 
vardı?  Keşişdən  soruşmağın  saqıncası  yoxuydu,  hər  halda. 
Zahirən  digər  qonaqlarla  maraqlanan  və  onlara  kilsədəki 
əşyaların  tarixi  barədə  bilgi  verən  keşişin  də  gözü  Azində  idi. 
Yaxasını  sülhpərvərlərin  suallarından  bir  təhər  qurtarıb  ona  sarı 
gəldi:  
‐  Gördüyün əşya çox qədimdir. Yaşı min ildən artıqdır. Onu 
qorumağı  özümüzə  xüsusi  borc  bilirik.  Rəvayətə görə,  bir  yağsatan 
 
67

oğlunun  əmanətidir,  kilsənin  keşişlərindən  hansısa  onu  cadulayıb, 
sahibi  gəlmədən  küpü  açan  adamı,  başqa  sözlə,  əmanətə  xəyanət 
edəni Tanrının böyük cəzası gözləyir. Görürsən, küpün ağzı bağlıdır, 
içində nə olduğunu bilən yoxdur dünyada. Hərə öz ehtimalını irəli 
sürür.  Edilən  gümanlardan  hansının  həqiqət  olduğunu  söyləmək 
mümkün deyil. Təkcə onu deyə bilərəm ki, kilsənin bütün keşişləri 
onun  sirrini  bilmək  istəyiblər,  qapağını  qaldırmağa  gələcək  adamı 
gözləyiblər,  məyus  olublar  və  sirri  açacaq  adamın  deyəcəyi  məxfi 
sözü öz xələfinə söyləyərək dünyadan köçüblər. 
‐  Siz parolu bilirsiniz?‐ Azin maraqlandı.  
‐  Əlbəttə,‐  keşiş  çox  qədim  sirr  bilən  seçilmiş  adam  ədası 
ilə  danışığına  ara  verdi‐  amma  onu  söyləməyə  ixtiyarım  yoxdur. 
Sirri açmaq Tanrının cəzasını qazanmaq deməkdir! 
‐  Əgər  qapağı  qaldıracaq  adam  min  il  öncə  ölmüş 
yağsatanın  oğlunun  sirrini  bilirsə,  deməli,  onun  başqa  əlamətləri 
də olacaq, eləmi?  
‐ Bax, bu sualı gözləyirdim, dostum! Bəli, olmalıdır! Mənə 
elə gəlir o adam indi dünyamızdadır. Onun varlığını hiss edirəm. 
Qəlbimdə  inam  var  ki,  min  illərdir  qapağı  açılmağa  müntəzir 
küpün  ağzından  dibinə  boylanan,  onun  sirrinin  açılmasına 
şahidlik edən keşiş məhz mən olacam...   
 
*** 
“İnternational  alert”  beynəlxalq  təşkilatdır.  Əsas  məqsədi 
dünyadakı münaqişələrin həllinə yardım etmək, savaşan xalqların 
nümayəndələrindən  sülh  elçiləri  hazırlayaraq  barışa  nail 
olmaqdır.  Bu  məqsədlə  Qafqazda‐  Dağlıq  Qarabağ,  Abxaziya, 
Osetiya kimi qanlı problemləri olan regionda intensiv işləyir, qana 
susamış  xalqların  vətəndaş  cəmiyyəti  liderlərini  görüşdürməklə 
Azərbaycan,  Ermənistan  və  Gürcüstanda  sülhü  təbliğ  edir.  Azin 
Kürəçi  Ermənistanın  Sisyan  rayonuna  məhz  həmin  təşkilatın 
layihəsi  çərçivəsində  gəlib  çıxmışdı.  Sabah  məktəblilərlə  görüş 
olmalı,  məruzəçilər  Azərbaycana  düşmən  gözü  ilə  baxan  erməni 
 
68

gənclərinin 
başına 
şübhə 
toxumu 
səpməliydilər. 
QHT 
nümayəndələri günorta məşhur Şəki şəlaləsinin yaxınlığında, göy 
çəmənliyə  salınmış  kilimlərin  üstündə  bardaş  quraraq  yaxşıca 
nahar  eləmişdilər.  Namnazik  yuxaları,  üzlü  keçi  pendirini,  quzu 
kababını,  çaydan  torla  tutulmuş  qızıl  balıqların  qızartmasını 
Arakel kirvənin samballı qonaq–qaralara saxladığı armud arağı ilə 
həzm‐rabedən  keçirən  didişən  Qafqaz  xalqlarının  barışsevər 
nümayəndələrinin  kefi  əməlli‐başlı  açılmışdı.  Elə  bu  vaxt 
haradansa bir dəstə aşıq gəlib çıxmışdı. Kamança, zurna, balaban, 
nağara  çalğıçılarından  və  xanəndədən  ibarət  olan  dəstə  məclis 
əhlini  ayağa  qaldırmış,  hər  kəs  qol  götürüb  oynamışdı.  Edilxanı, 
əslən Laçının Kamallı kəndindən olub Bərdədə yaşayan kamança 
ustasını  soruşmuşdu  erməni  həmkarı  Azindən.  Hələ  sağ 
olduğunu  eşidəndə  əməlli‐başlı  sevinmişdi.  Laçının  Qaragöl 
yaylağında, İşıqlı dağın ətəyində baş vermiş hadisəni danışmışdı. 
Qulaq  verənlər,  xüsusən  də  “İnternational  alert”in  əcnəbi 
ekspertləri söhbətə böyük maraq göstərmişdilər.  
Bir  gün  Qaragöldə  iki  toy  varmış.  Biri  erməni  toyuymuş, 
biri  türk.  Ermənilərin  keflənmiş  sovxoz  sədri  Edilxanın  dalınca 
adam  göndərir.  Soruşurlar  ki,  ara,  kamança  çalanımız  var, 
Edilxanı neyləyirsən? Deyir, işiniz yoxdur, gedin çağırın. Edilxan 
məclisdən izn alıb gəlir. Sovxoz sədri Edilxandan Laçın toylarında 
söylədiyi “Anamla söhbət” düzməcəsini səsləndirməyi xahiş edir. 
O  gündən  Edilxanın  düzməcəsi  ermənilər  arasında  da  məşhur 
olur.  Edilxanın  şəxsən  özü  düzüb‐qoşduğu  və  kamanla  müşayiət 
etdiyi  o  gülməli,  ironik  düzməcəni  azərbaycanlı  həmkarının 
adından  ifa  etdi  erməni  çalğıçı.  Əl  çalıb  Sisyanın  tarixinə  “Qara 
Kilsə” adını əlavə edən məşhur məbədə gəldilər. 
Kilsə  qara  daşlardan  tikilmişdi.  Daşların  zəhmi  adamı 
basır,  basdığını  kəsmirdi,  əlini‐qolunu  kəndirləyib  bir  quyuya 
salırdı.  Azingilin  məhləsində  haçansa  bir  quyu  vardı,  yadına 
güclə  gəlirdi,  yadına  güclə  gələn  quyuya  gözdən  oğurlanıb  çox 
əyilmişdi,  gözü  dərinliyə  işlədikcə  qaralmışdı,  həmin  dərinlik  
 
69

xatırladığı  ilk  qaranlıq  idi,  zülmətdən  qorxmamağı  o  zamandan 
öyrənmişdi, çünki gecələri quyunun dibində görmüşdü, quyunun 
dibində  axşam  olsa  da,  su  aydınlıqdır,  aydınlıq  yerin  bir  üzündə 
okeandır,  bir  üzündə  quyu  suyu,  sanki  Qarakilsənin  daşlarını 
quyu suyuna çəkmişdilər, bəlkə də onları suyu çəkilmiş quyudan 
bircə‐bircə  çıxartmışdılar,  daşların  quyunun  qaranlığınamı, 
aydınlığınamı atılmasına fikir vermədən bir məbəd qaraltmışdılar, 
məbəd  qara  verirdi,  qaradinməz  və  qısqanc  görkəmiylə  elə  bil 
Allahdan  nəyisə  gizlədirdi,  saxladığı  sirr  zərif  məxluqa  sevgisini 
cilovlaya  bilməyən  rahiblər  kimi  üzünü  xudavəndi‐aləmin 
yanında qara edirdi.  
 Qara  Kilsənin  həyətində  qonaqları  keşiş  Xorenyan 
qarşılamışdı.  Gümrah  və  hiyləgər  idi.  Hərdən  baməzəlik  edir, 
zarafata  salıb  tərs  suallardan  yayınırdı.  Keşiş  Xorenyanın  Azin 
Kürəçiyə  atmacası  müxtəlif  görüşlər  zamanı  şən  ovqat  yaratmaq 
üçün gülməyə meylli olan vətəndaş cəmiyyəti fəallarının dodağını 
qaçırtmışdı.  
‐ Məzhəb haqqı, yaxşısını sən edirsən, bir yerə tez gedəndə 
sağı göstər, gecikəndə solu...  
Hər  kəs  keşişin  sözünə  gülmüş,  məntiqinə  və  müşahidə 
qabiliyyətinə  “əhsən”  demişdi.  Azin  Kürəçi  hər  iki  qoluna  saat 
taxardı. Sol qolundakı saat geri qalar, sağdakı qabağa qaçardı.   
‐ Onun başı saatdan yaxşı işləyir!‐ sülhpərvərlərdən kimsə 
Azini  öydü,  keşiş  alt  dodağını  qabağa  uzadaraq  diqqət  göstərdi, 
amma pəjmürdələşmiş sifətini dəyişə bilmədi. Nədənsə o əhvalat 
keşişi dalğınlaşdırmış, içinə varavurd salmışdı. Gərginliyi keşişin 
ağrımayan  başına  buz  bağlamaqdan  qorxmasıyla  izah  olundu. 
Xüsusi  xidmət  orqanlarının  sülh  missionerlərinin  görüşlərini 
izlədiyini  və  ehtiyyatsız  sözün  baş  ağrıtdığını  bilməyən  yox  idi 
nümayəndələrin  arasında.  Zəndlərində  yanılırdılar,  keşişi 
düşündürən tamam başqa məsələydi.  
 
70

Müqəddəs  ata  hansısa  iztirabverici  fikri  başından 
qovmaqdan  daha  çox,  ona  qəti  şəkildə  inanmaq  həvəsiylə  macal 
tapıb əlindəki vizit kartı yenidən nəzərdən keçirdi.  
Azin  Nadir  oğlu  Kürəçi...  tonqal_sonmez@yahoo.com...  Bu 
ad və soyad keşişdə Azinin şəcərəsinə, e‐mail adresi təhtəlşüuruna 
və  dünyagörüşünə  dərin  maraq  yaradırdı.  Azin  Nadir  oğlu 
Kürəçi...  tonqal_sonmez@yahoo.com...  Keşiş  düşündükcə  həyacan 
keçirir,  talenin  üzünə  güldüyünə  inanır,  tez‐tez  xaç  çəkir,  eyni 
zamanda,  vizit  kartın  sahibinə  qarşı  yaranan  xüsusi  marağını 
gizlətmək 
istəyirdi. 
Azin 
Nadir 
oğlu 
Kürəçi... 
tonqal_sonmez@yahoo.com... Kartdakı isim və elektron ünvan ona 
min  illərin  sirrini  açmağa  nə  qədər  yaxın  olduğunu  anladırdı. 
Çağdaş  Azərbaycanda  geniş  yayılmamış  adı  oğluna  qoyan  atanın 
Xürrəmlər  hərəkatından  xəbəri,    Babana  dərin  sevgisi  olmalıydı. 
Azin  xürrəmlər  hərəkatının  bacarıqlı  sərkərdəsinin  adıydı.  Xilafət 
qoşunlarının  Bəz  qalasına  hücumuna  sərkərdəlik  edən  Afşin 
danışıqlar  zamanı  Azini  girov  istəmiş,  Baban  tələbi  yerinə 
yetirməmişdi.  
Məsələ  təkcə  adda  deyildi,  Azinin  soyadı  da  keşişdə 
şübhələr yaradırdı. “Kürəçi” soyadı Azinin dədə‐baba sənətindən 
xəbər  verirdi.  Əgər  onun  babaları  kürəçiliklə  məşğul  idilərsə, 
deməli,  oda  yaxın  olublar,  gizli  ibadətə,  islam  ölkəsində, 
müsəlman  əyalətində  hər  kəsdən  xəbərsiz  alova  sitayiş  etməyə 
imkan qazanıblar. Üstəlik, Azinin oda olan genetik sevgisi onun e‐
mail adresində də üzə çıxırdı. O, özünü tonqal, həm də sönməyən 
tonqal  sayırdı  iç  aləmində.  Sönməyən  tonqal  onun  ideal 
“mən”idir.  Keşiş  Xorenyan  ölü  yerindən  banan  oğurlayan 
mollaların  tayı  deyildi,  bilgili  adamıydı,  fəlsəfəyə,  tarixə, 
psixologiyaya aid onlarla kitab oxumuşdu. İnsanların real və ideal 
“mən”lərə  malik  olduqlarını  və  virtual  aləmdə  öz  ideal 
“mən”lərini  ifadə  etməyə  meyl  göstərdiklərini  bilirdi.  Atasının 
ona küpün sirri ilə bağlı dediklərini də birər‐birər yaddaşına həkk 
eləmişdi. Atası əmanət sahibinin əlində “Ənx” simvolu gələcəyini 
 
71

söyləmişdi.  Azinin  boynundakı  medalyonda  həmin  işarə  keşişin 
gözünü  deşirdi.  Nəyin  bahasına  olursa‐olsun,  Xorenyan  axşam 
Azini  evində  qonaq  saxlamaq,  saqqızını  oğurlamaq  istəyirdi. 
Gözlərini Azinə zillədi: 
‐ Axşam bizdə qalarsanmı? 
Azin özündə deyildi, diqqətlə küpə baxırdı. Yalnız keşişin 
ikinci  sualına  “hə,  qalaram,  mütləq  qalaram”  cavabını  verdi. 
Xəyalı  onu  yenidən  uzaqlara  apardı.  Nənəsi  uşaq  vaxtı  onu 
sevəndə  “balam  yekələcək,  yeri  bilinməyən  küpü  tapacaq” 
deyərdi.  Babası  Bayram  kişi  gözlərini  dünyaya  yumanda  Azinə 
küpü tapmağı vəsiyyət etmişdi. O, babasına “hansı küpü” sualını 
vermiş,  “atan  bilir”  cavabını  almışdı.  Kişini  torpağa  tapşırıb 
qayıdanda Azin atasını yanlamış, atası küp‐müp yeri bilmədiyinə 
and  içmiş,  qocanın  vəsiyyətini  ölümqabağı  sayıqlama  saymışdı. 
Daha bənd olmamışdı.  
On  dörd  yaşında  qəribə  yuxu  görmüş,  nə  vaxtsa  küp 
tapacağına  inanmışdı.  O,  əksər  vaxt  eyni  yuxu  görərdi.  Hər  dəfə 
ayaqqabılarını itirər, uzun‐uzadı axtarar, ancaq tapmazdı. Bir dəfə 
yenə  ayaqqabılarını  itirmişdi  röyasında,  onu  axtara‐axtara  çayın 
qırağında boş küpə rast gəlmişdi. Baxmışdı ki, çaydan qızıl suyu 
axır. Tapdığı küpün ağzını çaya tutmuşdu. Elə bu dəm atası onu 
səsləmiş,  küpü  doldurmağa  qoymamışdı.  Azin  sonralar  “bir  küp 
qızıl  sahibi  olacaqdım,  imkan  vermədin  ağ  günə  çıxaq”‐  deyərək 
onu  yuxudan  inəyə  ot  gətirməyə  oyadan  atasına  sataşardı. 
Oğlanın  yuxusu  kənddə‐kəsəkdə  məşhur  olmuşdu,  el  danışıb 
gülərdi,  bircə  Nadir  kişinin  özünün  dodağı  qaçmazdı.  Görünür, 
kişinin  saxladığı  sirr  vardı  və  atasının  hansısa  gizli  sirrə  vaqif 
olduğunun  fərqinə  indi  Qara  kilsədə,  Babəki  ələ  verən  Səhl 
Sumbatın yurdunda varırdı Azin.  
Axşam  Azin  keşiş  Xorenyangildə  qaldı.  Tsitsernavanklı 
Asya‐  keşiş  arvadını  belə  təqdim  etmişdi‐  yaxşı  süfrə  açdı. 
Dolmanın  bükülməsinə,  armud  arağının  çəkilməsinə  söz  ola 
bilməzdi.    Sözarası  arvadını  tərifləyə‐tərifləyə  keşiş  Azinə  İsanın 
 
72

doğuluşundan  danışdı.  Kişi  ilə  təmasda  olmayan  qadının  hamilə 
qalacağına Azin şübhə edirdi. O, Məryəmin bakirəliyinə inanmasa 
da, İsanı əsl və son peygəmbər sayırdı. İsa gerçək sevgi adamıydı 
Azinin nəzərində. O, yasaq sevgilərin möhtəşəmliyini düşünür və 
yasaq sevgidən dünyaya gələn İsanın çiləsinə hörmət edirdi. Keşiş 
gəncin  düşüncələrini  çox  diqqətlə  dinlədi,  dinlədikcə  onun  nə 
qədər azad, sevgi dolu adam olduğunu yəqin etdi. Azinin özünü 
tapmadığına, 
haqsızlıqla 
barışmadığına, 
barışmazlıqdan 
qaynaqlanan  mübarizliyinə,  çevik  zəka  sahibi  olduğuna  inandı. 
Onu  Məryəmin  bakirəliyinə  etdiyi  şübhələrdən  qurtarmağa 
çalışdı. Keşiş öz inamı, Azin öz şübhəsi ilə  girdi yatağa.   
Tsitsernavanklı  Asya  yenə  yaxşı  süfrə  açmış,  süfrəyə 
yumurta  soyutması,  beçə  balı,  çiyə  qoymuşdu.  Keşiş  səhər 
yeməyini həvəslə yeyir və danışırdı. Yuxudan bütün iztirablarına 
son qoyaraq oyanması ovqatının şuxluğundan bəlliydi:  
‐  Küpün  sahibi  Babandır.  Bəz  qalasını  tərk  edən  Baban 
Sünikə, bizim Şəki kəndinə, Səhl Sumbatın xanəsinə pənah gətirir 
və burada ələ keçir.  
Keşişin  Səhlin  satqınlığını  ustalıqla  ört‐basdır  eləməsi 
Azinin  dodağını  qaçırdı.  Xorenyan  həmsöhbətinin  təbəssümünü 
istehza yox, diplomatik danışıq məharətinə verilmiş qiymət hesab 
etdi. Ağzını doldurmuş Azinin sözünü kəsməsinə imkan vermədi:        
‐ Xürrəmlər Babanın ruhunun yeni bədənə daxil olacağına 
inanır, onun dünyaya gəlişini gözləyirmişlər. Küpü kilsəyə qoyan 
xürrəm  canlanan  Babanın  Şəkiyə  gələcəyinə  əmin  imiş.  Onu 
əmanətin  yalnız  canlanmış  Babana  veriləcəyinə  arxayın  salıblar. 
Baban  özünü  xüsusi  sözlə  tanıdacaq.  O  sözü  bilən  adamlardan 
biri  mənəm,  o  biri  atam.  Mənə  elə  gəlir  ki,  sirri  saxlayan  üçüncü 
adam sənin atandır və mən indi o möhtəşəm sözü bilən dördüncü 
şəxslə danışıram...  
‐  Yox,  əşi!‐  Azinin  həmsöhbətinə  ilk  reaksiyası  belə  oldu. 
Onun  sifətinə  baxdı.  Qeyri‐ciddilik  sezmədi.  Keşiş  onu  dolamır, 
ələ salmırdı. Təmkinlə cavab verdi: 
 
73

‐ 
Mən 
gizli 
söz‐zad 
bilmirəm! 
Yalanı 
yoxdur, 
danışdıqlarınız  tarixi  və  mistik  baxımdan  maraqlıdır,  amma 
adamınızı  düz  tapmamısınız,  mənim  mistikadan  başım  çıxmır, 
xürrəm‐filan da deyiləm. Düzdür, özümü ciddi, hətta qeyri‐ciddi 
müsəlman saymıram, cəhənnəm qorxusu, cənnət arzusu canımda 
yerli‐dibli  olmayıb.  Canımı  qoymağa  yer  tapmıram,  ruhun 
bədəndən‐bədənə  keçib‐keçməməsini  da  özümə  dərd  eləsəm, 
gərək  halıma  ağlamağa  ağı  deyən  axtaram.  Əvvəlki  həyatımda 
Babək  olduğumu  eşitsə,  bişmiş  toyuğun  gülməyi  gələr. 
Dediklərinizi zarafat saya, gülə bilərəm ancaq. 
‐ Amma mən inanıram‐ keşiş donquldandı. Səhərdən niyə 
qəfəsə dil qoymadığının səbəbi bəlli oldu:   
‐    Səndə  yalnız  Babana  xas  olan  əlamət  gördüm,  onu  bu 
səhər  müşahidə  etdim.  Sən  yatmışdın,  yorğandan  çölə  çıxan 
qolundakı  tüklərin  dibindən  qan  sızırdı.  Rəvayətə  görə,  Baban 
yeniyetməlik  çağında  naxır  otarırmış,  mal‐qaranı  kölgəyə  verib, 
çəmənlikdə yatıbmış. Yemək gətirən anası onu oyatmaq istəyəndə 
bədənindəki  tüklərin  dibindən  qan  çıxdığını  görür  və  oğlunun 
qeyri‐adi, müqəddəs yük daşıyacaq adam olduğuna inanır.  
‐ Hə, məndə belə hal olub. Bir dəfə yuxu görürdüm, o gün 
yuxudan  oyananda  aparıb  atama  göstərmişdim  qolumdakı  tük 
yerlərindən  çıxan  qanı.  Əgər  sən  də  görmüsənsə,  deməli,  ikinci 
dəfədir. Dədəm qolumdan üç dəfə qan sızacağına inanardı. Bizim 
atalar üçdən deyiblər! 
Azin  yuxusunu  xatırladı.  Qızıl  axan  çayın  ağzına  tutduğu 
küp  yadına  düşəndə  ürpəndi,  tükləri  biz‐biz  oldu.  Onun 
ürpəndiyini keşiş lap yaxşı başa düşdü. Çox israr etdi, Azindən söz 
qopara  bilmədi.  Məktəblilərlə  görüşə  az  qalmışdı.  Keşişin  köhnə 
“Niva”sına  oturub  tərpəndilər.  Yol  boyu  keşiş  “sirri  hələ  sən 
bilməsən  də,  atan  bilir,  yüz  faiz  bilir”‐  deyə  təkrarlayır,  Azindən 
“görəsən  sənə  niyə  deməyib”  sualına  cavab  soruşaraq 
təəssüflənirdi. “Niva”nı saxlayanda müqəddəs ata Azini başa saldı:  
 
74

‐  Sənin  bədənində  üzə  çıxmış  əlamətlərə  biz  xristianlar 
“stiqma”  deyirik.  Bir  xaçpərəstin  bədənində  İsanın  çarmıxdakı 
yaralarının üzə çıxması üçün onun kilsə xadimi olması şərt deyil, 
indiki  inancların  və  düşüncələrin  də  sənin  Babanın  ağrılarını 
yaşamağına  mane  olmur.  Sən  yaralısan!  Əgər  yalan  deyirəmsə, 
saatlarını  aç  və  biləklərində  anadangəlmə  çapıqlar  olmadığını 
mənə  sübut  et!  Şübhə  etmirəm  ki,  o  çapıqların  necə  əmələ 
gəlməsini  həkimlər  sənə  izah  edə  bilməyiblər.  Stiqmatikləri 
ilahimi  seçir,  yoxsa  yaralar  vəcdə  gələn  dindarın  bədənində 
özlüyündənmi  yaranır?  Nə  teoloqlar  baş  çıxarır,  nə  təbiblər, 
yaralar həkim müdaxiləsi ilə sağalmır və virus götürmür. Hə, bir 
də  səni  qan  aparanda,  onu  yoxlat,  çox  zaman  stiqmatiklərin 
yaralarından axan qan həmin adamın, belə deyək, öz qanıyla eyni 
qrupdan olmur!    
Keşiş  məktəbin  həyətində  Azini  “İnternational  alert”ə 
təhvil verib döndü. Kilsənin qapısından içəri girəndə Ermənistan 
Milli  Təhlükəsizlik  Nazirliyindən  zəng  vurub  Azin  haqda  bilgi 
toplamağa  cəhd  etdilər.  “Müqəddəs  Məryəmin  gerçəkdən  bakirə 
olub‐olmadığını  soruşdu”‐  keşiş  məzələndi.  Milli  Təhlükəsizlik 
Nazirliyinin  əməkdaşları  müqəddəs  Məryəmin  bakirəliyi  haqda 
keşişin  moizəsini  dinləməyə  həvəs  göstərmədilər.  Keşiş  küpün 
yanına  gəldi.  Əlini  onun  yüz  illər  boyunca  cadar‐cadar  olmuş 
səthinə sürtdü, ağzını qulağına əyib pıçıldadı:  
‐ Sənin sirrin açılacaq, mütləq açılacaq! 
 “Məktəblilərlə görüş maraqlı keçdi. Sualların çoxu Dağlıq 
Qarabağın, ermənilərin “Artsax” dediyi ərazinin gələcək aqibətini, 
düşmən  qonşuların  birgə  yaşamının  mümkünlüyünə  olan 
şübhələri  əhatə  edirdi.  Ömründə  azərbaycanlı  görməmiş 
şagirdlərdən  biri  Azərbaycan  türklərinin  bioloji  tələbatları  ilə 
maraqlandı:  “Uşaqların  qanını  una  qataraq  xəmir  yoğurduğunuz 
və o xəmirdən çörək bişirdiyiniz düzdürmü?” Bu, səfeh şayiə olsa 
da, ksenofobiyanın gələcək nəsillərə ötürülməsinə şərait yaradır”‐ 
 
75

görüşdən  çıxan  Azin  “Azadlıq”  radiosunun  müxbirinə  məktəbin 
həyətində müsahibə verirdi.       
Şagirdlər Azinə yaxınlaşıb şəkil çəkdirmək istədilər. Elə bu 
zaman layihənin rəhbəri, əslən bolqar olan və Londonda yaşayan 
Elenora təzə xəbəri duyurdu:  
‐ Qrafikdə dəyişiklik edilib! Gecə Sisyanda qalacağıq!  
Azin eşitdiyi xəbərə sevinərək çığırdı:  
‐ Mən yenə keşiş Xorenyangildə qalacam!  
Onun  çığırtısı  qəfil  qopan  hay‐küydə  eşidilməz  oldu. 
Anidən,  bircə  göz  qırpımında  peyda  olan  Artsax  müharibəsi 
əlilləri  “İnternational  alert”in  kəndə  gətirdiyi  sülhsevərləri  daşa 
basdılar. Daşlardan birisi, özü də irisi Azinin başını yardı. O, yerə 
yıxıldı. Ayılanda Sisyanın  mərkəzi xəstəxanasında gördü özünü. 
Başına  tikiş  qoymuşdular.  Haradansa  keşiş  Xorenyan  da  özünü 
yetirmişdi.  Baxışları  toqquşdu.  Azin  dodağının  altında  nə  isə 
pıçıldadı.  Onun  pıçıltısını  yalnız  keşiş  gördü,  eşitdi  və  başa 
düşdü:  
‐ ƏSL YOLÇU OLMAYANLAR BİZİ TƏRK ETSİNLƏR!  
Keşiş  anladı  ki,  daş  həm  də  Azinin  beynini  silkələyib  və 
küpün açılmasına lazım olan parolu yadına salıb. O, xaç çəkdi və 
hər kəsi otaqdan çıxartdı. Özünə gəlmiş Azinə yaxınlaşıb əlindən 
tutdu,  eyni  cümləni  təkrar  etdi.  Azin  dillənmədi.  Özünü  ölmüş 
bilən  insanların  keçdiyi  qaranlıq  tuneli  xatırladı.  Bu  sözü  ona 
tunelin  lap  o  biri  başında  söyləmişdilər.  O  da  “İŞIĞA 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin