57
yasda keçirilməsi üçün dünya azərbaycanlılarına
müraciət etmişdir.
Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan
xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini
yad edir.
Doğma yurdlarından didərgin düşmüş və
Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı
sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa
edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalq-
larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-
ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda
törədilmiş terrorizm, etnik təmizləmə faktları-
nı pisləmək barədə müraciətlər edirlər. Heydər
Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-
nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-
rılması istiqamətində böyük işlər görüb. Dünyanın,
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının
ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi,
filmlərin nümayiş olunması və sair bu qəbildəndir.
Xocalı soyqırımına dair müxtəlif dillərdə Heydər
Əliyev Fondu tərəfindən filmlər hazırlanıb, həmin
filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-
qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın
onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı
ilə bağlı xarici kütləvi informasiya vasitələrinin
əməkdaşlarının qələmə aldıqları məqalələrin
sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların
gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil
olunub. Bunlar hamısı Heydər Əliyev Fondunun
və ələlxüsus ölkənin birinci xanımı, millət vəkili
Mehriban xanım Əliyevanın Xocalı soyqırımının
tanıdılması istiqamətində çox böyük xidmətləridir.
Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bü-
tün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində
bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Ley-
la xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini
erməni işğalçılarının Azərbaycan xalqına qarşı
törətdikləri dəhşətli cinayətlər haqqında obyek-
tiv məlumatlara cəlb etmək, sözügedən faciələrə
beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət
vermək, eyni zamanda, Azərbaycanın Qarabağ
münaqişəsində milli maraqlarının müdafiə olunma-
sı məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq”
(“Justice for Khojaly, Freedom for Karabakh”) de-
vizi altında beynəlxalq kampaniyanın keçirilməsi
təşəbbüsü ilə çıxış etmişdir.
“Xocalıya ədalət!” - dünyada bu kampaniyaya
qoşulan insanların sayı günü-gündən çoxalmaq-
dadır. Bu kampaniya və təbii ki, bu istiqamətdə
görülən işlər bundan sonra da davam edəcək.
Amma söhbət ondan gedir ki, bizim hər birimiz
bu kampaniyalara dəstək verməliyik. Harada ya-
şamağından asılı olmayaraq – Azərbaycanda
da, Azərbaycandan kənarda da. Hərənin gücü
nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xoca-
lı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qa-
rabağ savaşında şəhid, əlil olmuş, yaralanmış
qəhrəmanlarımızın, ümumən Azərbaycan xal-
qının başına gətirilən bütün müsibətlərin təbliğ
edilməsi, erməni yalanlarının qarşısının alınması
istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır.
Tarix heç nəyi unutmur!
Allah bütün şəhidlərə rəhmət eləsin!
Dostları ilə paylaş: