Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə113/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   109   110   111   112   113   114   115   116   ...   484
Ə d ə b i y y a t
Azərbaycan Dövlət 
Teleqraf Agentliyinin 
(AzərTAc-ın) fəaliyyətinin 
təkmilləşdirilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidentinin 
Sərəncamı, 22 aprel 2010-
cu il //Azərbaycan.- 2010.- 
23 aprel.- S.1.
Azərbaycan Dövlət Teleq-
raf Agentliyinin - AzərTAc-
ın 90 illik yubileyi təntənəli 
şəkildə qeyd edilmişdir     
//Azərbaycan.- 2010.- 2 
mart.- S.4.
Azərbaycan Dövlət 
Teleqraf Agentliyində ulu 
öndər Heydər Əliyevin 
anadan olmasının 90-cı 
ildönümü münasibətilə 
yubiley tədbiri keçirilmiş-
dir //Azərbaycan.- 2013.-          
5 may.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.azertag.com
www.az.wikipedia.org
www.elibrary.az
1


88
Tarixdə bu gün
Daxili Qoşunlar Günü 
1995
MART
Daxili Qoşunlar 1991-ci ildə 
Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı ilə yaradılmışdır.
Daxili Qoşunların funksiyaları, 
vəzifələri, fəaliyyətinin əsas prinsipləri 
“Daxili Qoşunların statusu haqqında 
Azərbaycan Respublikasının 1994-cü 
il tarixli Qanunu” ilə müəyyən olun-
muşdur. Həmin Qanuna əsasən Daxili 
Qoşunlar aşağıdakı  vəzifələri yerinə 
yetirir:
• digər daxili işlər orqanları ilə 
birlikdə  şəhərlərdə  və digər yaşayış 
məntəqələrində post-patrul xidməti 
vasitəsilə ictimai asayişin qorunmasın-
da, habelə kütləvi tədbirlər keçirilərkən 
ictimai təhlükəsizliyin təmin olunma-
sında iştirak edir; 
• mühüm dövlət obyektlərini, kom-
munikasiya qurğularını, xüsusi yükləri 
mühafizə edir;  
• mühafizə olunan əraziyə soxul-
muş şəxslərin axtarılmasında və tutul-
masında iştirak edir; 
• Azərbaycan Respublikası Daxili 
İşlər Nazirliyinin Təchizat  İdarəsinin 
anbarlarını 
və 
hərbi bazalarını 
mühafizə edir; 
• mühafizə olunan obyektlərdə  və 
qurğularda qəzaların, yanğınların, 
təbii fəlakətlərin və buna bənzər başqa 
halların nəticələrinin ləğvində  iştirak 
edir; 
• yaşayış  məntəqələrində kütləvi 
iğtişaşların qarşısının alınmasında iş-
tirak edir; 
• qəzalar, bədbəxt hadisələr, yanğın-
lar, təbii fəlakətlər və başqa fövqəladə 
hallar zamanı, habelə fövqəladə 
vəziyyətin hüquqi rejimi təmin 
edilərkən adamların xilas edilməsi, 
sahibsiz qalmış  əmlakın mühafizəsi, 
ictimai asayişin qorunması üçün 
təxirəsalınmaz tədbirlər görməklə da-
xili işlər orqanlarına kömək göstərir; 
• cəzaçəkmə müəssisələrində küt-
ləvi iğtişaşların qarşısını almağa 
kömək göstərir; 
• mühafizədən qaçmış  məhkumla-
rın və  həbs edilmiş  şəxslərin axtarıl-
masında və tutulmasında iştirak edir; 
• zərurət olduqda Azərbaycan Res-
publikasının  ərazisinin müdafiəsində 
iştirak edir.
Daxili Qoşunlara başqa vəzifələr 
ancaq qanunla həvalə edilə bilər.
Hərbi qanunvericilik, nizamna-
mələr, hərbi qulluqçuların xidmət keç-
məsi məsələləri üzrə Daxili Qoşunla-
rın fəaliyyəti Silahlı Qüvvələr üçün 
müəyyən edilmiş  hərbi-normativ akt-
larla nizamlanır.
Daxili Qoşunların Komandanı bir-
başa Daxili İşlər nazirinə tabedir və 
onun müavinidir.
Azərbaycan Respublikası Preziden-
tinin 9 mart 1995-ci il tarixli Fərmanı 
ilə Qoşunların Azərbaycanın ərazi bü-
tövlüyü uğrunda Ermənistanın hərbi 
təcavüzünə qarşı döyüşə başladığı gün 
- martın 12-si “Daxili Qoşunlar Günü” 
elan edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin