Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə277/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   273   274   275   276   277   278   279   280   ...   484
Ə d ə b i y y a t
Mənə Vətənimin qoxusu 
daha əzizdir /E.Avalov      
//Zaman.- 2011.- 12-18 
mart.- S.7.
Sənətşünaslıq elminə 
yeni töhfələr /E.Avalov             
//Kaspi.- 2012.- 10-12 
mart.- S.11.
Gülər. Memarlıq abidələri 
təsviri sənət əsərlərində: 
sərgi /Gülər //Mədəniyyət.-
2011.- 30 sentyabr.- S.13.
Шуша [Электронный 
ресурс] : графика 
/Э.Авалов; Фонд Гейдара 
Алиева, Общественная 
организация развития 
регионов.- Баку: 
Чашыоглу, 2008. - 1 эл. 
опт. диск (CD-ROM).- 
(“Nizami” layihəsi). 
Shusha [Graphic]: etc-
hings /E.Avalov; Heydar 
Aliyev Foundation; 
[foreword K.Shukurov; 
layout. Regional Develop-
ment Public Association].- 
Baku: [s.n], 2008.- 107 p.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.bibliotekar.ru
www.en.wikipedia.org
20
Rəssam


216
AV
Q
U
S
T
1
Teatr.Kino
60 
illiyi
Fəxrəddin Manafov 
1955
AV
Q
U
S
T
Fəxrəddin Manaf oğlu Manafov 1955-
ci il avqust ayının 2-də Xankəndidə ana-
dan olmuşdur. Orta təhsilini başa vur-
duqdan sonra Nərimanov rayonundakı 
12 saylı texniki peşə  məktəbinə daxil 
olmuş və oranı kino mexanikliyi ixtisa-
sı üzrə bitirmişdir. 1971-1974-cü illərdə 
A.M.Şərifzadə adına Aktyor evində ki-
nomexanik kimi çalışmışdır.  İlk dəfə 
orada “Yuğ” Teatrının təməlini qoyan 
bədii rəhbər, baş rejissor, direktor Vaqif 
İbrahimoğlunun köməyi ilə səhnə danı-
şığını, səhnə mədəniyyətini, səhnə plas-
tikasını öyrənmişdir. Hələ “Yuğ” Teatrı 
yaranmamışdan, 1976-cı ilin sonu, 1977-
ci illərin  əvvəllərində Vaqif müəllimlə 
Aktyorlar evində tədris teatrında bir akt-
yor kimi fəaliyyətə başlamışdır.
1975-1980-ci illərdə M.Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutun-
da təhsil almış, 1976-1978-ci illərdə 
Tədris teatrında aktyor kimi fəaliyyət 
göstərmişdir. 1978-ci ildən bu günədək 
C.Cabbarlı adına “Azərbaycanfilm” 
kinostudiyasında aktyor kimi filmlərə 
çəkilir.  İlk dəfə  “İşgüzar səfər” adlı 
bədii  filmə  çəkilmiş, 1989-1993-cü 
illərdə “Yuğ” Dövlət Teatrında aktyor 
vəzifəsində çalışmışdır.
Tamaşaçıların böyük rəğbətinə səbəb 
olan maraqlı, xarakterik obrazlar yarat-
mışdır. “Ölsəm, bağışla”, “Gecə qata-
rında qətl” filmləriylə insanların qəlbini 
fəth etməyi bacaran aktyor, Anarın “Beş-
mərtəbəli evin altıncı mərtəbəsi” roma-
nı  əsasında ekranlaşdırılan “Təhminə” 
filmində tamaşaçıların yaddaşına Zaur 
obrazı ilə həkk olundu. 
İfa etdiyi rəngarəng obrazlar bir-bi-
rindən xarakter baxımından tamamilə 
fərqlidir: Teymur (“Göz qabağında 
şeytan balası”),  Şəfibəyov (“İşarəni 
dənizdən gözləyin”),  İsgəndər (“Qəm 
pəncərəsi”), Rüstəm (“Gecə qatarında 
qətl”), Marat (“Park”), Eldar (“Köhnə 
bərə”), Tahirbəyov (“Özgə ömür”), 
Zaur (“Təhminə”), Rza (“Əlvida, cənub 
şəhər”) Yusif (“Ölsəm Bağışla”),  İbra-
him xan (“Hökmdarın taleyi”), Profes-
sor (“Otel Otağı”), Narkobaron Sadıxov 
(“Dronqo” (serial))-, Abbasqulu ağa Ba-
kıxanov (“Sübhün səfiri”)  və s.
F.Manafovun  ən maraqlı obrazların-
dan biri Xalq yazıçısı Elçinin eyniadlı 
romanı  əsasında çəkilmiş, Azərbaycan 
və Türkiyə arasında ilk müştərək kino 
layihəsi olan “Mahmud və  Məryəm” 
filmində baş qəhrəman Mahmudun atası 
Ziyad xan roludur. Ziyad xan rolu aktyo-
run tarixi bir filmdə canlandırdığı ilk ob-
raz deyil. Onun 2008-ci ildə “Hökmdarın 
taleyi”  filmində yaratdığı  İbrahimxəlil 
xan obrazı da öz milli kaloriti, tarixiliyi 
və həyatiliyi ilə seçilir. Hətta aktyor İb-
rahim xan roluna görə “Zirvə” mükafatı 
ilə təltif edilmişdir.
Fəxrəddin Manafovun yaradıcılığı 
dövlət tərəfindən yüksək qiymətləndi-
rilmiş, o, 1987-ci ildə “Azərbaycan Res-
publikasının  Əməkdar artisti”, 2000-ci 
ildə isə “Xalq artisti” fəxri adlarına layiq 
görülmüşdür. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin