238 Tarixdə bu gün Cəbrayıl rayonunun işğalı günü 1993 AV Q U S T Ərazisi : 1049 km² Əhalisi: 54430 nəfər İşğal tarixi: 23.08.1993 1993-cü il avqust ayının 23-də
Cəbrayıl rayonu işğalçı erməni si-
lahlı qüvvələri tərəfindən zəbt edil-
mişdir.
1994-cü il Horadiz əməliyyatı
zamanı Milli Ordunun hərbi si-
lahlı qüvvələri şəhər mərkəzinə və
Xudafərin körpüsü istiqamətində
irəliləsə də, Cəbrayılın yalnız Co-
cuq -Mərcanlı kəndi düşmən işğa-
lından azad olunmuşdu.
İşğaldan əvvəl rayonda 72 orta
və natamam orta məktəb, 3 musi-
qi məktəbi, 12 mədəniyyət evi, 32
klub, 10 mədəni çadır və avtoklub,
78 kitabxana, 3 daimi, 4 səyyar
kinoqurğu fəaliyyət göstərmişdi.
Zəngin eksponatları olan tarix-
diyarşünaslıq muzeyi olmuşdu.
Əhaliyə 210 çarpayılıq mərkəzi
xəstəxana və ümumi çarpayı sayı
245 yer olan kənd xəstəxanaları,
Dağ Tumas, Quycaq, Balyand
kəndlərində 11 həkim, 52 feld-
şer - mama məntəqəsi xidmət
göstərirdi.
Cəbrayıl rayonunda respubli-
ka və rayon əhəmiyyətli 120-dək
tarixi memarlıq abidəsi, qiymətli
ağac növlərindən ibarət meşələr,
böyük ehtiyata malik yeraltı
sərvətlər, qeyri-adi flora və faunası
ilə seçilən Diridağın özünəməxsus
təbiət guşələri, mineral maddələrlə
zəngin su mənbələri erməni işğal-
çıları tərəfindən dağıdılaraq məhv
edilmişdir.
Ümumiyyətlə, döyüşlərdə
180, atəşkəs dövründə isə 16
nəfər həlak olmuş, 14 nəfər po-
lis, 60 nəfər mülki şəxs dünyasını
dəyişmiş, 90 nəfərə yaxın isə əsir
və itkin düşmüşdür. Cəbrayıllılar
içərisində 180 nəfərə yaxın Qara-
bağ müharibəsi əlili statusu almış,
6 nəfər isə “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. Cəbrayıllılar arasında
351 nəfər şəhid ailəsi var.
2006-2007-ci illər ərzində erməni
işğalçıları tərəfindən rayonun 16
min hektardan artıq ərazisində yan-
ğınlar törədilmişdir.
Ölkənin 58 bölgəsinə səpələnən
cəbrayıllılar daha çox Beyləqan,
İmişli, Sabirabad, Saatlı, Biləsuvar
rayonlarında məskunlaşmışlar.
Biz inanırıq ki, qələbə uzaq-
da deyil. Ali baş komandanın
yürütdüyü uzaqgörən siyasət,
apardığı danışıqlar nəticəsində tor-
paqlarımız işğaldan azad olacaq,
bütün həmvətənlərimiz öz yurd-
yuvalarına dönəcəklər.