240
Tarixdə bu gün
Ginnesin rekordlar kitabı
1955
AV
Q
U
S
T
Ginnesin Rekordlar Kitabı (ing.
The Guinness Book of Records) in-
sanlar tərəfindən göstərilən və təbiətdə
qeydə alınan ən yüksək nəticələri ümu-
miləşdirən məcmuədir. İlk dəfə 1955-ci
ildə İrlandiyanın “Ginness” pivə zavo-
dunun sifarişi ilə nəşr olunmuşdur.
“Ginness”
pivə zavodunun direk-
toru Hyu Biver 4 may 1951-ci ildə
tanışı ilə birlikdə ova çıxmış və ovda
onların arasında qızılı cüllütün, yox-
sa şotland tetra quşunun daha sürətlə
uçması barədə mübahisə düşmüşdür.
Həmin vaxt bu barədə soraq kitabı ol-
madığına görə, kimin haqlı olduğunu
müəyyənləşdirmək mümkün olmamış-
dur. Bundan sonra ser Hyu belə bir so-
raqça tərtib etdirməyi qərara almışdır.
İdeyanı həyata keçirmək üçün o,
bu işi
Londonda məlumat agentliyi saxlayan
Norris və Ross Makuirter qardaşlarına
tapşırmışdı.
1954-cü ildə soraq kitabının ilk va-
riantı hazırlanmış və 1000 nüsxə pul-
suz paylanmışdır. 1995-ci
il avqust
ayının 27-də isə kitab formasında 197
səhifəlik ilk nəşri çap edilmiş və pulla
satılmağa başlamışdır və Milad bayra-
mı ərəfəsində İngiltərədə ən çox satılan
kitablar siyahısında ön sıraları tutmuş-
dur. 1956-cı ildə rekordlar kitabı ABŞ-
da 70 min nüsxə ilə satışa çıxarılmışdır.
Birinci kitabın nəşri üçün pivə zavodu-
nun sahibi tərəfindən “Guinness World
Records Limited” şirkəti yaradılmış,
sonradan kitabın
çap hüququ bir neçə
dəfə satılmışdır.
1995-ci ildə kitabın konsepsiyası
dəyişmişdir. Yalnız mətndən ibarət olan
kitab şəkilli alboma çevrilmişdir. Albo-
mun özü də rekorda imza atmışdır. Ha-
zırda “Ginnessin rekordlar kitabı” dün-
yanın 100-dən çox ölkəsində, 24 dildə
çap olunur. O,
kitab ticarəti tarixində
ən uğurlu kommersiya nəşriyyatıdır.
2003-cü ildə o 100 milyon tirajla satıl-
mışdır. Kitab sahibləri iddia edirlər ki,
onlar müəlliflik hüququ ilə qorunan ən
çox satılan kitabdır.
Azərbaycanla bağlı rekordlar:
28 oktyabr 1995-ci ildə “Ulduz” və
“Nərimanov” stansiyaları arasındakı
tuneldə qatarın alışması nəticəsində
300 nəfər həlak olmuş, 400
nəfər isə
xəsarət almışdır. Bu qəza “Ginnes Re-
kordlar Kitabı”na ən dəhşətli metro
qəzası kimi düşmüşdür.
Cəbrayıl rayonunda anadan ol-
muş, hazırda Belçikada yaşayan və
həyatının 25 ilini qrafika
sənətinə və
kölgə rəsmləri çəkməyə həsr etmiş
Fəxrəddin Vəliyev 2004-cü ildə adı
“Ginnesin Rekordlar Kitabı”na düş-
müş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə
20 nəfərin siluetini çəkməklə bu şərəfə
nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi
kənd sakini 7 yaşlı Ələsgər
Rəhim
oğlu Həsənzadə “Ginnesin Rekordlar
Kitabı”na düşən ən azyaşlı şəxsdir. O,
1 saat 45 dəqiqə ərzində barmaqlarının
ucu ilə sinəsini yerə vurmamaq şərti ilə
3 min dəfə qalxıb enmişdir.
Dostları ilə paylaş: