Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə311/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   307   308   309   310   311   312   313   314   ...   484
23
Ərazisi: 1386 
• km² 
Əhalisi: 105 000 
• 
125368 hektar ərazisi işğal olunub
• 
İşğal tarixi: 23.08.1993
• 


240
Tarixdə bu gün
Ginnesin rekordlar kitabı 
1955
AV
Q
U
S
T
Ginnesin Rekordlar Kitabı (ing. 
The Guinness Book of Records) in-
sanlar tərəfindən göstərilən və təbiətdə 
qeydə alınan ən yüksək nəticələri ümu-
miləşdirən məcmuədir. İlk dəfə 1955-ci 
ildə İrlandiyanın “Ginness” pivə zavo-
dunun sifarişi ilə nəşr olunmuşdur.
“Ginness” pivə zavodunun direk-
toru Hyu Biver 4 may 1951-ci ildə 
tanışı ilə birlikdə ova çıxmış  və ovda 
onların arasında qızılı cüllütün, yox-
sa  şotland tetra quşunun daha sürətlə 
uçması barədə mübahisə düşmüşdür. 
Həmin vaxt bu barədə soraq kitabı ol-
madığına görə, kimin haqlı olduğunu 
müəyyənləşdirmək mümkün olmamış-
dur. Bundan sonra ser Hyu belə bir so-
raqça tərtib etdirməyi qərara almışdır. 
İdeyanı həyata keçirmək üçün o, bu işi 
Londonda məlumat agentliyi saxlayan 
Norris və Ross Makuirter qardaşlarına 
tapşırmışdı.
1954-cü ildə soraq kitabının ilk va-
riantı hazırlanmış  və 1000 nüsxə pul-
suz paylanmışdır. 1995-ci il avqust 
ayının 27-də isə kitab formasında 197 
səhifəlik ilk nəşri çap edilmiş və pulla 
satılmağa başlamışdır və Milad bayra-
mı ərəfəsində İngiltərədə ən çox satılan 
kitablar siyahısında ön sıraları tutmuş-
dur. 1956-cı ildə rekordlar kitabı ABŞ-
da 70 min nüsxə ilə satışa çıxarılmışdır. 
Birinci kitabın nəşri üçün pivə zavodu-
nun sahibi tərəfindən “Guinness World 
Records Limited” şirkəti yaradılmış, 
sonradan kitabın çap hüququ bir neçə 
dəfə satılmışdır.
1995-ci ildə kitabın konsepsiyası 
dəyişmişdir. Yalnız mətndən ibarət olan 
kitab şəkilli alboma çevrilmişdir. Albo-
mun özü də rekorda imza atmışdır. Ha-
zırda “Ginnessin rekordlar kitabı” dün-
yanın 100-dən çox ölkəsində, 24 dildə 
çap olunur. O, kitab ticarəti tarixində 
ən uğurlu kommersiya nəşriyyatıdır. 
2003-cü ildə o 100 milyon tirajla satıl-
mışdır. Kitab sahibləri iddia edirlər ki, 
onlar müəlliflik hüququ ilə qorunan ən 
çox satılan kitabdır.
Azərbaycanla bağlı rekordlar: 
28 oktyabr 1995-ci ildə “Ulduz” və 
“Nərimanov” stansiyaları arasındakı 
tuneldə qatarın alışması  nəticəsində 
300 nəfər həlak olmuş, 400 nəfər isə 
xəsarət almışdır. Bu qəza “Ginnes Re-
kordlar Kitabı”na  ən dəhşətli metro 
qəzası kimi düşmüşdür.
Cəbrayıl rayonunda anadan ol-
muş, hazırda Belçikada yaşayan və 
həyatının 25 ilini qrafika sənətinə  və 
kölgə  rəsmləri çəkməyə  həsr etmiş 
Fəxrəddin Vəliyev 2004-cü ildə adı 
“Ginnesin Rekordlar Kitabı”na düş-
müş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 
20 nəfərin siluetini çəkməklə bu şərəfə 
nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi 
kənd sakini 7 yaşlı  Ələsgər Rəhim 
oğlu Həsənzadə “Ginnesin Rekordlar 
Kitabı”na düşən ən azyaşlı şəxsdir. O, 
1 saat 45 dəqiqə ərzində barmaqlarının 
ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 
3 min dəfə qalxıb enmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin