İ n t e r n e t d ə www.anl.az www.az.wikipedia.org www.files.preslib.az 12 18 Məlum olduğu kimi, Azərbaycanda milli sərhəd
xidmətinin yaranma tarixi 1918-ci il dövrünə gedib
çıxır. 1918-ci il iyun ayının 22-də Azərbaycanda ilk
dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər
istiqamətlərdə də oxşar məntəqələrin yaradılması
işinə başlanılmışdır. 1919-cu il avqust ayının 18-
də Azərbaycan Demokatik Respublikası Nazirlər
Kabineti “Azərbaycan Respublikasının gömrük
baxımından sərhəd mühafizəsinin təsis edilməsi
haqqında” qanun qəbul etdikdən sonra əlavə ola-
raq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin
mühafizəsi təşkil edilmişdir.
Müstəqillik illərində Azərbaycan Ordusu-
nun yaradılması, formalaşdırılması proseslərinə
bilavasitə rəhbərlik edən ulu öndər Heydər
Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması,
ölkəmizin sərhədlərinin qorunması işinin təşkili
istiqamətində əvəzsiz xidmət göstərmiş, milli
sərhəd siyasətinin əsasını qoymuş, sərhəd stra-
tegiyasını müəyyənləşdirmişdir. Ümumiyyətlə,
üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə
Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından,
sərhədlərimizdə ilkin zəruri infrastrukturların ya-
radılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin
təşkilinə qədər bütün proseslər ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır.
2000-ci il avqust ayının 16-da Prezident cənab
Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin
təsis edildiyi tarixin - 18 avqustun Azərbaycan
Respublikasının Sərhəd Qoşunları Əməkdaşlarının
peşə bayramı Günü kimi elan edilməsi haqqında
sərəncam imzalamışdır.