Ə d ə b i y y a t
Çobanov, M. I Türkoloji qurultay və türk dillərinin müasir problemləri : Ədəbi dilimiz xalqımızın milli sərvətidir /M. N. Çobanov; red.
N. Cəfərov; Azərbaycan Atatürk Mərkəzi.-Bakı: AzAtaM, 2006.-C.I.-152 s.
Latın əsaslı yeni türk əlifbası və I Bakı türkoloji qurultayı: Biblioqrafiya /Tərtibçilər: K. V. Nərimanoğlu; Ə. Ağakişiyev; S. Abdullaye-
va; Red.: M. Vəliyeva.-Bakı: Çinar-Çap, 2006.-40 s.
Sarıyeva, İ. Azərbaycan tarixində böyük hadisə - türk dünyasını birləşdirən I Türkoloji Qurultay... /İ.Sarıyeva //Bakı xəbər.-2015.- 2
iyun.- S. 15.
Первый Всесоюзный Тюркологический съезд: 26 февраля-5 марта 1926 г. : стенографический отчет /М-во Культуры и
Туризма Азерб. Респ., Нац. Библиотека Азерб. им. М. Ф. Ахундова; отв. за вып. В. Бахманлы ; ред. А. Асадзаде.-Баку: Нагыл
Еви, 2011.-550 с.
75
MART
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Bеynəlxalq Qadınlar Günü (08.03.1910)
•
Qızıl Aypara Günü (10.03.2008)
•
Milli Tеatr Günü (10.03.1873)
•
Beynəlxalq Novruz Günü (21.03.2010)
•
Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə
•
Bayramı Günü (28.03.1997)
Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918)
•
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri dahi sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci
ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan vermədi.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 2011-ci ildə dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin geniş
şəkildə qeyd olunması üçün Sərəncam imzaladı.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə
dahi şairin muzeyi inşa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inşa
olunmuş muzeyin açılışında iştirak edib. Muzey Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikil-
miş, qarşısında N.Gəncəvinin büstü qoyulmuşdur. Muzeydə ulu öndər Heydər Əliyev və Nizami
Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmış-
dır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elekt-
ron məlumat köşkü quraşdırılmışdır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların
yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin
yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olun-
ması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 illik yubileyləri
münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir.
Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə”
və monoqrafiyalardan, o cümlədən Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxa-
nalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Met-
ropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və
nüsxələrindən ibarət guşə yaradılmışdır.
1 mart
Gün çıxır 07:15
Gün batır 18:48
31 mart
Gün çıxır 07:27
Gün batır 20:20
19 fevral-
20 mart
Balıq bürcünün
Nişanı sudur.
Yupiter və
Neptunun
himayəsindədir.
Günəşin Balıqlar
bürcündən keçdiyi
dövrdə doğulanlar
incə intuisiyalı
olmaqla yanaşı,
daim bir narahatlıq
hissi də keçirirlər.
875 il
1141-1209
Nizami Gəncəvi
76
Milli ədəbiyyat
Əməkdar incəsənət xadimi, şairə Billuri Hökumə İbrahim qızının (03.03.1926-
22.11.2000) anadan olmasının 90 illiyi
Xalq şairi Rüstəmzadə Süleyman Əliabbas oğlunun (Süleyman Rüstəm)
(12.03.1906-10.06.1989) anadan olmasının 110 illiyi
Nasir Mustafayev Əmir Gülbala oğlunun (12.03.1936-27.07.2007) anadan
olmasının 80 illiyi
Şair, tərcüməçi, publisist İsmayılzadə İsa Mustafa oğlunun (15.03.1941-
14.07.1997) anadan olmasının 75 illiyi
Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Məmmədsalahlı Ələkbər Baba
oğlunun (Ələkbər Salahzadə) (15.03.1941-01.09.2013) anadan olmasının 75
illiyi
Şair Qasımov (Qasımzadə)Böyükağa Məmməd oğlunun (18.03.1916-
29.08.1957) anadan olmasının 100 illiyi
Xalq şairi Vəkilov Səməd Yusif oğlunun (Səməd Vurğun) (21.03.1906-
27.05.1956) anadan olmasının 110 illiyi
Yazıçı Veysəlli Nemət Bayramalı oğlunun (21.03.1941) anadan olmasının 75
illiyi
Şair Kərimov Əli Paşa oğlunun (Əli Kərim) (22.03.1931-30.06.1969) anadan
olmasının 85 illiyi
Yazıçı, jurnalist Babayev Nurəddin Həsən oğlu (23.03.1921-25.09.1991)
anadan olmasının 95 illiyi
Şair, nasir Xanlarov Seyran Əsgər oğlunun (Seyran Səxavət) (23.03.1946)
anadan olmasının 70 illiyi
Musiqi.Opera.Balet
Əməkdar incəsənət xadimi, bəstəkar Bağırov Zakir Cavad oğlunun
(16.03.1916-08.01.1996) anadan olmasının 100 illiyi
Əməkdar incəsənət xadimi, professor Əliyev Azad Sabir oğlunun (29.03.1951-
30.03.2014) anadan olmasının 65 illiyi
Xalq artisti, xanəndə Cabbar Məşədi İsmayıl oğlunun (Cabbar Qaryağdı
oğlu) (31.03.1861-20.04.1944) anadan olmasının 155 illiyi
Xalq artisti, pianoçu Babayev Rafiq Fərzi oğlunun (31.03.1936-19.03.1994)
anadan olmasının 80 illiyi
2016
MART
81
82
83
84
87
85
80
86
88
91
89
90
77
Teatr. Kino
Xalq artisti Qurbanov Ağadadaş Gülməmməd oğlunun (08.03.1911-
25.06.1965) anadan olmasının 105 illiyi
Xalq artisti Haqverdiyev Əyyub Məmmədəli oğlunun (15.03.1911-
12.06.1996) anadan olmasının 105 illiyi
Xalq artisti Kazımzadə Kazım Cəfər oğlunun (Kazım Ziya) (21.03.1896-
20.11.1956) anadan olmasının 120 illiyi
Azərbaycanın və SSRİ-nin Xalq artisti və teatr rejiroru Axundov Ruhulla
Fətulla oğlunun (Sidqi Ruhulla) (28.03.1886-05.05.1959) anadan olmasının
130 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Nəzərli Hikmət Baba oğlunun (07.03.1966-
26.02.1992) anadan olmasının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Nurəddin İslam oğlunun
(16.03.1951-10.02.1995) anadan olmasının 65 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəsrəddinov Rafiq Hüseyn oğlunun
(18.03.1961-06.09.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əsədov Əsəd Soltan oğlunun (22.03.1956-
29.10.1991) anadan olmasının 60 illiyi
Siyasət.Hüquq.Hərbi iş
General-mayor Haşımbəyov Əliyar bəy Mehdi oğlunun (08.03.1856-
29.05.1920) anadan olmasının 160 illiyi
Əməkdar hüquqşünas, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri Rəfiyev Akif
Bəşir oğlunun (23.03.1936) anadan olmasının 80 illiyi
Türkçülüyün əsas ideoloqlarından biri, sosioloq, şair və publisist Mehmet
Ziya (Ziya Göyalp) (23.03.1876-25.10.1924) anadan olmasının 140 illiyi
Tarix
Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əfəndiyev Oqtay
Əbdülkərim oğlunun (26.03.1926-26.02.2013) anadan olmasının 90 illiyi
Fəlsəfə.İqtisadiyyat
Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü,
fəlsəfə elmləri doktoru, professor Şükürov Ağayar Məhəmməd oğlunun
(25.03.1946-2008) anadan olmasının 70 illiyi
Neftçi, buruq ustası Məmmədov Abbas Zaman oğlunun (24.03.1916-
01.01.1976) anadan olmasının 100 illiyi
95
98
99
97
96
92
93
94
100
101
102
103
104
78
Mədəniyyət.Maarif.Təhsil
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas
Qarayev Yaşar Vahid oğlunun (05.03.1936-25.08.2002) anadan olmasının 80
illiyi
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Hüseynov
Böyükağa Murtuza oğlunun (07.03.1926-31.05.1983) anadan olmasının 90
illiyi
Yazıçı-publisist, filologiya elmləri doktoru, professor Vəliyev İsmayıl Ömər
oğlunun (18.03.1951) anadan olmasının 65 illiyi
Krım-tatar publisisti, pedaqoq, ictimai xadim Qaspralı (Qasprinski) İsmayıl
bəy Mustafa ağa oğlunun (21.03.1851-11.09.1914) anadan olmasının 165
illiyi
Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Bəktaşi İnayət
Heydər oğlunun (25.03.1931-09.09.1989) anadan olmasının 85 illiyi
Coğrafiya.Geologiya
Akademik Bağırzadə Faiq Məmməd oğlunun (20.03.1926-24.03.1988) ana-
dan olmasının 90 illiyi
Coğrafiya elmləri doktoru, professor Kərəmov Nurəddin Kərəm oğlunun
(20.03.1911 -13.08.1981) anadan olmasının 105 illiyi
Türk səyyahı, coğrafiyaşünası, tarixçisi, etnoqrafı, şair Çələbi Evliyanın (Tam
adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir) (25.03.1611-1679/82) anadan ol-
masının 405 illiyi
Kimya.Biologiya.Tibb
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Məmmədov Yaqub
Cavad oğlunun (03.03.1941) anadan olmasının 75 illiyi
Akademik, kimya elmləri doktoru Nağıyev Tofiq Murtuza oğlunun
(04.03.1941) anadan olmasının 75 illiyi
Texnika elmləri doktoru, kimyaçı alim Qəmbərov Yunis Heydər oğlunun
(05.03.1926-07.09.1991) anadan olmasının 90 illiyi
Akademik, Əməkdar elm xadimi Əliyev Cəmil Əziz oğlunun (30.03.1946)
anadan olmasının 70 illiyi
Texnika.Mühəndis işi
Dövlət xadimi, energetik, texnika elmləri namizədi, professor Bayramzadə
Əlirza Baxşəli oğlunun (18.03.1911-01.08.1963) anadan olmasının 105 illiyi
İsveçli ixtiraçı və sənaye sahibkarı Nobel Emmanuelin (böyük) (24.03.1801-
03.09.1872) anadan olmasının 215 illiyi
Tarixdə bu gün
Ümumdünya Mülki Müdafiə Günü (01.03.1972)
Azərbaycanın BMT-yə qəbul olunması günü (02.03.1992)
105
106
107
108
109
110
111
112
113
114
115
116
79
Ümumdünya Yazıçılar günü (03.03.1986)
Bədən Tərbiyəsi və İdman Günü (05.03.2005)
Qızıl Aypara Günü (07.03.2008)
Bеynəlxalq Qadınlar Günü (08.03.1910)
Milli Tеatr Günü (10.03.1873)
Daxili Qoşunlar Günü (12.03.1995)
Ümumdünya İstehlakçılar Günü (15.03.1961)
Novruz bayramı (20-22.03)
Beynəlxalq Novruz Günü (21.03.2010)
Beynəlxalq Poeziya Günü (21.03)
İrqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq
Mübarizə Günü (21.03.1966)
Beynəlxalq Teatr Günü (27.03.1948)
Olimpiya muzeyinin yaradılmasının (27.03.2001) 15 illiyi
Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü (28.03.1997)
Azərbaycanlıların Sоyqırımı Günü (31.03.1918)
117
118
119-120
80
Milli ədəbiyyat
90
illiyi
Hökumə Billuri
1926-2000
MART
Hökumə İbrahim qızı Billuri 1926-cı
il mart ayının 3-də Cənubi Azərbaycanın
Zəncan şəhərində anadan olmuş-
dur. 1933-1943-cü illərdə “Azəri” qız
məktəbində təhsil almış və sonra həmin
məktəbdə müəllim kimi çalışmağa baş-
lamışdır. Sovet ordusu İranda olduğu
dövrdə ictimai-siyasi fəaliyyətə başla-
mış, vilayət partiya komitəsinin üzvü
olmuşdur. İlk şeirlərini orta məktəbdə
ikən fars, sonra Azərbaycan dilində
yazmışdır. Azərbaycan dilində yazdığı
“Fəhlə”, “Gözlərim”, “Sübh açıldı” və
s. şeirləri və məqalələri 1945-ci ildə
“Azər” ,“Vətən yolunda” qəzetlərində,
“Azərbaycan” jurnalında dərc edilmiş-
dir. 1945-1946-cı illərdə Azərbaycan
Demokrat Partiyası Zəncan Vilayət
Komitəsi təbliğat şöbəsinin sədr mü-
avini, SSRİ ilə İran arasında mədəni
rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr
müavini, mədəniyyət evi kitabxanasının
müdiri vəzifələrində çalışmışdır. Cənubi
Azərbaycanda inqilabi hadisələrin fəal
iştirakçısı olduğuna görə “21 Azər”
medalı ilə təltif edilmişdir. 1946-cı
ilin dekabr ayından etibarən Şimali
Azərbaycanda mühacirətdə yaşamağa
məcbur olmuşdur. Həmin vaxtdan fəal
elmi və bədii yaradıcılıqla məşğul ol-
muş, dövri mətbuatda müntəzəm çıxış
etmişdir. 1955-ci ildə “Şeirlər”, 1963-
cü ildə “Azadlıq baharı”, 1970-ci ildə
“İthaf”, 1980-ci ildə “Könül baharı” və
s. kitabları Bakıda və rus dilində Mosk-
vada nəşr olunmuşdur.
1952-ci ildə ADU-nun (indiki BDU)
filologiya fakültəsini bitirmiş, 1952-
1954-cü illərdə Azərnəşrdə ədəbi-bədii
şöbədə redaktor işləmiş, 1954-1956-cı
illərdə Azərbaycan KP MK nəzdində
partiya məktəbini fərqlənmə diplomu
ilə bitirmişdir. Bu dövrdə o, iki dəfə
Azərbaycan Demokrat Partiyası MK-nın
üzvü seçilmişdir. 1956-1960-cı illərdə
Azərbaycan Demokrat Partiyası MK-nın
siyasi orqanı - “Azərbaycan” qəzetinin
baş redaktoru vəzifəsində çalışmışdır.
1960-1963-cü illərdə Moskvada Sov.
İKP MK nəzdində olan İctimai Elmlər
Akademiyasında təhsil almış, orada
“İran Azərbaycanının realist-demokratik
ədəbiyyatı” mövzusunda dissertasi-
ya müdafiə edərək filologiya elmləri
namizədi elmi dərəcəsini almışdır. 1964-
cü ildən Azərbaycan Elmlər Akademi-
yasının (indiki AMEA) Yaxın və Orta
Şərq Xalqları İnstitutunda baş elmi işçi
vəzifəsində çalışmışdır. Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin Fəxri fərmanı
və SSRİ medalları ilə təltif edilmişdir.
1958-ci ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü olan Hökumə Billuri 1984-
cü ildə “Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüş, 1985-ci ildə
Əmək veteranı olmuşdur.
Sairə, ədəbiyyatşünas Hökumə Billu-
ri 2000-ci il noyabr ayının 22-də Bakıda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/H.Billuri.- Bakı: Şərq-
Qərb, 2005.- 224 s.
Dünya belə dünyadır:
şeirlər /H.Billuri.- Bakı:
Yazıçı, 1989.- 133,[1] s.:
portr., 17 sm.
Məhəmmədhüseyn
Şəhriyar /H.Billuri.-
Bakı: Elm, 1984.- 156 s.
Nə qəribə dünya
imiş... /H.Billuri; red.
A.Bağırov.- Bakı:
Azərbaycan, 1997.-224 s.
Fərəcov, S. Ayrılıq
həsrətli, vətən soraqlı...:
[H.Billuri haqqında]
/S.Fərəcov //Mədəniyyət.-
2011.- 2 mart.- S.14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
www.anl.az
3
Şairə
81
Milli ədəbiyyat
110
illiyi
Süleyman Rüstəm
1906-1989
MART
Süleyman Əliabbas oğlu Rüstəmzadə
(Süleyman Rüstəm) 1906-cı il mart ayı-
nın 12-də Bakıda anadan olmuşdur. Rus-
tatar məktəbini bitirmiş, N.Nərimanov
adına Bakı Sənaye Texnikumunun elekt-
rik mexanikası şöbəsində təhsil almışdır.
Texnikumun ictimai həyatında fəal çalış-
mış, divar qəzetində felyeton və şeirlərlə,
“Molla Nəsrəddin” məcmuəsində kiçik
xəbərlərlə çıxış etmişdir. “Unudulmuş
gənc” adlı ilk mətbu şeiri “Maarif və
mədəniyyət” jurnalında dərc edilmiş-
dir. Həmin vaxtdan dövri mətbuatda
müntəzəm çıxış etməyə başlamışdır.
1924-cü ildə texnikumda təhsilini ya-
rımçıq qoyaraq pedaqoji təmayüllü 18
saylı ikinci dərəcəli birləşmiş zəhmət
məktəbinin son kursuna dəyişilmişdir.
1925-ci ildə həmin məktəbi bitirib “Gənc
işçi” qəzeti redaksiyasında ədəbiyyat
şöbəsinin müdiri kimi əmək fəaliyyətinə
başlamış, eyni zamanda ADU-nun Şərq
fakültəsinə (indiki BDU) daxil olmuş-
dur. Tələbəlik illərində ədəbiyyat və
dram dərnəklərində fəal iştirak etmiş,
dövri mətbuatda şeir, hekayə və felye-
tonlarını “S.R.”, “Dəmirçi”, “D.oğlu” və
başqa imzalarla çap etdirmişdir. 1926-
1934-cü illərdə “Maarif və mədəniyyət”
jurnalında məsul katib vəzifəsində ça-
lışmışdır. 1929-cu ildə Moskva Dövlət
Universitetinin Ədəbiyyat və incəsənət
fakültəsinə köçürülmüşdür. 1934-cü
ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü olmuşdur. 1935-ci ildə Zaqafqa-
ziya Mərkəzi İcraiyyə Komitəsinə üzv,
1938-ci ildə Birinci çağırış Azərbaycan
Ali Sovetinə deputat seçilmişdir. Bun-
dan sonra bütün çağırışlarda xalq elçisi
olmuşdur. “Qaçaq Nəbi” pyesi üzərində
işləmiş və 1940-cı ildə əsər tamaşaya
qoyulmuşdur. 1941-ci ildə Sovet Or-
dusu tərkibində Cənubi Azərbaycanda
olmuş, Təbrizdə çıxan “Vətən yolun-
da” qəzetində öz şeirlərini “Süleyman
Hikmət” imzası ilə çap etdirmişdir. Şima-
li Qafqazda, Mozdok və Kerç ətrafında
döyüşlərdə batalyon komissarı, eləcə də
siyasi işçi kimi fəaliyyət göstərmişdir.
1945-ci ilin sentyabrında Səməd Vurğun-
la birgə Azərbaycan SSR Dövlət himni-
nin sözlərini yazmışdır. Azərbaycan
SSR Xarici ölkələrlə Dostluq və Mədəni
Əlaqə Cəmiyyəti Sovet-Bolqar dost-
luğu şöbəsinin idarə heyətinin sədri,
SSRİ Yazıçılar İttifaqı idarə heyətinin
üzvü, Azərbaycan KP MK üzvü kimi
fəal ictimai fəaliyyətlə məşğul olmuş-
dur. “Ədəbiyyat qəzeti”nin baş redakto-
ru olmuşdur. Xidmətlərinə görə 1943-cü
ildə “Azərbaycanın Əməkdar incəsənət
xadimi”, 1960-cı ildə “Xalq şairi” fəxri
adlarına layiq görülmüş, 1950-ci ildə
SSRİ Dövlət Mükafatı laureatı, 1970-
ci ildə Azərbaycan Dövlət Mükafatı la-
ureatı, 1976-cı ildə “Sosialist Əməyi
Qəhrəmanı”, üç Lenin ordeni, iki “Qır-
mızı Əmək Bayrağı” ordeni və bir sıra
medallarla təltif olunmuşdur. Bolqarıstan
Xalq Məclisinin rəyasət heyəti tərəfindən
“Xalq hakimiyyətinin 25 illiyi”, “Georgi
Dmitrovun anadan olmasının 90 illiyi”
medallarına layiq görülmüşdür. Ömrü-
nün sonunadək Azərbaycan SSR Ali So-
vetinin sədri vəzifəsində çalışmışdır.
Süleyman Rüstəm 1989-cu il iyun
ayının 10-da Bakıda vəfat etmiş, Fəxri
Xiyabanda dəfn edilmişdir. Bakıda adını
daşıyan küçə var.
12
Şair
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 3
cilddə /S.Rüstəm.- Bakı:
Şərq-Qərb, 2005.
Şeirlər /S.Rüstəm
//Ədalət.- 2014.- 25
yanvar.- S.20.
Əsgərzadə, Q.
Süleyman Rüstəm.
Nəğmələrdə döyünən
ürək: mahnılar,
qəzəllər... /müəllif və ki-
tabın tərt. Q.Əsgərzadə
(ön söz. müəl.).- [Bakı]:
Çaşıoğlu, 2015.- 268 s.
Ədilli, Ş. Güney
dərdimizdən ən çox
yazmış şair /Ş.Ədilli
//Təzadlar.- 2015.- 6
yanvar.- S.10.
Şəymən. Azərbaycanı
tərənnüm edən şair...:
Süleyman Rüstəmin
əsərlərində milli ide-
yanın təlqin və təbliği
mühüm əhəmiyyət kəsb
edir /Şəymən //Şərq.-
2014.- 12 noyabr.- S.11.
Избранное:
стихотво-рения и
поэмы /С.Рустам.-
М.: Худож. лит.,
1986.- 350 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
www.anl.az
82
Milli ədəbiyyat
80
illiyi
Əmir Mustafayev
1936-2007
Dostları ilə paylaş: |