Ə d ə b i y y a t
Allahverdi Teymur oğlu Bağırova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [E.Bağırov adına qoşun hissələrinin
komandiri-Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 fevral 1993-cü il //Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- № 4.- S.15.- (Ölümündən sonra).
Abbasoğlu, B. Mətin komandir /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.35-53.
Bağırov Allahverdi Teymur oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.38-40.
Əsgərov, V. Bağırov Allahverdi Teymur oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.49-50.
Seyidzadə, M. Bağırov Allahverdi Teymur oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.38.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
22
Milli Qəhrəman
140
Siyasət.Hüquq.Hərbi iş
680
illiyi
Əmir Teymur
1336-1405
APREL
Əmir Tеymur 1336-cı il aprel ayı-
nın 9-da Özbəkistanda, indiki Şəhrisabz
şəhərində аnаdаn оlmuşdur. О, türkləşmiş
bаrlаs tаyfаsındаndır. Əmir Tеymur
1361-ci ildə Tоğluq Tеymurun yаnındа
хidmətə girmiş və Qаşqаdəryа vilаyətini
idаrə еtmişdir. Sаğ dizindən və çiynindən
аldığı yаrаdаn аyаğı qаtlаnmаdığınа
görə оnа “Tеymurləng” (Tоpаl Tеymur)
ləqəbi vеrilmişdir. Səmərqənd və Bəlх
hаkimi Hüsеynlə ittifаq bаğlаyıb, uzun
müddət Tоğluq Tеymurа və оnun оğlu
İlyаs Хоcаyа qаrşı mübаrizə аpаrmışdır.
Hаkimiyyət uğrundа mübаrizədə 1370-
ci ildə Hüsеynə qаlib gələn Tеymur,
əmir titulu qəbul еdərək Çingiz хаnın
nəsli аdındаn Mаvərаünnəhri tək idаrə
еtməyə bаşlаmış və Səmərqəndi dövlətin
pаytахtı еlаn еtmişdir.
1380-ci ildən Tеymurun işğаlçılıq
yürüşləri dаhа dа gеnişlənmiş, 1386-
cı ildə Sultаniyyəni tutub Təbrizə,
Nахçıvаnа, Qаrsа, Tiflisə, Şəkiyə,
Qəbələyə hücum еtmiş, 1387-ci ildə
Sаlmаs, Urmiyа və Mаrаğadan kеçib
Gilаnа, оrаdаn isə məğlubеdilməz
sərkərdə kimi Səmərqəndə qаyıtmışdır.
Qеyd еtmək lаzımdır ki, ХIV əsrin
70-80-ci illərində Аzərbаycаndаkı siyаsi
sаbitlik Əmir Tеymurun bu ölkəyə hücu-
mu üçün əlvеrişli şərаit yаrаtmış, 1386-
cı ilin bаhаrındа Аzərbаycаn yеnidən
İrаnа və Cənubi Qаfqаzа yürüş еtmiş
Tеymurun hücumunа məruz qаlmışdır.
Əlincə qаlаsı istisnа оlunmаqlа bü-
tün Аzərbаycаnı zəbt еtmiş Tеymur,
оğlu Mirаnşаhı Dərbənddən Bаğdаdа,
Həmədаndаn Rumа qədər оlаn böyük
bir ərаziyə hаkim təyin еtmişdir.
1398-ci ildə Tеymur Hindistаnа hü-
cum еdərək Dеhli şəhərini də tutmuş-
dur. 1402-ci ildə Аnkаrа döyüşündə
Türkiyə sultаnı İldırım Bаyаzidə qаlib
gəlmişdir.
Mirаnşаhın
yеritdiyi
mənfur
siyаsətdən хəbərdаr оlаn Tеymur
Hindistаn səfərindən qаyıtdıqdаn sоnrа
yеnidən Аzərbаycаnа yürüş еtmiş və
yürüş tаriхdə “yеddiillik mühаribə”
аdlаndırılmışdır. Tеymurun bu yürüşü
zаmаnı uzun müddət cəsаrətlə müdаfiə
оlunаn Əlincə qаlаsı dа işğalçılara tаbе
еdilmişdir.
Onun imperiyası şimalda Dərbənd
keçidi, Volqa və İrtış çaylarından baş-
layaraq cənubda İran körfəzinədək,
Şərqdə Qobi səhrasının hüdudları və
Qanq çayı sahillərindən Qərbdə Balkan
yarımadasınadək geniş bir ərazini əhatə
edirdi. Tеymurun işğаlçılıq, tаlаnçılıq
məqsədi dаşıyаn hərbi yürüşləri bir
çох хаlqlаrın sоsiаl-iqtisаdi və mədəni
inkişаfınа хеyli zərər vurmuşdur.
Təkcə bu fаktı göstərmək kifayətdir
ki, о, 1383-cü ildə İsfаhаndа 70 min,
1401-ci ildə isə Bаğdаddа 90 min dinc
əhаlini qılıncdаn kеçirmiş, mühаribələr
zаmаnı əldə еdilmiş vаr-dövlət, əsir
аlınmış sənətkаrlаr, mеmаrlаr və baş-
qaları Səmərqəndə göndərilmiş və оnlаr
burаdа dəbdəbəli sаrаylаr, məscidlər və
еvlər tikmişdilər.
Əmir Tеymur 1405-ci il, fеvrаl ayı-
nın 18-də Çinə yürüşü ərəfəsində vəfаt
еtmişdir. Səmərqənddə Əmir Tеymur
məqbərəsində dəfn оlunmuşdur. Əmir
Tеymur tаriхdə məğlubеdilməz sərkərdə
kimi ad qoymuşdur.
9
Sərkərdə
Ə d ə b i y y a t
Əmir Teymurun
vəsiyyətləri.- Bakı: Qa-
nun, 2012.- 196 s.
Marozzi, C. Dünya fatehi
Teymur /C.Marozzi.- Bakı:
Qanun, 2012.- 487 s.
Oğuz, Y. Əmir Teymur: 2
kitabda /Y.Oğuz.- Bakı:
Apostrof, 2011-2012.
Vamberi, G. Əmir Teymur
/G.Vamberi.- Bakı: Elm və
təhsil, 2013.- 131 s.
Əmir Teymur
//Аzərbаycаn Sоvеt
Еnsiklоpеdiyаsı: 10
cilddə.- Bakı, 1986.- C.9.-
S.186.
Деревьев, М. Тимур:
Тамерлан: Исторические
романы /М.Деревьев.-
Москва: Армада, 1997.-
554 с.
Лэмб, Г.
Тамерлан:правитель
и полководец /Г.Лэмб;
[пер. с англ. Л.
А. Игоревского;
отв. ред. Л. И.
Глебовская].-Москва:
Центрполиграф, 2014.-
286 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
141
Ə d ə b i y y a t
Heydər Əliyev Atatürk
haqqında /topl. tərt.
ed. S.Nəzərli.- Bakı:
AzAtaM, 2003.- 78 s.
Mustafa Kamal
Atatürk və türkçülük:
29 oktyabr 2005-ci
il: (Elmi konfran-
sın materialları)
/tərt. O.Musayev.-
Bakı: AzAtaM, 2006.-
73 s.
Nəzərli, S. Müdrik
Atatürk: gerçək
hekayətlər.- Bakı: Nur-
lan, 2006.-108 s.
Atalı, İ. Atatürk bütün
türklərin sevgisinə
layiqdir /İ.Atalı
//Türküstan.- 2014.-
18-24 may.- S.9.
Eyniyev, M. Ata-
türk /M.Eyniyev
//Respublika.-2015.-
25 aprel.- S.6.
Владимирский, А.В.
Великий Ататюрк:
«Отец народа»,
«Человек Судьбы»
/А.В.Владимирский.-
М.: Яуза, Эксмо,
2014.-348 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
Dövlət xadimi
Mustafa Kamal Atatürk
1881-1938
Mustafa Kamal Atatürk 1881-ci il ap-
rel ayının 19-da Osmanlı imperiyasına
məxsus Səlanikdə (indiki Yunanıstanın Sa-
lonika şəhəri) anadan olmuşdur. 1896-1899-
cu illərdə müasir Makedoniya ərazisində
yerləşən Manastır Hərbi məktəbini bitirərək
İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur.
1902-ci ildə zabit rütbəsi ilə məzun olmuş,
Hərbi Akademiyada təhsilini davam etdir-
mişdir. 1905-ci il yanvar ayının 11-də kapitan
rütbəsi ilə akademiyanı bitirmiş, 1905-1907-
ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət
etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır.
1909-cu il aprel ayının 19-da İstanbula daxil
olan Hərəkat Ordusunda qərargah rəisi ola-
raq xidmət etmişdir. 1910-cu ildə Fransaya
göndərilmiş, Pikardi Manevralarındə iştirak
etmiş, 1911-ci ildə İstanbulda Baş Qərargah
Mərkəzində xidmətə başlamışdır.
1911-1912-ci illərdə baş vermiş Osmanlı-
İtaliya müharibəsi zamanı Tobruk və Dərnə
bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci
ildə İldırım Orduları Qrupuna komandir təyin
olunmuş, bu ordunun ləğvindən sonra 13 no-
yabr 1918-ci il tarixində İstanbula gələrək
Müdafiə Nazirliyində çalışmışdır.
1919-cu ildə Samsuna getmiş, 23 iyul-7
avqust tarixləri arasında Ərzurum, 4-11 sent-
yabr tarixləri arasında isə Sivas Konqresini
çağıraraq ölkənin işğal olunmuş ərazilərinin
geri qaytarılması üçün görülməsi lazım olan
işləri müəyyənləşdirmişdir. 1919-cu ilin de-
kabr ayında Ankarada böyük ruh yüksəkliyi
ilə qarşılanmış, 1920-ci il aprel ayının 23-də
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə
başlamasından sonra Türkiyə Respublikası-
nın qurulması yolunda əhəmiyyətli addımlar
atmışdır. Məclis və hökumət başqanlığına
seçilmiş, Türkiyə Böyük Millət Məclisinin
Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün
lazımi qanunlar qəbul edib onların tətbiqinə
başlanmasını təmin etmişdir.
Sakarya zəfərindən sonra 1921-ci il sent-
yabr ayının 19-da Türkiyə Böyük Millət
Məclisi Mustafa Kamala marşal rütbəsi və
qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul
1923-cü ildə imzalanan Lozanna müqaviləsi
ilə sona çatmışdır. Beləliklə, Sevr müqaviləsi
ilə parçalanması nəzərdə tutulan, türk xal-
qına 5-6 vilayət böyüklüyündə ərazi verilən
Türkiyə torpaqları üzərində, milli birliyə
əsaslanan yeni türk dövlətinin qurulması
üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci il tarixində xilafət və
monarxiya bir-birindən ayrılmış, monar-
xiya ləğv edilmiş, Osmanlı İmperiyasının
mövcudluğuna son qoyulmuşdur. Türkiyə
1923-cü il oktyabr ayının 29-da respublika
elan edilmiş, Atatürk yekdilliklə ilk prezi-
dent seçilmişdir. 30 oktyabr 1923-cü ildə
İsmət İnönü tərəfindən respublikanın ilk
hökuməti qurulmuşdur. Türkiyə Respubli-
kası “Hakimiyyət qeyd-şərtsiz millətindir”
və “Yurdda sülh, cahanda sülh” ideologiyası
əsasları üzərində qurulmuşdur. 1927, 1931,
1935-ci illərdə Türkiyə Böyük Millət Məclisi
tərəfindən yenidən prezident seçilmişdir.
Atatürk 1938-ci il noyabr ayının 10-da
İstanbulda, Dolmabaxça sarayında vəfat et-
mişdir. Cənazəsi müvəqqəti olaraq Ankara
Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzo-
leyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə
oraya köçürülmüşdür.
Ümummilli lider Heydər Əliyev Atatürkə,
Türkiyəyə və türk dünyasına ehtiramı-
nın əlaməti olaraq, 9 mart 2001-ci il tarixli
Sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-
mənəvi, mədəni bağlılığımızın inkişafı üçün
mühüm əhəmiyyət daşıyan Atatürk irsinin,
ümumiyyətlə, türk tarixi və mədəniyyətinin
daha dərindən öyrənilməsi və təbliğ olun-
ması məqsədi ilə bir təsisat - Azərbaycanda
Atatürk Mərkəzini yaratmışdır. Bakıda Ata-
türkün adını daşıyan prospekt və park salın-
mış, abidəsi ucaldılmışdır. Atatürk adına lisey
fəaliyyət göstərir.
135
illiyi
Siyasət.Hüquq.Hərbi iş
19
APREL
142
85
illiyi
İnqilab Kərimov
1931-2011
APREL
4
Mədəniyyət.Maarif.Təhsil
Ə d ə b i y y a t
Azərbaycan peşəkar
teatrının tarixi və inkişaf
mərhələləri /İ.Kərimov;
elmi red. M.Seyidov.- Bakı:
Maarif, 2002.- 576 s.
Heydər Əliyev: sənət,
sənətkarlar və sənətkarlıq
haqqında /İ.Kərimov.- Bakı:
ULU İKF, 2005.- 228 s.
Şuşa-Ağdam teatrı
/İ.Kərimov.- Bakı: Elm,
2001.- 140 s.
Teatr: taleyin ömrümə
yazdığı qismət /İ.Kərimov.-
Bakı: Elm, 2009.- 465 s.
Əliyeva, K. İnqilab
Kərimovun xatirəsinə ehti-
ramla /K.Əliyeva //Kaspi.-
2012.- 28-30 iyul.- S.23.
İnqilab Kərimov
//Ədəbiyyat qəzeti.- 2011.-
29 iyul.- S.6.
Nərimanoğlu, M. Ömrün
və sənətin zirvəsində:
mədəniyyət xadimləri
//Azərbaycan.- 2011.- 8
aprel.- S. 10.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Teatrşünas
İnqilab Saleh oğlu Kərimov 1931-
ci il aprel ayının 4-də Göyçay rayo-
nunda anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra 1948-1953-cü
illərdə Azərbaycan Dövlət Teatr İns-
titutunun teatrşünaslıq fakültəsində
təhsil almışdır. 1957-ci il noyabr ayı-
nın 25-dən taleyini Azərbaycan Milli
Elmlər Akademiyasının Memarlıq
və İncəsənət İnstitutu ilə bağlamış,
1966-1985-ci illərdə kiçik elmi işçi,
sonra baş elmi işçi kimi çalışmışdır.
Alim-tədqiqatçı İnqilab Kərimov
1968-ci ildən Azərbaycan Dövlət
İncəsənət İnstitutunda teatr tarixi,
teatr tənqidi və dram nəzəriyyəsi
fənlərini tədris etmiş, universite-
tin professoru olmuşdur. 1963-cü
ildə “Sovet Azərbaycanının gənclər
teatrı” adlı namizədlik dissertasi-
yasını, 1988-ci ildə “Azərbaycan
teatrının yaranması, təşəkkülü və in-
kişafı problemləri (XIX əsrin sonu,
XX əsrin əvvəlləri)” adlı doktorluq
dissertasiyasını Moskvada müdafiə
edərək sənətşünaslıq doktoru alimlik
dərəcəsi almışdır.
Görkəmli
alim,
yorulmaz
tədqiqatçı 200-ə yaxın elmi əsərin,
o cümlədən 25 monoqrafiya və kita-
bın müəllifidir. Elmi əsərlərindən bir
neçəsi rus dilində çap olunmuşdur.
“Abdulla Şaiq və teatr”, “Ağadadaş
Qurbanov”, “Azərbaycan və gürcü
səhnə ustalarının dostluğu”, “Xalq
istedadları”, “Sovet Azərbaycanının
gənclər teatrı”, “Azərbaycan Dövlət
Dram Teatrı”, “Əbdürrəhim bəy
Haqverdiyev və teatr”, “Cəfər Cab-
barlı adına Kirovabad Dövlət Dram
Teatrı”, “Gənclik və gözəllik te-
atrı”, “Sənət yolu, dostluq yolu”,
“Nəriman Nərimanov və teatr”,
“Azərbaycan teatrının təşəkkülü və
inkişafı”, “Türkiyə və Azərbaycan te-
atr əlaqələri”, “Şuşa-Ağdam teatrı”,
“Azərbaycan teatrı 125” adlı kitab-
ları çap edilmişdir. Alim mətbuatda
“İnqilab” imzası ilə çıxış etmişdir.
Milli teatrşünaslıq elmimizdə
mühüm yer tutan bu tədqiqat
əsərləri Azərbaycan teatr tarixinin
öyrənilməsində böyük əhəmiyyət kəsb
edir. Teatrşünaslıq elminin yüksək
obyektivlik və elmi dəqiqliklə seçilən
sözügedən tədqiqat əsərlərində və
monoqrafiyalarda milli teatr tarixinin
böyük bir mərhələsinin əhəmiyyətli
hadisələri əhatə olunmuşdur. Milli
teatr tariximizin tədqiqinə həsr olun-
muş bu əsərlər çox böyük elmi dəyərə
malik olmaqla yanaşı, geniş təcrübi
və nəzəri əhəmiyyət daşıyır.
2001-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
İnqilab Kərimov 2011-ci il iyul
ayının 22-də vəfat etmişdir.
143
Coğrafiya.Geologiya
105
illiyi
Əli Əşrəf Əlizadə
1911-1985
APREL
Əli Əşrəf (Ələşrəf) Əbdülhüseyn oğlu
Əlizadə 1911-ci il aprel ayının 24-də Şa-
maxıda anadan olmuşdur. 1930-1935-ci
illərdə M.Əzizbəyov adına Azərbaycan
Neft İnstitutunda (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti)
geoloji-kəşfiyyat fakültəsində təhsil al-
mışdır. 1942-ci ildə Azərbaycan KP MK
katibi, 1944-cü ildə Azərbaycan KP MK-
nın ikinci katibi seçilmişdir. 1938-1946 və
1954-1959-cu illərdə M.Əzizbəyov adı-
na Azərbaycan Sənaye İnstitutunda dərs
demişdir. Akademiyanın yaradıcıların-
dan biri olmuş, 1945-ci ildə Azərbaycan
SSR Elmlər Akademiyasının həqiqi üzvü
seçilmişdir. 1946-1948-ci illərdə “Az-
neft” və “Azneftkəşfiyyat” birliklərinin
rəisi, 1949-1954-cü illərdə M.Qorki adı-
na Türkmənistan Dövlət Universitetində
kafedra müdiri və Türkmənistan SSR
EA faydalı qazıntılar bölməsinin müdiri
vəzifələrində çalışmışdır. 1977-1985-ci
illərdə Azərbaycan SSR EA İ.M.Qubkin
adına Geologiya İnstitutunda (indiki
AMEA Geologiya və Geofizika İnstitu-
tu) “Regional geologiya və tektonika”
şöbəsinin müdiri olmuşdur.
1938-1948-ci illərdə Azərbaycan
SSR EA Geologiya İnstitutunun Elmi
Şurasının üzvü olmuşdur. 1944-cü ildə
geologiya-mineralogiya elmləri doktoru
elmi dərəcəsi almaq üçün “Azərbaycanın
maykop lay dəstəsi və onun neftliliyi”
mövzusunda dissertasiya müdafiə etmiş-
dir. 1945-ci ildə professor elmi rütbəsini
almışdır. 1946-cı ildə SSRİ Ali Sovetinin
2-ci çağırış deputatı seçilmişdir.
Azərbaycanın əsas neft rayonlarında
geoloji tədqiqat işləri aparmış, bir sıra
mühüm neft və qaz-kondensat (Siyəzən,
Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şaban-
dağ, Gürgan, Qaradağ, Qarabağlı, San-
qaçal, Duvannı, Qazanbulaq, Kürsəngi,
Muradxanlı və s.) yataqlarının aşkar
edilməsində bilavasitə iştirak etmişdir.
Mezozoy çöküntülərinin neftlilik prob-
lemi ilə məşğul olmuş, Türkmənistan
SSR-də apardığı tədqiqatlar nəticəsində
Pliosen çöküntülərinin stratiqrafik sxe-
mini tərtib etmiş, Akçaqılın faunasını
öyrənmişdir. Elmi kadrların hazırlanma-
sında böyük xidmətləri olmuşdur.
Akademik Ə.Əlizadə regional geo-
logiyanın, tektonikanın və neft geolo-
giyasının müxtəlif problemlərinə aid
Azərbaycan və rus dillərində 500-dən
artıq elmi əsərin müəllifidir. “Yer və
zəlzələlər”, “Türkmənistanın Akçaqılı”,
“Azərbaycanın Sarmatı”, “Azərbaycanın
paleogen yataqları” və s. əsərlərin
müəllifidir.
Alim 1976-cı ildə Ümumittifaq pa-
leontologiya cəmiyyətinin fəxri üzvü,
1973-cü ildə Qubkin adına mükafatın lau-
reatı olmuşdur. 1943-cü ildə yeni neft ya-
taqlarının kəşfinə və mənimsənilməsinə
görə, 1946-cı ildə isə kiçik həcmli-
elektroperforator cihazını işləyib ha-
zırladığına görə SSRİ Dövlət mükafa-
tına layiq görülmüşdür. İki dəfə “Lenin
ordeni” (1942, 1946), “Qırmızı Əmək
Bayrağı” ordeni (1966) və medallarla
təltif edilmişdir. 1971-ci ildə “SSRİ-nin
fəxri neftçisi” və “Türkmənistan SSR-in
Əməkdar elm və texnika xadimi” fəxri
adlarına layiq görülmüşdür.
Akademik Əli Əşrəf Əlizadə 1985-ci
il mart ayının 23-də Bakıda vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Ümumi geologiya: ali
texniki məktəblər üçün
dərslik /Ə.Əlizadə,
M.Babayev; elmi red.
A.Vəzirzadə.-Bakı: Maa-
rif, 1973.- 371 s.
Səmədli, Ə. Roma-
na bənzər həyat:
bədii sənədli povest
/Ə.Səmədli.- Bakı:
Azərnəşr, 2001.- 168 s.
Ələşrəf Əbdülhüseyn
oğlu Əlizadə: biblioqra-
fiya /AMEA Geologiya
İn-tu; red. A.Əli-zadə.-
Bakı: “Nafta-press”,
2011.
Əlizadə Əliəşrəf
Əbdülhüseyn oğlu
//Azərbaycanın geoloq
və geofizik alimləri /tərt.
S.B.Axundova.- Bakı,
2004.- S.124-126.
Məmmədli, İ. Görkəmli
akademikin yubileyinə
həsr olunmuş elmi
konfrans keçirildi
/İ.Məmmədli //İki sahil.-
2011.- 3 may.- S. 13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
dspace.khazar.org
www.science.gov.az
24
Akademik
144
Coğrafiya.Geologiya
105
illiyi
Baba Babazadə
1911-1962
APREL
Baba Qurbanqulu oğlu Babazadə
1911-ci il aprel ayının 25-də Bakının
Ramana qəsəbəsində anadan olmuş-
dur. 1929-cu ildə N.Nərimanov adına
Sənaye Texnikumunu, 1934-cü ildə isə
Azərbaycan Sənaye İnstitutunu (hazırki
Azərbaycan Dövlət Neft və Sənaye Uni-
versiteti) bitirmişdir.
B.Babazadə ölkəmizin neft tarixində
müstəsna rol oynamış alimlərimizdəndir.
Buzovna-Maştağa, Zirə, Kürsan, Qa-
radağ, Neft Daşlarının şimal-şərq qa-
nadında və digər ərazilərdə zəngin neft
yataqlarının kəşfi onun adı ilə bağlıdır.
O, dənizdə və quruda neft hasil edən
yeni bazaların yaradılmasında da fəal
iştirak etmişdir ki, bu da Azərbaycanda
qaz sənayesinin təməlinin qoyulmasına
əsaslı təkan vermişdir.
Neft və qaz yataqlarının axtarışı,
kəşfiyyatı işlərində yeni metodların ya-
radıcılarındandır. Onun elmi əsərlərində
müxtəlif torpaq süxurlarında neft və qaz
yataqlarının yerləşməsinin qanunauy-
ğunluqları barədə geniş bilgilər toplan-
mışdır. Məhz bu tədqiqatlar bütün So-
vet İttifaqının neft rayonlarında düzgün
geoloji kəşfiyyat işlərinin aparılması
istiqamətində nəzəri baza rolunu oyna-
mışdır.
İkinci Dünya müharibəsi illərində
SSRİ-nin tank və təyyarələrinin 90 fa-
izi Bakı yanacağı ilə işləyirdi. 1942-ci
ilin qışında geoloq “Buzovna-Maştağa”
yatağının açılmasına nail olmuşdur ki,
bu kəşfinə görə ona 1944-cü ildə SSRİ
və Azərbaycan neftçiləri arasında ilk
dəfə olaraq Sosialist Əməyi Qəhrəmanı
adı verilmişdir. 1953-1962-ci illərdə
Azərneft Birliyinin baş geoloqu işləmiş,
onu “Allahdan geoloq vergisi verilmiş
adam” adlandırmışdılar.
Görkəmli alim pedaqoji fəaliyyətlə də
məşğul olmuş, Azərbaycan Dövlət Neft
Akademiyasında dərs demiş, 20-dən çox
elmlər namizədi hazırlamış, gələcək ge-
oloqlara öz peşələrinə məhəbbət aşıla-
yaraq zəngin təcrübəsini onlarla bölüş-
müşdür. Neft və qaz yataqlarının geoloji
tədqiqat probleminə həsr edilmiş 80-dən
artıq elmi əsərin müəllifidir.
Azərbaycan SSR Ali Sovetinin 3 və
5-ci çağırışında deputat seçilmişdir.
1959-cu ildə Azərbaycan SSR Elmlər
Akademiyasının müxbir üzvü, 1962-ci
ildə geologiya-mineralogiya elmləri dok-
toru elmi adını almış, 1947-ci ildə SSRİ
Dövlət mükafatı laureatı olmuş, “Qaf-
qazın müdafiəsinə görə”, “1941-1945-
ci illərdə Böyük Vətən müharibəsində
rəşadətli əməyə görə” medalları, Lenin
ordeni, 3 “Qırmızı Əmək Bayrağı” or-
deni ilə təltif olunmuşdur.
Görkəmli
geoloq-neftçi
Baba
Babazadə 1962-ci il avqust ayının 18-
də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda
dəfn edilmişdir.
Yaşadığı binanın qarşısına barelye-
fi vurulmuş, Xəzər dənizində geoloji
struktura alimin adı verilmişdir.
Dostları ilə paylaş: |