9
Milli ədəbiyyat
60
illiyi
Baba Vəziroğlu
1954
YANV
AR
Baba Vəzir oğlu Məsimov (Baba
Vəziroğlu) 1954-cü il yanvar ayının
10-da İsmayıllı rayonunun Mollaisaqlı
kəndində anadan olmuşdur. Həmin ra-
yonun Hacatamlı kənd orta məktəbini
bitirdikdən sonra “Pravda” kolxozun-
da işləmiş, 1971-1972-ci illərdə oradan
ADU-nun hazırlıq fakültəsinə göndə-
rilmişdir.
1972-1977-ci illərdə ADU-nun
jurnalistika fakültəsində təhsil almış-
dır. Azərbaycan LKGİ MK RTİD
qərargahında ədəbi işçi, 1979-cu ildə
Azərbaycan Yazıçılar İttifaqında bədii
ədəbiyyatı təbliğ bürosunda təlimatçı,
1979-1991-ci illərdə məsləhətçi işlə-
mişdir. “Molla Nəsrəddin” jurnalının
baş redaktoru olmuşdur.
İ.Karacalenin “İtirilmiş məktub”
dram əsərini Azərbaycan dilinə müvəf-
fəqiyyətlə tərcümə etdiyinə görə SSRİ
Mədəniyyət Nazirliyi və Ümumrusiya
Teatr Cəmiyyətinin diplomuna layiq
görülmüşdür (1983). Azərbaycan Ya-
zıçılar İttifaqında gənc nasirlər birli-
yinin rəhbəri olmuşdur. 1985-ci ildə
M.Qorki adına Ədəbiyyat İnstitutunun
nəsr şöbəsini qiyabi bitirmişdir. Sovet
nümayəndə heyətinin tərkibində Bol-
qarıstanda tərcüməçilərin beynəlxalq
müşavirəsində iştirak etmiş (1982),
ADR Yazıçılar İttifaqının dəvəti ilə
ADR-də yaradıcılıq ezamiyyətində
olmuşdur (1984). Gənc yazıçıların
Moskvada keçirilən VIII Ümumitti-
faq müşavirəsində nümayəndə kimi
iştirak etmişdir (1984). 1991-ci ildə
Azərbaycan Yazıçılar Birliyi İdarə
Heyətinin üzvü seçilmişdir.
Ədəbi fəaliyyətə 1976-cı ildə “Ul-
duz” jurnalında çap etdirdiyi “Bir yaz
axşamı”, “Mağazinçi
Dadaş” hekayələri
ilə başlamışdır. Klassik rus şairlərindən
tərcümələr etmişdir. Əsərləri xarici
ölkə xalqlarının dillərinə tərcümə olun-
muşdur. Uzun illər teleşirkətdə aparıcı,
1991-1992-ci illərdə Ədəbi proqram-
lar studiyasının müdiri, 1993-1994-cü
illərdə “Yurd” jurnalının məsul katibi,
“İstedad” jurnalının baş redaktorunun
müavini vəzifələrində işləmişdir. 1997-
1998-ci illərdə “Mir” Dövlətlərarası
Teleradio Şirkətində redaktor, 1998-
2002-ci illərdə Azərbaycan Kinematoq-
rafçılar İttifaqının baş redaktoru, 2002-
ci ildən idarə heyətinin katibidir.
Mindən artıq şeirinə mahnı bəstə-
lənmişdir. “Həsən Seyidbəyli”, “Yeri
boş qalan adam” (Rəşid Behbudov),
“Sənsiz və ya ömrün son axşamı”
(Həsən Turabov), “Haradan başlanır
vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş
nəğməlik ömür” (Oqtay Kazımov) və
s. sənədli filmlərin ssenari müəllifidir.
“Humay” mükafatı laureatıdır (2000).
2005-ci il avqust ayının 1-də “Respub-
likanın Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüşdür.
Dostları ilə paylaş: