Çingiz Abdullayеv
1959
APREL
Çingiz Akif oğlu Abdullayev 1959-cu
il aprel ayının 7-də Bakı şəhərində ziyalı
ailəsində anadan olmuşdur. İlk təhsilini
Bakıda 189 saylı şəhər məktəbində almış,
1976-cı ildə Azərbaycan Dövlət Univer-
sitetinin (indiki BDU) hüquq fakültəsinə
daxil olmuşdur. Əmək fəaliyyətinə
1981-ci ildən Bakı İstehsalat Birliyində
əvvəlcə hüquq məsləhətçisi, sonra isə
böyük hüquq məsləhətçisi və şöbə rəisi
kimi başlamışdır.
1989-cu ilin fevralından Azərbaycan
Yazıçılar İttifaqının katibi olmuşdur.
1988-ci ildə hüquq elmləri namizədi
alimlik dərəcəsi almışdır. 1989-cu ildən
Krakov (Polşa) Universitetinin fəxri pro-
fessorudur. 1990-cı ildən H.Z.Tağıyev
adına Xeyriyyə Cəmiyyətinin sədri və
Azərbaycan PEN-klubunun vitse- prezi-
dentidir. 1991-ci ildən Azərbaycan Yazı-
çılar Birliyinin katibidir. Bundan başqa,
Beynəlxalq Yazıçılar İttifaqının üzvü,
eyni zamanda Beynəlxalq Ədəbiyyat
Fondunun həmsədridir. Azərbaycan De-
mokratik Ziyalılar İttifaqı nəzdində olan
Milli Akademiyanın fəxri doktorudur.
1991-ci ildə hüquq elmləri doktoru elmi
dərəcəsini almışdır.
Çingiz Abdullayev ədəbi fəaliyyətə
tələbəlik dövründən başlamışdır. 1983-
cü ildən dövri mətbuatda oçerk, məqalə
və detektiv janrında yazdığı hekayələrlə
müntəzəm çıxış edir. Çingiz Abdulla-
yevin əsərləri 18 xarici ölkədə 11 dilə
tərcümə edilib çap olunur. Almaniyada,
İrlandiyada, Fransada, Rusiyada kütləvi
tirajla buraxılmış, 20 milyon nüsxədə
olan 600-dən çox kitabı dünyada ya-
yılmışdır. Bütün bu kitablar onu siyasi
detektiv janrında yazan ən görkəmli mü-
asir yazıçı kimi tanıtmışdır. Fəxrlə deyə
bilərik ki, həmyerlimiz, Xalq yazıçısı
Çingiz Abdullayev cənub-şərqi Asiya-
dan tutmuş Latın Amerikasınadək geniş
bir ərazini əhatə edən “Mavi mələklər”
romanını yazmaqla dünya detektiv
ədəbiyyatında yeni “qlobal siyasi de-
tektiv” janrının əsasını qoymuş və bü-
tün dünyada bu janrın ustası kimi şöhrət
qazanmışdır. Onun “Mavi mələklər”,
“İnsan ovu”, “Qanın üç rəngi”, “Əfsanə
hüququ” və s. romanları çağdaş siyasi
detektiv janrının zirvələridir. Yazıçının
qələminin məhsulu olan “Cəhənnəmdən
keçid”, “Geri dönməmək”, “Öz dünyanı
yarat”, “Unudulmuş yuxu”, “Döyüş-
çünün yolu”, “Məhkumların cənnəti”,
“Eramızın əvvəlindəki sui-qəsd” və
s. kimi tarixi detektivlər və başqa
rəngarəng üslublu detektiv romanlar
göstərir ki, Ç.Abdullayev bu janrın bü-
tün növlərində gözəl əsərlər yaratmağın
mahir ustasıdır.
Xidmətlərinə görə Qırmızı Bayraq
ordeni və medallarla təltif olunmuş-
dur. Dövlət başçısı cənab İlham Əliyev
2005-ci ildə Çingiz Abdullayevə “Xalq
yazıçısı” fəxri adı vermiş, 2009-cu il
aprel ayının 7-də Azərbaycanın ədəbi
həyatında fəal iştirakına görə “Şöhrət”
ordeni ilə təltif etmişdir.
Dostları ilə paylaş: |