Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə173/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   169   170   171   172   173   174   175   176   ...   507
İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.milliqahraman.az

Tofiq  Mirsiyab  oğlu  Hüseynov 

1954-cü  il  aprel  ayının  19-da  Xocalı 

şəhərində doğulmuşdur. 1961-1971-ci 

illərdə  orta  məktəbdə  təhsil  almışdır. 

Ağdam  şəhərindəki  Kənd  Təsərrüfatı 

Texnikumunda  mexanizasiya  fakül-

təsini  bitirdikdən  sonra  1974-cü  ildə 

Sovet  ordu  sıralarına  çağırılmış,  Qa-

zaxıstan  Respublikasının  Alma-Atı 

şəhərində  hərbi  xidmət  keçmişdir. 

1976-cı ildə ordudan tərxis olunmuş-

dur. Xocalı şəhər orta məktəbində hərbi 

hazırlıq müəllimi işləmiş, 1991-ci ildə 

Xocalıda yaradılmış özünümüdafiə ta-

borunun yaradıcılarından olmuş, daha 

sonra komandir təyin edilmişdir. Onu 

Xocalıda  “Mixaylo”  adlandırırdılar. 

Ermənilər Naraguğ kəndindən Xocalı-

nı tez-tez top atəşinə tuturdular. Tofiq 

bu ərazini müəyyənləşdirib ermənilərin 

qurğularını məhv etmişdi. Daha sonra 

Mehdikənd kəndində yerləşən erməni 

quldurlarının  artilleriyası  olan  “Ala-

zan” qurğusu partladılmış, ferma dar-

madağın  edilmişdi.  Tofiq  burada  on 

erməni  yaraqlısını  əsir  götürmüşdü. 

El oğlunun adı cəbhə boyu dolaşmış-

dı. Bu əməliyyatdan sonra ona mayor 

rütbəsi verilmişdir. 

T.Hüseynovun  sonuncu  döyüşü 

Xocalıda  fevral  ayının  26-da  olmuş, 

əsrin ən böyük soyqırımlarından olan 

Xocalı  soyqırımı  törədilən  zaman  o, 

neçə-neçə dinc sakini təhlükəsiz yerə 

çıxara bilmişdi. Son nəfəsinə, sonuncu 

gülləsinə  qədər  vuruşan  Tofiq  onlar-

la erməni quldurunu məhv etmiş, son 

anda  sonuncu  qumbarasını  sinəsinə 

sıxaraq  özü  ilə  bərabər  yaxınlığında 

olan  erməni  faşistlərini  də  partlatmış 

və qəhrəmancasına həlak olmuşdu.

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyul 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin