136
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Abdullayev Şövqiyar Cəmil oğlu-starşina - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral
1993-cü il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.- (Ölümündən sonra).
Abdullayev Şövqiyar Cəmil oğlu (1969-1992) [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /tərtib edəni H.Həmidova.- Bakı,
2008.- S.21-22.
Əsgərov V. Abdullayev Şövqiyar Cəmil oğlu [Mətn] /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.12.
Şövqiyar Cəmil oğlu Abdullayev
1969-cu il aprel ayının 13-də Göyçə
mahalının Basarkeçər rayonunun
Nərimanlı kəndində anadan olmuş-
dur. 1986-cı ildə Nərimanlı kənd orta
məktəbini əla qiymətlərlə bitirmiş,
Azərbaycan Dövlət Politexnik İnstitu-
tuna (indiki Azərbaycan Dövlət Texni-
ki Universiteti) qəbul olunmuşdur.
Şövqiyar 1989-cu ildə Monqo-
lustanda hərbi xidmətini tank qoşun-
ları tərkibində başa vuraraq Bakıya
qayıtmışdır. 1992-ci il mart ayının
3-də ali təhsilini yarımçıq qoyub kö-
nüllü surətdə ordu sıralarına daxil
olmuşdu. Ağdamda təşkil edilmiş
tank briqadasında ekipaj komandiri
təyin edilmişdir. O, Papravənd, Pir-
camal, Aranzəmin və digər kəndlər
uğrunda gedən döyüşlərdə fəal işti-
rak etmişdir. 1992-ci il avqust ayının
23-də Ağdamda Drambon kəndinin
müdafiəsinə kömək üçün göndərilmiş,
qısa müddətdə Drambon kəndi erməni-
rus birləşmələrinin müqavimətindən
azad edilmiş, çox sayda piyada
döyüşçülərimiz mühasirə halqasından
çıxmışdır.
Həmin döyüşdə Ş.Abdullayevin
tankı vurulmuş və igid döyüşçü hər
iki ayağından qəlpə yaraları almış-
dı. O, Ağdamdakı hərbi hospitala
çatdırılmış, həkimlər ona ayaqlarına
dolmuş qəlpələri təmizləmək üçün
Bakıya getməyi məsləhət görmüş,
müvəqqəti sarıq qoymuşlar. Şövqi-
yar isə xəstəxanadan qaçaraq döyüş
bölgəsinə gəlmiş, öz komandiri oldu-
ğu tanka qalxaraq son nəfəsinə qədər
Vətən, yurd, torpaq uğrunda döyüş-
müş, canını doğma torpağa qurban
vermişdir.
1992-ci il avqust ayının 27-də
Drambon döyüşündə qəhrəmancasına
həlak olan Abdullayev Şövqiyar Cəmil
oğlu avqust ayının 29-da müqəddəs
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Onun təltif olunduğu Azərbaycanın
Milli Qəhrəmanının Qızıl ulduzunu
ulu öndər Heydər Əliyev qəhrəmanın
valideynlərinə təqdim etmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 fevral 1993-cü il tarixli 457
saylı Fərmanı ilə Abdullayev Şöv-
qiyar Cəmil oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Dostları ilə paylaş: