134
APREL
13
Teatr.Kino
95
illiyi
Əjdər İbrahimоv
1919-1993
APREL
Əjdər Mütəllim oğlu İbrahimov
1919-cu il aprel ayının 29-da Aşqabad-
da anadan olmuşdur.
1940-cı ildə Aşqabad Teatr Məktə-
bini, 1952-ci ildə Moskvada Ümumitti-
faq Dövlət Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsini bitirmişdir.
İkinci Dünya Müharibəsinin iştirakçısı
olmuşdur.
1952-ci ildə gənc rejissor yenidən
Aşqabada - “Türkmənfilm”ə qayıtmış,
“Füruzə”, “Xəzərin şərqində” sənədli
filmlərə quruluş vermişdir.
1954-cü ildə o, Bakıya gəlmiş,
elə həmin il Lətif Səfərovun quruluş
verdiyi “Mahnı belə yaranır” və To-
fiq Tağızadənin 1955-ci ildə çəkdiyi
“Görüş” filmlərində ikinci rejissor
işləmişdir.
Bakı Kinostudiyasında quruluşçu
rejissor kimi ilk müstəqil işini 1957-ci
ildə reallaşdıra bilmişdir. “Mosfilm”lə
bu studiyanın birgə ekranlaşdırdığı
“Bir məhəlləli iki oğlan” filminə quru-
luş vermək Əjdər İbrahimovla İ.Turinə
həvalə olunmuşdu. Nazim Hikmətlə
Anna Begiçevanın birgə yazdığı ssenari
əsasında çəkilmiş bu ekran əsərində Şərq
ölkələrindən birində sülh və istiqlaliyyət
uğrunda aparılan mübarizədən bəhs edi-
lir.
1958-ci ildə isə Əjdər İbrahimov
sərbəst şəkildə öz böyük filmini -
“Onun böyük ürəyi”ni yaratmışdır.
Bu filmin ssenarisini yazıçı İmran Qa-
sımov qələmə almış, rejissor özü də
Rəsulov rolunda çəkilmişdir. Daha son-
ra Əjdər İbrahimovun bədii rəhbərliyi
ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız
günündə”, Nəriman Nərimanovun həyat
və fəaliyyətini əks etdirən “Ulduzlar
sönmür” tarixi kino əsəri yaranmışdır.
Ə.İbrahimov sonralar “Mosfilm”də
rejissor kimi öz fəaliyyətini davam et-
dirmişdir. Onun “Ürək əhvalatları”,
“Məhəbbətim mənim, kədərim mənim”
(“Azərbaycanfilm”lə birgə) filmləri re-
jissorun şöhrətini daha da artırmışdır.
O, bir neçə kitabın da müəllifidir.
“Vyetnamda gördüklərim” (1964),
“Günəş ağlayır”, (1971) “Döyüşən
Vyetnamın kino sənəti” (1968), “Tai
qəbiləsindən olan qız” (1970) kitabla-
rı oxucuların dərin marağına səbəb ol-
muşdur.
Onun əməyi yüksək qiymətləndi-
rilmiş, “SSRİ Xalq Artisti”, 1959-cu
ildə “Türkmənistan Əməkdar İncəsənət
xadimi”, 1966-cı ildə “Azərbaycan
SSR-in Xalq artisti”, 1971-ci ildə
“Azərbaycanın Əməkdar incəsənət xa-
dimi” fəxri adlarına layiq görülmüşdür.
SSRİ-nin Qırmızı Əmək Bayra-
ğı, Xalqlar Dostluğu və “Şərəf nişanı”
ordenləri, eləcə də Vyetnam Demok-
ratik Respublikasının Əmək ordeni ilə
təltif edilmişdir.
Görkəmli kinorejissor, Azərbaycanın
Xalq artisti Əjdər İbrahimov 1993-cü il
sentyabr ayının 20-də vəfat etmiş, Bakı-
da Fəxri Xiyabanda dəfn olunmuşdur.
2005-ci ildə “Yaddaş” Sənədli
Filmlər Studiyasında rejissor haqqın-
da “Narahat adam” adlı sənədli film
çəkilmişdir.
Dostları ilə paylaş: