Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə164/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   160   161   162   163   164   165   166   167   ...   507
İ n t e r n e t d ə

www.anl.az

16

Bəstəkar


131

Musiqi.Opera.Balet

130 

illiyi

Zülfüqar Hacıbəyli

1884-1950

APREL

Zülfüqar 

Əbdülhüseyn 

oğlu 


Hacıbəyli  1884-cü  il  aprel  ayının 

17-də  Şuşa  şəhərində  anadan  olmuş-

dur.  İbtidai  təhsilini  doğma  şəhəri 

Şuşada  almışdır.  Azərbaycanda  mu-

siqi  teatrının  təşkilində  fəal  iştirak 

etmiş,  Azərbaycan  Musiqili  Kome-

diya  Teatrının  banilərindən  biri,  mu-

siqi  teatrımızın  tərəqqisində  böyük 

xidmətləri  olmuş  Zülfüqar  Hacıbəyli 

ilk  Azərbaycan  operettası  -  “50  ya-

şında  cavan”ın  (1910)  müəllifidir. 

Bu  Azərbaycan  səhnəsində  məzhəkə 

janrının  ilk  nümunəsi  sayılır.  Mətni 

də, musiqisi də Zülfüqar Hacıbəyliyə 

məxsusdur. Əsərin ilk tamaşası 1911-

ci  il  aprel  ayında  Tiflisdə  Gürcü 

Zadəganları Teatrında olmuşdur. Son-

ralar  Naxçıvanda,  İrəvanda,  Bakıda, 

Şuşada göstərilmişdir.

Zülfüqar  Hacıbəylinin  “On  bir 

yaşlı  arvad”  (1911),  “Evliykən  su-

bay”  (1911)  musiqili  komediyaları, 

“Aşıq  Qərib”  (1915)  operası  ona  bö-

yük  şöhrət  gətirmişdir.  Azərbaycan 

bəstəkarlarının yaradıcılığına yeni bir 

cərəyan gətirən, ilk Azərbaycan opera-

sından 7 il sonra yazılmış “Aşıq Qərib” 

operasında xalq rəvayətinin obrazları-

na  musiqi  təcəssümünü  ilk  dəfə  Zül-

füqar Hacıbəyli vermişdir. O, 1932-ci 

ildə “Kölə qadınların rəqsi” adlı sim-

fonik pyes bəstələmiş, Niyazi ilə birgə 

ilk səsli Azərbaycan bədii filmlərindən 

olan “Almaz” (film, 1936) filminə mu-

siqi yazmışdır.

Zülfüqar  Hacıbəyli  yaradıcılığının 

əhəmiyyəti həm də qədim Azərbaycan 

musiqi 


ənənələrinin 

yenilənmə, 

zənginləşmə  və  inkişafı  prosesini 

sürətləndirməsində  olmuşdu.  Onun 

fortepiano  ilə  simfonik  orkestr  üçün 

yazdığı “Azərbaycan qadınının rəqsi”, 

bəstəkar Zakir Bağırovla birgə işlədiyi 

“Kantata” uzun illər ictimai zövq me-

yarı kimi səsləndirilmişdir.

Musiqi sənətinin bir çox janrlarına 

müraciət etməsi bu sahədə yeni janr-

ların yaranmasına rəvac vermişdir. O, 

XX əsrin 20-ci, 30-cu illərinin məşhur 

mahnıları  olan  “Kənd  qızı”,  “Ço-

ban  qız”,  “Əsgər  nəğməsi”  kimi  ilk 

bəstəkar mahnılarının da müəllifidir.

Zülfüqar  Hacıbəylinin  son  əsəri 

1950-ci  ildə  Zakir  Bağırovla  birlikdə 

yazdığı kantata olmuşdur.

Bəstəkarın  şəxsi  arxivində  “Onda 

elə, indi belə”, “Yarış”, “Evlənirəm”, 

“Mən ağlaram, o gülər” və s. adlı ope-

rettalarının librettoları, “Üç aşiq və ya 

Məlikməmməd”  adlı  fantastik  süjetə 

malik  bir  opera  və  musiqi  eskizləri 

saxlanılır.

Bəstəkarın  arxivində  onun  Niza-

minin  “İsgəndərnamə”  poemasının 

motivləri  əsasında  Abdulla  Şaiqin 

librettosuna,  “Nüşabə”  operasına  aid 

çoxlu materiallar qalmışdır. Külli miq-

darda  musiqi  materialları,  yarımçıq 

qalmış işlər göstərir ki, bəstəkar öm-

rünün sonlarında belə maraqlı və ge-

niş yaradıcılıq planları ilə yaşamışdır. 

Görkəmli bəstəkar Z.Hacıbəyli 1943-

cü  ildə  “Əməkdar  incəsənət  xadimi” 

fəxri  adı,  1946-cı  ildə  “Şərəf”  nişanı 

ordeni ilə təltif edilmişdir.

Musiqi 


mədəniyyətimizin 

çiçəklənməsində, 

yeni 

əsərlərlə 



zənginləşməsində  böyük  xidmətləri 

olan  bəstəkar  Zülfüqar  Hacıbəyli 

1950-ci il sentyabr ayının 30-da vəfat 

etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin