Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə161/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   157   158   159   160   161   162   163   164   ...   507
Ə d ə b i y y a t

Hüseynov, M. Asəf Zeynallı: 

musiqiyə həsr olunmuş ömür 

[Mətn] /M.Hüseynov.- Bakı: 

Nur, 2011.- 133 s.

Məhərrəmova, T. Yarımçıq 

ömrün simfoniyası [Mətn] 

/T.Məhərrəmova //Kaspi.-

2010.- 3-5 aprel.- S.15.

Tahirli, A. Asəf Zeynallı 

[Mətn] /A.Tahirli //Qobus-

tan.- №2.- 2010.- S.72-76.

Zümrüd. Professional 

təhsil almış ilk Azərbaycan 

bəstəkarı [Mətn] /Zümrüd    

//Səs.- 2012.- 6 aprel.- S.12.

Исполнилось 103 года со 

дня рождения автора 

первых азербайджанских 

романсов [Текст]                

//Ежедневные новости.-

2012.- 6 апреля.- С.10.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.musigi-dunya.az

5

Bəstəkar

APREL

Musiqi.Opera.Balet

APREL

13


129

APREL

13

125 

illiyi

Sеyid Şuşinski

1889-1965

APREL

Mir Möhsün ağa Seyid İbrahim oğlu 

Şuşinski (Sеyid Şuşinski) 1889-cu ildə 

aprel ayının 12-də Şuşa qəzasının Ho-

radiz  kəndində  (indiki  Füzuli  rayo-

nu) anadan olmuşdur. Gənc Seyid ilk 

təhsilini Horadiz mədrəsəsində almış, 

oranı bitirdikdən sonra dərzilik sənəti 

ilə məşğul olmuşdur. Lakin buna bax-

mayaraq,  hərdən  dini  mərasimlərdə 

və  xalq  şənliklərində  çıxış  etmiş-

dir.  Seyidin  peşəkar  bir  xanəndə 

kimi  yetişməsində  Azərbaycanda 

xanəndəlik sənətinin beşiyi olan Qara-

bağın və dahi xanəndə Cabbar Qaryağ-

dı oğlunun çox böyük təsiri olmuşdur. 

Böyük sənətkar şuşalılar qarşısında ilk 

dəfə  olaraq  1908-ci  ildə  çıxış  etmiş-

dir.

Seyid  Şuşinski  xüsusi  musiqi 



məktəbi bitirməmişdir. O, həm də iste-

dadlı bir səhnə ustası idi. 1916-1919-

cu  illərdə  Bakıda,  Şuşada,  Tiflisdə, 

Vladiqafqazda,  Batumda,  Mahaçqa-

lada  və  Dərbənddə  səhnəyə  qoyulan 

opera  tamaşalarında  müvəffəqiyyətlə 

çıxış  etmişdir.  Seyid  Şuşinski  1916-

cı  ilin  əvvəllərində  Bakıda  Cəlil 

Məmmədquluzadənin  “Ölülər”  pyesi 

tamaşasının  fasilələrində  oxumuş,  bu 

onun Bakı şəhərində ilk çıxışı olmuş, 

və ona böyük şöhrət qazandırmışdır.

Tiflis Azərbaycan teatrında Üzeyir 

Hacıbəylinin “Leyli və Məcnun” ope-

rasında  İbn  Salam,  “Arşın  mal  alan” 

operettasında  Əsgər,  “O  olmasın,  bu 

olsun”  operettasında  Sərvər  rolla-

rında  səhnəyə  çıxmış  və  tamaşaçılar 

tərəfindən  razılıqla  qarşılanmışdır. 

Hətta S.Şuşinski 1924-1926-cı illərdə 

Azərbaycan  Dövlət  Akademik  Dram 

Teatrının  artisti  olmuşdur.  O,  teatr 

tamaşalarında  bir  çox  rollarda  çıxış 

etməklə,  səhnə  sənətinin  inkişafına 

böyük kömək göstərmişdir. 

1926-cı  ildə  Bakı  şəhərində  “Bö-

yük  Şərq  konserti”  təşkil  edilmişdir. 

Bu  konsertdə  Cabbar  Qaryağdı  oğlu, 

Bülbül, Əli Zülalov, Qurban Pirimov, 

Saşa Oqanezaşvili, Eloğlu İsmayıl ilə 

birlikdə  Seyid  Şuşinski  də  çıxış  et-

miş, “Mahur” və “Mani” muğamlarını 

böyük  məharətlə  ifa  etmişdir.  Böyük 

sənətkar həm də görkəmli pedaqoq idi. 

Azərbaycan xanəndələrinin böyük bir 

nəsli onun tələbəsi olmuşdur. 

Məşhur xanəndəyə Azərbaycan mu-

siqi mədəniyyətinin inkişafı tarixindəki 

xidmətlərinə  görə  “Azərbaycan  SSR 

Xalq artisti” fəxri adı verilmiş, “Şərəf 

Nişanı”  ordeni  və  bir  sıra  medallar-

la  təltif  edilmişdir.  Böyük  xanəndə 

“Azərbaycan SSR Əməkdar müəllimi” 

fəxri adına da layiq görülmüşdür.

Seyid  Şuşinski  ömrünün  son 

günlərinədək öz gözəl sənəti ilə xalqı-

na sədaqətlə xidmət etmiş, 1965-ci il 

noyabr ayının 1-də vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin