Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə159/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   155   156   157   158   159   160   161   162   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

2 cilddə /Q.İlkin; tərt.

ed. A.Musayev; ön söz. 

Ş.Salmanov.- Bakı: Avrasiya 

Press, 2006.- C.1.- 232 s.; 

C.2.- 408 s.

Köhnə Bakını tanıyırsanmı? 

[Mətn] /Q.İlkin; red. Anar 

İsabəyli.- Bakı: Şirvannəşr, 

2004.- 116 s.

Tovuz lələyi [Mətn]: 

hekayələr /Q.İlkin; red. 

A.İsabəyli.- Bakı: Şirvannəşr, 

2001.- 72 s.

Türk ordusu Bakıda [Mətn]: 

xatirələr /Q.İlkin; elmi 

red. H.Məmmədov; red. 

S.Nəzərli.- Bаkı: AzAtaM, 

2003.- 46 s.

Türk yazıçıları Bakıda 

[Mətn] /Q.İlkin; red. 

D.Osmanlı; Azərbaycanda 

Atatürk Mərkəzi.- Bakı: 

AzAtaM, 2007.- 40 s.

Qılman İlkin [Mətn]: nekro-

loq //Azərbaycan.- 2009.- 7 

noyabr.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.elibrary.az

28

Yazıçı

APREL

Milli ədəbiyyat


127

450 

illiyi

Vilyam Şеkspir

1564-1616

Vilyam  Şekspir  1564-cü  il  aprel 

ayının  26-da  İngiltərənin  Stratford 

şəhərində  anadan  olmuşdur.  Şekspir 

Stratford  “Qrammatika  məktəbində” 

(eng.  “Grammar  school”)  təhsil  al-

mışdır.  Ovidiy  və  Plavt  kimi  dövrü-

nün  şairlərinin  yaradıcılığı  ilə  tanış 

olmuşdur. 1585-ci ildə Londona köç-

müş, burada teatrda suflyor, aktyorlar 

üçün  rolların  üzünü  köçürən,  rejissor 

köməkçisi,  yazıçı  və  teatr  şirkətinin 

təsisçilərindən  biri  kimi  fəaliyyət 

göstərmişdir.  1595-ci  ildən  Şekspir 

“Lord  Çemberlenin  truppası”nın  pay 

sahiblərindən  biri  olmuş,  1899-cu 

ildən “Qlobus” teatrının, 1608-ci ildən 

isə Dominikan teatrının sahiblərindən 

birinə çevrilmişdir.

Şekspir  ali  təhsil  almasa  da  fran-

sız,  italyan,  latın  dilini,  İngiltərənin 

tarixini  yaxşı  bilmiş,  hüquq,  musiqi, 

botanika,  təbabət,  hərb  və  dəniz  işi-

ni  mənimsəmiş,  ingilis  dilinə  3200 

yeni  söz  bəxş  etmişdir.  Yunan-roma 

mifologiyasını,  ədəbiyyatı  və  tarixini 

öyrənmiş, təkcə tərcümədən deyil, ori-

jinaldan da istifadə etmişdir. 

Şekspir  bədii  yaradıcılığa  teatrda 

çalışarkən,  1590-cı  ildə  başlamışdır. 

Əsərlərinin  əksəriyyətini  1590-1612-

ci  illər  ərzində  yazmışdır.  O,  həm 

komediya,  həm  də  faciə  janrlarında 

eyni dərəcədə uğur əldə edə bilən na-

dir  dramaturqlardan  sayılır.  “Ham-

let”,  “Otello”,  “Romeo  və  Cülyetta”, 

“Maqbet”,  “Kral  Lir”  kimi  əsərləri 

dünya  ədəbiyyatının  nadir  inciləri  sı-

rasındadır.  

Dünya  ədəbiyyatının  ən  məşhur 

dramaturqlarından  biri  olan  Şekspir 

17 komediyanın, onlarla tarixi pyesin, 

11 faciənin və 154 sonetin müəllifi ol-

muşdur. 


Şekspirin  əsərləri  dünyanın  bir 

çox  dillərinə  tərcümə  olunmuş,  dram 

əsərləri dünyanın əksər teatrlarında ta-

maşaya qoyulmuşdur.

Azərbaycan teatrının inkişafında da 

Şekspir əsərlərinin tamaşaya qoyulma-

sı müstəsna rol oynamışdır. Görkəmli 

Azərbaycan  yazıçı  və  dramaturq-

ları  onun  faciə  və  komediyalarını 

Azərbaycan  türkcəsinə  çevirmişlər. 

Bunların  böyük  qismi  ruscadan,  az 

hissəsi  ingiliscədən  tərcümə  olun-

muşdur.  Azərbaycan  şairləri  Şekspi-

rin  sonetlərini  bir  neçə  dəfə  tərcümə 

etmişlər.

Ən görkəmli rejissorlar və aktyor-

lar  Şekspir  əsərlərinin  Azərbaycan 

səhnəsində  tamaşaya  qoyulmasında 

iştirak etməyi özlərinə şərəf bilmişlər. 

Şekspirin  aforizmə  çevrilmiş  fikirləri 

də olmuşdur: “Kitablarım mənə çata-

caq qədər böyük bir krallıqdır”, “Kitab 

mənim üçün, tacdan qiymətlidir”. 

Vilyam Şekspir 1612-ci ildə doğma 

şəhəri Stratforda qayıtmış və 1616-cı 

ildə vəfat etmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin