132
Teatr.Kino
120
illiyi
Rza Təhmasib
1894-1980
APREL
Rza Abbasqulu oğlu Təhmasib 1894-
cü il aprel ayının 20-də Naxçıvanda dün-
yaya gəlmişdir. 16 yaşında ikən Tbilisidə
“Müsəlman Artistləri İttifaqı”nın te-
atr truppasında fəaliyyətə başlayan
gənc Təhmasib 1920-ci ilədək Tbilisi,
İrəvan, Naxçıvan teatrlarında aktyorluq
və rejissorluq etmişdir. 1920-ci ildən
isə bu müqtədir sənətkarın yaradıcılığı
Azərbaycan Dövlət Dram Teatrı ilə bağ-
lı olmuşdur. 1922-1924-cü illərdə dram
teatrında bədii rəhbər, 1937-1938-ci və
1953-1959-cu illərdə isə direktor kimi
fəaliyyət göstərmişdir.
Aktyor kimi yaratdığı İsgəndər
(“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx
Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa
Məhəmməd Şah Qacar”), Süleyman
(“Həyat”), Koşkin (“Lyubov Yarovaya”),
Strijin (“Eskadranın Məhvi”), Karl Moor
(“Qaçaqlar”) kimi rollar klassik teatrımı-
zın ən layiqli sənət nümunələrindən ol-
muşdur. Rza Təhmasib Cəfər Cabbarlı-
nın əsərlərini səhnəyə qoymuş, müxtəlif
rolları ifa etmişdir. Aydın, Elxan, Balaş,
Hacı Əhməd, İmamyar, general-quber-
nator kimi Cabbarlı personajlarını xüsu-
si istedadla səhnədə canlandırmışdır.
C.Məmmədquluzadənin
“Ölülər”
əsəri onun rejissor kimi formalaşmasın-
da mühüm və əhəmiyyətli rol oynamış-
dır. “Şeyx Sənan” (1931), “Sevil” (1934),
“Özgə uşağı” (1936), “Madrid” (1938),
“Vəfa” (1943), “Hacı Qara” (1958) kimi
tamaşaları Rza Təhmasibin rejissorluq
məharətinin ən layiqli nümunələri idi.
O, 1937-ci ildə Ümumittifaq Kine-
matoqrafiya İnstitutunun rejissorluq
fakültəsini bitirmiş və elə həmin ildə
Bakı studiyasında “Ordenli Azərbaycan”
sənədli filmini çəkmişdir.
Rza Təhmasibin bədii kino sahəsində
ilk rejissorluq işi 1941-ci ildə çəkilişinə
başladığı və 1943-cü ildə tamamladığı
“Səbuhi” filmidir. Ancaq onun kinoda
rejissor kimi ən uğurlu işi “Arşın mal
alan” filmi olmuşdur. 1945-ci ildə kino-
rejissor Nikolay Leşşenko ilə birgə ya-
ratdığı bu film SSRİ Dövlət mükafatına
layiq görülmüşdür.
R.Təhmasib 1950-ci ildə A.Zarxi və
M.Xeyfitslə birlikdə “Bakının işıqları”,
1959-cu ildə Mikayıl Mikayılovla “Mah-
nı belə yaranır” filmlərinə quruluş ver-
mişdir. Kinoda ilk sərbəst rejissor işi isə
1959-cu ildə istehsal olunmuş “Onu ba-
ğışlamaq olarmı?” filmi olmuşdur. 1947-
ci ildə istehsal olunmuş “Fətəli xan”
filmində Ağası xan rolunu ifa etmişdir.
Kinomuzda onun ən layiqli aktyor işi isə
“Qanun naminə” filmində yaratdığı Qa-
loş obrazıdır. Bu obraz öz xarakterinə və
ifa üslubuna görə kino tariximizin nadir
qəhrəmanlarındandır.
Azərbaycanın teatr və kino sənətinin
inkişafındakı xidmətlərinə görə 1946-cı
ildə “Azərbaycanın Əməkdar incəsənət
xadimi” fəxri adı almış və SSRİ Dövlət
mükafatı laureatı olmuşdur. 1964-cü ildə
“Azərbaycanın Xalq artisti” fəxri adına
layiq görülmüş, “Şərəf nişanı” ordeni ilə
təltif edilmişdir.
Rza Təhmasib ömrünün son illərini
pedaqoji fəaliyyətlə məşğul olmuş,
Azərbaycanda yeni rejissor və akt-
yor nəslinin yetişməsində mühüm və
əhəmiyyətli rol oynamışdır.
Görkəmli aktyor və kinorejissor Rza
Təhmasib 1980-ci il fevral ayınn 14-də
vəfat etmişdir.
Dostları ilə paylaş: