148
Tarixdə bu gün
Beynəlxalq Kitab və Müəllif
Hüquqları Günü
1996
APREL
Müəllif hüquqları anlayışı ilk dəfə
Almaniyada aktuallaşmışdır. Əvvəllər
yalnız ədəbiyyat sahəsinə aid edilən bu
ifadə 1870-ci il iyun ayının 11-dən impe-
ratorun verdiyi qanunla mülkiyyətin bü-
tün formalarını özündə birləşdirmişdir.
Yaxın xaric hesab edilən Rusiyada
isə bu anlayış indinin özündə də daha
çox ədəbiyyat sahəsinə ehtiva edilir.
UNESCO-nun 1996-cı il tarixli qərarı ilə
hər il bütün dünyada 23 aprel Beynəlxalq
Kitab və Müəllif Hüquqları Günü kimi
qeyd edilir. UNESCO məhz bu günü
dünya şöhrətli dramaturqlar Uilyam
Şekspirin (1564-1616), Migel de Ser-
vantesin (1547-1616) və yazıçı-tarixçi
İnka Qarsilaso de la Veqanın (1539-
1616) şərəfinə müəyyənləşdirmişdir.
Belə ki, hər üç yazıçını onların ölüm tari-
xi - 23 aprel 1616-cı il rəqəmi birləşdirir.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında” Qanun 8 oktyabr 1996-cı il
tarixindən qüvvədədir. “Müəlliflik hü-
ququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr
1996-cı il tarixli Sərəncamının böyük
əhəmiyyəti olmuşdur. Azərbaycanın
bugünkü müəllif hüququ müasir infor-
masiya, ilk növbədə rəqəmli texnologi-
ya və multimedia kompyuter sisteminə
əsaslanır. İlk dəfə olaraq Azərbaycan
müəlliflərinə könüllü olaraq öz
əsərlərini əlyazmasından başlayaraq CD
ROM-lara qədər hər hansı maddi daşı-
yıcıda qeydiyyatdan keçirmək, Dövlət
reyestrinə daxil etmək, kompyuterdə
saxlamaq və arxivləşdirmək imkanı
yaradılmışdır. Əsərlərini qeydiyyatdan
keçirən müəlliflərə “Qeydiyyat haq-
qında Şəhadətnamə” verilir. Agentliyin
kompyuter-TV-video-akustik sistem-
skaner şəklində komplektləşdirilmiş
multimediya sistemi radio-televiziya
efirinin monitorinqini həyata keçirməyə,
intellektual mülkiyyətin statistikası və
müəllif - hüquq pozuntularının diaq-
nostikasının müxtəlif məsələlərini həll
etməyə imkan verir. Son illər Azərbaycan
rəhbərliyinin uzaqgörən daxili və xarici
siyasəti nəticəsində müəllif-hüquqları
sahəsində ölkəmizin beynəlxalq əlaqələri
genişlənmiş, o, bir sıra Konvensiya və
beynəlxalq təşkilatların üzvü olmuşdur.
Azərbaycan 1996-cı ildən Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının üzvüdür.
Ədəbi-bədii əsərlərin qorunması haq-
qında Bern Konvensiyasına və Müəllif
hüququ haqqında Ümumdünya Konven-
siyasına daxil olmuşdur. Bir sıra digər
ikitərəfli və çoxtərəfli müqavilələrin iş-
tirakçısıdır.
Dünyada “Ümumdünya kitab və
müəllif hüquqları günü” mövzusunda
tədbirlər 1996-cı ildən, Azərbaycanda
isə 2001-ci ilin 23 aprel tarixindən ke-
çirilir.
Dostları ilə paylaş: