Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə185/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   181   182   183   184   185   186   187   188   ...   507
Ümumdünya Yer Günü

 1970

22

18

İ n t e r n e t d ə 

www.voanews.com

www.mix.az

Ə d ə b i y y a t 

Beynəlxalq Abidələr və Tarixi 

Yerlər Günü qeyd olunub 

[Mətn] //Mədəniyyət.- 2011.- 

20 aprel.- S.5.

İlyasov, Z.Tarixi abidələrin 

ensiklopediyası hazırlanır 

/Z.İlyasov //İqtisadiyyat 

.-2012.- 27 aprel-3 may.- S.8.

Mehparə “Mədəni 

sərvətlərimizi, dəyərlərimizi 

dünyaya daha geniş tanıtmalı-

yıq”//  Mədəniyyət.- 2012.- 18 

aprel.- S. 6.


147

Tarixdə bu gün

Göygöl rayonu

 1819 

APREL

Göygöl şəhəri 1819-cu il aprel ayı-

nın 22-də alman kolonistləri tərəfindən 

Yelenendorf (alm. Helenendorf) adı al-

tında salınmışdır. 

Rayon  kimi  Göygöl  1930-cu 

ildə  yaradılmışdır.  1938-ci  ilə  qədər 

Nərimanov rayonu olmuş, 1938-ci ildə 

Xanlar  Səfərəliyevin  şərəfinə  Xanlar 

rayonu,  Yelenendorf  qəsəbəsi  isə  ra-

yonun  mərkəzi  Xanlar  şəhəri  adlandı-

rılmışdır. 2008-ci il aprel ayının 25-də 

Milli Məclis rayonun Göygöl adlandı-

rılması haqda qərar qəbul etmişdir. 

Göygöl  rayonu  Gəncə  dəmiryol 

stansiyasından 15 km cənubda yerləşir. 

Bakı-Qazax  dəmiryolu  və  magistra-

lı  Göygöldən  keçir.  Rayon  ərazisində 

15802  hektar  meşə  sahəsi  olmaqla 

Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-

göl, Ayna-göl rayon ərazisində yerləşir. 

Quşqara, Gəncə və Kürək çayları rayo-

nun ərazisindən keçir.

Rayonun əsas təsərrüfat fəaliyyətləri 

taxılçılıq,  kartofçuluq,  maldarlıq,  qo-

yunçuluq,  meyvəçilik,  tərəvəzçilik, 

arıçılıq,  quşçuluq  və  üzümçülükdür. 

Mədən  sənayesi,  çınqıl  zavodları,  is-

tehsalat  və  məişət  xidməti  kombinat-

ları,  şərab  zavodu  və  başqa  sənaye 

müəssisələri  var.  Rayonda  264  şəxsi 

müəssisə,  bundan  14  kooperativ,  63 

MMC,  131  kiçik  müəssisə,  56  kəndli 

fermer təsərrüfatı, 16 dövlət müəssisəsi 

fəaliyyət göstərir. 

Göygöl  rayonu  füsunkar  təbiəti  ilə 

yanaşı,  tarix  və  mədəniyyət  abidələri 

ilə  də  zəngindir.  Rayon  ərazisində 

XII,  XIV,  XVI  və  XIX  əsrlərə  aid  31 

yerli  əhəmiyyətli  tarixi  və  memarlıq 

incəsənət  abidələri  mövcuddur,  bun-

lardan  8-i  kurqan,  nekropol  və  açıq 

düşərgə, digərləri isə bina və körpülərdir. 

Xanlar şəhərində 1854-cü ildə tikilmiş 

“Lüteran” alman kilsəsi, XVI əsrə aid 

iki  gözlü  körpü,  1896-cı  ildə  tikilmiş 

üç  gözlü  körpü,  XII  əsrə  aid Ağ  kör-

pü,  XIX  əsrdə  almanlar  tərəfindən  ti-

kilmiş 9 memarlıq incəsənət abidələri, 

Zurnabad kəndində XII əsrə aid Qala, 

keçmiş Sarıqaya kəndində XVI əsrə aid 

Türbə, Dozular kəndində XVI əsrə aid 

bir gözlü körpü, Topalhəsənli kəndində 

tarixi məlum olmayan iki tağlı daş kör-

pü,  Şəhriyar  kəndində  1674-cü  ildə 

tikilmiş  Qabriyel  kilsəsi,  Çaykənd 

kəndində tarixi məlum olmayan Anahid 

məbədi və Müqəddəs Məryəm kilsəsi, 

Yeni-Zod  kəndindən  300  m  məsafədə 

Alban  kilsəsi,  3  km  məsafədə  Alban 

məbədi, Üçbulaq və Balçılı kəndlərinin 

ərazisində  tarixi  məlum  olmayan 

“Qız-qalası”,  Köşkü  kəndində  dəmir 

dövrünə aid kurqan, Quşqara və Balçılı 

kəndlərinin  ərazisində  Tunc  dövrünün 

axırı,  Dəmir  dövrünün  əvvəlinə  aid 

qəbirlər  vardır.  Göygöl  rayonunda  bir 

Mərkəzi,  42  filial  kitabxana  fəaliyyət 

göstərir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin